Icma.az
close
up
RU
Məktəblərdə fransız dili ləğv olunur? Müəllimlərin narazılığına CAVAB

Məktəblərdə fransız dili ləğv olunur? Müəllimlərin narazılığına CAVAB

Icma.az, Lent az saytına istinadən bildirir.

Məktəblərdə fransız dili fənni üzrə dərs saatları azaldılır. Fənn müəllimləri gələcəkdə işsiz qalacaqlarından narahatdırlar.  

Məsələ ilə bağlı Lent.az-a müraciət edən bir qrup fransız dili müəllimi qeyd edir ki, fənn üzrə dərs saatları çox azdır, bununla belə, ucqar dağlıq kəndlərdə bu fənni tədris etmək üçün bir kənddən, o biri kəndə qədər gedirlər, lakin uzaq məsafəyə baxmayaraq, onların dərs saatları artmaq əvəzinə, azaldılır.

Müəllimlər hətta bu məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara da müraciət ediblər, lakin suallarına ətraflı cavab ala bilməyiblər. Onlara “Müraciət aidiyyəti üzrə baxılması üçün göndərilib”,-deyə şablon cavab verilib.

Təhsilverənlərin ən böyük qorxusu əllərində, ovuclarında qalan dərs saatlarının da tamamilə ləğv olunmasıdır. Bu baş verərsə, ən yaxşı halda onlar kurslarda çalışmaq məcburiyyətində qalacaqlar.  

Sözügedən problemlə bağlı Elm və Təhsil Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, fransız dili fənni tamamilə ləğv olunmayıb və hazırda ölkədə ümumi təhsil müəssisələrində xarici dil və ikinci xarici dil kimi bir neçə dil, o cümlədən fransız dili də tədris olunmaqda davam edir:

“29 sentyabr 2020-ci il tarixli Nazirlər Kabinetinin 361 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən, xarici dil I sinifdən, ikinci xarici dil isə V sinifdən başlayaraq tədris olunur. Hansı xarici dilin seçilməsi isə məktəbdəki müəllim potensialı və valideynin seçimi əsasında müəyyən edilir.

Həmçinin V-VIII siniflərdə dərsdənkənar məşğələlərə ayrılan saatların müəyyən hissəsi də xarici dillərə ayrılıb və bu da xarici dil tədrisinə önəm verildiyini göstərir”.

Nazirlikdən verilən cavabda fransız dilinin tədrisinə davam edildiyi bildirilsə də, gələcəkdəki aqibəti ilə bağlı suallar hələ də cavabsız qalır. Belə olduğu halda isə müəllimlərin narahatlığı səngimir.

Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva Lent.az-a sözügedən məsələ ilə bağlı bildirib ki, bu kimi məsələlərdə şəffaf və öncədən planlaşdırılmış kommunikasiya çox vacibdir. İnsanların narahatlığına biganə qalmaq olmaz:

“Hazırda bir sıra fransız dili müəllimlərinin, xüsusilə də ucqar və dağlıq bölgələrdə çalışan müəllimlərin dərs saatlarının azlığı və fransız dilinin məktəblərdən ləğv olunacağı ilə bağlı yayılan iddialar fonunda onların  narahatçılığı anlaşılandır. Bu  məsələ ilə bağlı, rəsmi təsdiq və ya təkzibin olmamaması narahatçılığı daha da artırır. Onsuz da dərs saatlarının azlığı səbəbindən maddi və peşəkar çətinliklər yaşayan müəllimlərin illərlə tədris etdikləri ixtisasın bir gündə əhəmiyyətsiz sayılması xoşagələn, hətta deyərdim ki qəbulolunmaz faktdır.

Mən hesab edirəm ki, bu kimi məsələlərdə şəffaf və öncədən planlaşdırılmış kommunikasiya çox vacibdir. İnsanların narahatlığına biganə qalmaq olmaz. Təhsildə strateji qərarlar alınarkən, yalnız statistik rəqəmlər deyil, insan taleləri, onların illərlə göstərdikləri əzm və zəhmət, staj da nəzərə alınmalıdır. Eyni zamanda, bu vəziyyət artıq bir çox gəncin "xarici dil müəllimliyi" ixtisasını seçməkdən imtina etməsinə səbəb olma ehtimalı da yüksəkdir. Çünki sabah hansı dilin (ingilis dilindən başqa) ləğv ediləcəyi ilə bağlı heç bir təminat yoxdur. Bu isə gələcəkdə xarici dil təhsili sahəsində daha böyük boşluqlara yol aça bilər. Fransız dili müəllimləri Elm və Təhsil Nazirliyi tərəfindən konkret cavab və dəstək gözləyir. Onların səsi eşidilməlidir. Təhsil siyasəti həm strateji baxımdan, həm də sosial ədalət baxımından balanslı şəkildə həyata keçirilməlidir”,-deyə S.Əliyeva fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Avqust 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see166

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see129

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see126

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see122

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see121

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri