Məktəblərdə hər 1000 şagirdə bir psixoloq düşür
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda məktəblərin psixoloqlarla mövcud təminatı kifayət deyil. Hazırda hər 1000 şagirdə cəmi bir psixoloq düşür.
Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir müavini qeyd edib ki, məktəblərdə psixoloji xidmətin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı 2028-ci ildən yeni təşəbbüslər nəzərdə tutulur.
“Psixoloji xidmətin əhatə dairəsinin genişləndirilməsinin vacibliyi ilə razılaşıram. Bu istiqamətdə müəyyən planlar olsa da, aidiyyəti qərarlar qəbul edilmədiyindən hələlik onların açıqlanması mümkün deyil. 2028-ci ildən təşəbbüslərimiz olacaq”, – deyə o bildirib.
K.Kərimzadə əlavə edib ki, 400 məktəbdə “Məktəbli dostu” layihəsi həyata keçirilib, sosial pedaqoqlar da bu istiqamətdə fəaliyyət göstərirlər.
Nazir müavini Bakı, Sumqayıt və Abşeronda məktəblərdəki şagird sıxlığına da münasibət bildirib. Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri əhalinin bu ərazilərə axınıdır.
“Bəzi hallarda valideynlər yaxınlıqdakı daha az sıxlığı olan məktəblərə deyil, məhz seçdikləri təhsil müəssisələrinə üstünlük verirlər. Bu isə məktəblər arasında şagird sıxlığının qeyri-bərabər bölüşdürülməsinə səbəb olur”, – deyə K.Kərimzadə vurğulayıb.
O qeyd edib ki, problemin həlli üçün Bakı, Abşeron və Sumqayıtda yeni məktəblər tikilir və digər tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 13 Noyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















