Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Məktəblərdə müəllimlərin iş rejimi haqqında qeydlər

Məktəblərdə müəllimlərin iş rejimi haqqında qeydlər

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xeyli vaxtdır ki, məktəblərdə müəllimlərin iş rejiminin təkmilləşdirilməsi haqqında müzakirələr gedir. Təbii ki, Təhsil nazirliyinin bütün cəhdləri təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir və son tədbirlər xeyli effect verir.

Amma süni intellect erasında Azərbaycan məktəblərində müəllimlərin 9:00–18:00 rejimində işləməsi ideyası, dünya təcrübəsi və süni intellekt dövrünün tələbləri ilə müqayisədə səmərəlilik baxımından ciddi suallar doğurur. Ən qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, uzun saatlar məktəbdə qalmaq deyil, çevik və texnologiya əsaslı iş modeli daha effektivdir. Texnologiyaya bələd müəllim üçün sərhəd yoxdur, sabah ABŞ-da dərsini versin, gündüz Yaponiyaya keçsin, axşam isə Finlandiyada və ya Avstraliyaya yollansın. Əsas problem müəllimlərin texnologiyayaya nə qədər sahib çıxa bilməsindədir. Burada isə hələ də böyük problemlər var. Müəllimlərin xeyli hissəsi nəinki orta məktəblərdə, hətta universitetlərdə (rəhbər kadrlar daxil) müasir süni intellect dövrünün əlifbası olan kompyüterdən istifadə bacarığına malik deyil, kompyüter dillərini isə heç bir-iki faizi də bilmir. Kompyüterdən istifadə edə bilməyən müəllimin, professorun təhsil ocağında nə işi var? Azərbaycan dilinin əlifbasını bilməyən bir şəxsə Azərbaycan dilini öyrətməyi necə etibar etmək olar (eyni oxşar hadisədir). Nə qədər parodaksal görünsə də belə hallar Azərbaycanda on minlərlədir.

İş rejimiinə qayıdaq və bir sıra qabaqcıl ölkələr üzrə bençmark müqayisəsinə baxaq (Bax Sxemə).

Süni intellekt dövründə təhsilin yeni tələbləri

• Distant iş modeli müəllimlərə daha çevik və məhsuldar işləmək imkanı verir.

• SI əsaslı tədris platformaları (məsələn, adaptiv öyrənmə, avtomatik qiymətləndirmə) müəllimin fiziki varlığını kompensasiya edə bilir.

• Məktəblərin infrastruktur problemi (kompüter, otaq, stul çatışmazlığı) 9–18 rejiminin effektivliyini ciddi şəkildə azaldır (Azərbaycanın bütün məktəblərində var bu problem).

• Distant təhsil həm müəllim, həm də şagird üçün daha inklüziv və fərdiləşdirilmiş tədris imkanı yaradır.

Azərbaycan şəraitində risklər və alternativlər

Risklər:

• Məktəblərin fiziki şəraiti bu rejimə uyğun deyil.

• Müəllimlərin motivasiyası azalacaq və psixoloji yükü artacaq.

• Distant və hibrid imkanlar nəzərə alınmadan tətbiq edilən rejim səmərəsiz ola bilər.

Alternativlər:

• Müəllimlər üçün SI əsaslı distant iş platformalarının yaradılması

• İnfrastrukturun gücləndirilməsi: kompüter, otaq, ergonomik mebel

• Sinqapur modeli: müəllimlərə dövlət hesabına xarici staj imkanları

• Finlandiya modeli: müəllimə etimad, az bürokratik yük, çevik iş saatları, azad

 Tövsiyə

Azərbaycan təhsil sistemində müəllimlərin iş səmərəliliyinin artırılması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi olduqca zəruridir:

1. Süni intellect, xüsusilə yaradıcı süni intellect elementlərinin geniş tətbiqi, bütün təhsil ocaqlarında ibtidai sinifdən, hətta uşaq bağçalarında, tədrisin yaradıcı süni intellect alətləri vasitəsi ilə keçirilməsi (artıq UNEC-Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi - BMDM və Bakı Mühəndislik Universiteti -ndə pilot layihə olaraq bu proses başlamışdır), bütün ölkə boyu kütləvi rəqəmsal savadsızlığın aradan qaldırılması üçün geniş miqyaslı təlim proqramlarının təşkili. Bunun üçün isə birinci növbədə müəllim-professor heyyətinin öyrədilməsi vacibdir. Süni intellekti, rəqəmsal texnologiyaları, kompyüterdən istifadəni bacarmayan müəllim, professor auditoriyaya buraxılmamalıdır. Bir Sinqapurlu uşaq bağçası şağirdi kompyüterdən bir çox Azərbaycan professorundan daha yaxşı istifadə edə bilir. Yaradıcı süni intellect proqramları bu gün tələbə və şagirdləri Nobel mükafatçısı səviyyəsində öyrədə bilir. İstənilən şərtlərə bunlar hazırdır. Bu qədər repitotarlara xərc çəkmək, yol qət etmək, məsləhətçi tutmağa ehtiyac yoxdu. Sadəcə əhalini, şagirdləri bu proqramlardan istifadə etməyə öyrətmək lazımdır. Bu yalnız müəllimlər üçün deyil, çobandan tutmuş akademikə qədər hər kəs üçün çox vacibdir. Bu proqramlar (Copilot, Chat-GPT, Grok Aİ, Gemini, Deepseek və s) Bu sənə istənilən fənndən fərdi dərs keçə bilər, tibbi məsələhət verə bilər, tarix, yüzlərlə dil öyrədə bilər, kitab yazmağa, dissertasiya işləməyə kömək edə bilər, müəllim əvəzi dərs keçə bilər, dərslik, proqram, tədris planı, məsələlər təşkil edə, rəy, məktub, ümumiləşdirmə, hesabat, şeir, povest, hekayə, ssenari və s. yaza, bilər, mürəkkəb riyazi modellər qura bilər, qısacası, həyatda nə çətinliklə qarşılaşsan, mütləq kömək edəcək, elə kömək ki, Azərbaycanda o səviyyədə kömək göstərənalim, professor, mütəxəssis tapmaq mümkün deyil. Təəssüflər olsun ki, inkişaf etmiş ölkələrdə bu texnologiyalardan demək olar ki, hamı istifadə edir, bizdə isə zənn edirəm istifadəçilərin 10%-ə çatmır.

2. Bütün təhsil ocaqlarında və distant təhsil imkanlarını genişləndirmək lazımdır. Pandemiyadan sonra hörmətli nazirimiz və təhsil institute elan etdi ki, hibrid təhsil olacaq, bu çox mütərəqqi tədbir kimi qəbul olundu və əksəriyyət tələbələr tərəfindən çox yüksək qarşılandı. Sonralar nə baş verdisə, demək olar ki, distant təhsilə qəti qadağa qoyuldu. Mənə elə gəlir ki, rəqəmsal texnologiyalardan və süni intellektdən xəbəri olmayan hansısa məmur bu işə mane oldu, bu da təbiidi, çünki, bir işin mahiyyytini başa düşmədən onu necə qəbul etmək olar… Məsələ belədir: bütün dünya və eləcə də Azərbaycan 1995-98-ci illərdən rəqəmsal keçid elan etdi və proses artıq başa çatmışdır. 2023-cü ildən dünya Süni intellect erasına daxil olmuşdur. Bu o deməkdir ki, bütün işlər əsasən kompyüterdə yerinə yetirilir. Virtualda, kompyüterdə isə sərhəd yoxdur, məkan birləşmişdir. 10 min km-dən də bir metrlik məsafədən də hər şey eyni görünür. Əgər bütün işlər kompyüterdə həyata keçirilirsə, tələbəni də kompyüterdə öyrətməlisən, başqa cür effekti olmayacaq. Pandemiya dövrü tələbələr texnologiyanı daha yaxşı bilirdi, nəinki, indi. Keçən beş il texnoloji inkişafı xeyli geri atdı ki, bu da sürətli texnoloji inkişaf şəraitində cəmiyyət üçün çox böyük itkidir. Universitetlərdə texnoloji təminat çox aşağıdır. Hər universitetdə təxminan 50 qrupa bir laboratoriya otağı düşür. Hibrid təhsil yalnız cəmiyyətin texnoloji bilik səviyyəsini qaldırmaq üçün deyil, həm də böyük vaxt, material, yanacaq, maliyyə itkisinin qarşısını alır, korrupsiyaya ağır zərbə vurur, ekologiyaya böyük fayda verir, tıxacları demək olar ki, xeyli azaldır. Elə tələbə və ya müəllim var ki, gündə yolda 3-4 saat vaxt itirir. Elə tələbələr var ki, Şabrandan, Qobustandan, Qaradağdan və s gəlir-gedir. Nəticə: kompyüterdən ayrılıb gəlib Bakıda yazı taxtasında quru auditoriyada kompyüterdə iş öyrənmək üçün???

3. Məktəb infrastrukturunu gücləndirmək, və müəllimlərin peşəkar inkişafına sərmayə qoymaq daha strateji və dayanıqlı yanaşmadır. Sovet sistemi dağıldıqdan sonra müəllimlərin ixtisası artırma prosesi, doktorantların hazırlanması, elmi kadrların yetişdirilməsi, ümumiyyətlə, unudulmuş hala çevrilmişdir. Davamlı ixtisas artırma təhsilin vacib elementlərinə çevrilməlidir. Elmi-texnoloji inkişaf şəraitində informasiya axını o qədər sürətlə gedir ki, hər ildə müəllim bir neçə kurs keçməsə yeniliklərə sahib çıxa bilməz. Bunun üçün hər bir müəllim üçün qrafik tutmaq və Sovet dövrü kimi beş ildən bir deyil, heç olmasa iki ildən bir dövlət hesabına ixtisas artım kursları keçmək lazımdır (həm də mütləq inkişaf etmiş xarici ölkələrdə), yüzə yaxın yeni formalaşmış elmlərin tədqiqi və kadr hazırlığı lazımdır. Elmi orta məktəblərə gətirmək, məktəblərdə beşinci sinifdən seçmə üsulu ilə qlmi qruplar formalaşdırmaq, elmi laboratoriyalar qurmaq zəruridir. Məktəb və universitetlərin maddi-texniki bazasını, elmi laboratoriya və konstruktor bürolarını, süni intellekt və proqramlaşma startaplarını yaratmaq zəruridir. İnsan cəmiyyəti yeni evolyusiya fazasına daxil olur ki, burada hər şey elmi həll üsullarını tapa bilir. Elmsiz bir addım da irəli getmək mümkün deyil.

SOS FAKTLAR:

1. 2024-cü ildə Müstəqil Azərbaycanın elm xərcləri 1980-ci ildəki Sovet Azərbaycanının elm xərcləri təqribən 4 dəfə, patentlərin sayı 15 dəfə, elmi işçilərin sayı 20% azalmışdır. 2026-cı ilin büdcə layihəsində elm xərclərinin əvvəlki ilə nisbətən 10 milyon manat azalması planlaşdırılır, yəqin ki, belə də qəbul olunacaq, çünki, heç kimdən buna etiraz yoxdur.

2. Qonşu və digər ölkələrlə müqayisədə Azərbaycanın adambaşına elm xərcləri çox aşağıdır, bu heç 19 minlik elmi kollektivin müavinət haqqını ödəmir.

1. Israel- 3444 ABŞ dolları

2. Singapur- 1835

3. Cənubi Koreya -1778

4. Gürcüstan – 26

5. Ermənistan -16

6. Qazağıstan - 18

7. Azerbaijan-14

Ərazisi Azərbaycandan 4 dəfə kiçik, əhalisi isə eyni olan bir İsrailin elm xərcləri Azərbaycanın elm xərclərindən 236 dəfə, 57 müsəlman ölkələrinin hamısının birlikdə elm xərclərindən isə 70% çoxdur. Bu ölkənin dayanıqlı inkişafı baxımdan çox təhlükəli tendensiyadır. Ölkələrin maddi imkanları baxımından Azərbaycan və Qazağıstan ən imkanlı ölkələrdir.

Dərin hörmətlə,

Prof. Saleh Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri