Icma.az
close
up
RU
Məktəblərdə hər şagirdə kompüter veriləcək? AÇIQLAMA

Məktəblərdə hər şagirdə kompüter veriləcək? AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Məktəblərdə ümumilikdə kompüterlərin sayı artır və onların istifadəsi də müntəzəm şəkildə genişlənir. Biz ümid edirik, planlaşdırırıq və hədəfləyirik ki, bütün məktəblərdə kompüter gündəlik istifadə olunsun. Bütün müəllimlərin siniflərində kompüter və internet olsun".

Bu fikirləri Redaktor.az-a məktəblərdə rəqəmsallaşma haqqında danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi.

O vurğuladı ki, hədəf hər şagirdə bir kompüter düşsün və həmin kompüterlər ayrıca otaqlarda qalsın, şagirdlər isə həftədə bir dəfə onlardan istifadə edə bilsinlər deyil:

"Bütün şagirdlərə bərabər sayda kompüter düşməyə də bilər. Hər şagirdə ayrıca kompüter təqdim etmək də vacib deyil. Əsas məsələ odur ki, bütün siniflərdə, auditoriyalarda müəllimin istifadəsində ən azı bir kompüter olsun. Bizim əsas hədəfimiz bu olmalıdır. Məsələn, 2000 nəfərlik, 1000 nəfərlik və ya 500 nəfərlik bir məktəbə 500 ədəd kompüter versək, həmin kompüterləri yerləşdirməyə belə yer yoxdur. Hazırda bəzi məktəblər o qədər sıxdır ki, əlavə 5-10 şagird yerləşdirməyə belə imkan yoxdur, siniflər doludur. Belə olan halda, bir şagirdə bir kompüter nisbətinin əldə olunması maliyyə və iqtisadi baxımdan mümkün görünsə də, məktəblərin fiziki imkanları buna uyğun deyil. Məktəblərdə bu qədər kompüter yerləşdirmək üçün kifayət qədər məkan yoxdur. Bu səbəbdən hazırkı vəziyyətdə bu yanaşma çox rasional görünmür".

Müsahibimiz düşünür ki, hər auditoriyaya və sinfə internet, kompüter, proyektor və ağıllı lövhə yerləşdirmək olar:

"Bunun üçün çalışmalıyıq. Burada məqsəd hər şagirdə ayrıca kompüter vermək deyil. Məqsəd bütün məktəblərdə siniflərin və auditoriyaların müasir texnologiyalarla təmin olunmasıdır. Hazırda hər şagird başına bir kompüter nisbətini təmin etmək real görünmür. Gələcəkdə buna doğru irəliləyə bilərikmi? Ümumiyyətlə, məktəblərdə kompüterləşmənin və İKT-nin həm kəmiyyət, həm də keyfiyyət baxımından artması kitabların əvəz olunması demək deyil. Kompüter və internet heç vaxt təhsilin ənənəvi modelinə alternativ deyil. Bu, ənənəvi kitab və dəftərlərin kənara qoyulacağı anlamına gəlmir. Kompüter və internet təhsil prosesində dəstəkləyici vasitələr və alətlərdir. Heç bir təhsil mütəxəssisi insanların yalnız kompüterdən istifadə edəcəyi, kitab və dəftərdən imtina olunacağı düşüncəsində deyil. Buna görə də hesab edirəm ki, əsas diqqət bütün məktəblərin sinif və auditoriyalarının internet və kompüterlə təchiz olunmasına yönəlməlidir. Hər müəllimin kompüter və internetdən sərbəst istifadəsi üçün şərait yaradılmalıdır. Hər şagirdə ayrıca kompüter verilməsi isə hazırda əsas gündəm məsələsi deyil. İnternet və kompüter təhsildə köməkçi vasitə kimi qiymətləndirilməlidir".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 May 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri