Icma.az
close
up
RU
Məktəblərdə ideoloji təsir təhlükəsi: “Mexanizmlər daha sərt olmalıdır

Məktəblərdə ideoloji təsir təhlükəsi: “Mexanizmlər daha sərt olmalıdır

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və dünyəvi təhsil prinsiplərinin möhkəmləndirilməsi mühüm məsələlərdən biri olaraq qalır. Xüsusilə informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin yeniyetmələrin düşüncə və davranışlarına ciddi təsir göstərdiyi bir dövrdə məktəblərin üzərinə düşən məsuliyyət daha da artır. Bu gün şagirdlərin yalnız akademik biliklərə yiyələnməsi deyil, həm də milli kimliyini dərk edən, Azərbaycan ailə ənənələrinə hörmətlə yanaşan, dini və ideoloji manipulyasiyaları ayırd etməyi bacaran şəxsiyyət kimi formalaşması vacibdir. Lakin məktəblərdə milli dəyərlərin təbliğinin nə dərəcədə təsirli aparılması, dini radikalizmə və yad ideoloji təsirlərə qarşı mövcud maarifləndirmə mexanizmlərinin yetərli olub-olmaması suallar doğurur.

Bəs təhsil müəssisələrinin müxtəlif dini və ideoloji qrupların təbliğat məkanına çevrilməsinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin formalaşdırılması istiqamətində mövcud tədris proqramlarında hansı dəyişikliklərə ehtiyac var?

Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, məktəblərdə dini maarifləndirmə aparmalı, vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün silsilə işlər görülməlidir:

“Məktəbin təbliğat məkanına, təbliğat zonasına çevrilməsi ilə bağlı biz cəhdləri zaman-zaman görmüşük. Təəssüf ki, bəzi dini cərəyanlar, qruplar məktəbdən təbliğat məkanı kimi istifadə etməyə çalışıblar.

Hesab edirəm, bu gün bizim yaşadığımız problemlərin bir qisminin kökündə də bu məsələ dayanır. Biz xüsusilə qeyd etməliyik ki, zamanında bəzi məsələlərin üzərinə gedilməməsi, addımların atılmaması problemin daha da dərinləşməsinə, mürəkkəbləşməsinə aparıb çıxarıb. Bunu indi açıq-aydın görürük və hiss edirik.

Mən hesab edirəm ki, mexanizmlər daha sərt olmalıdır. Eyni zamanda biz ciddi dini maarifləndirmə işləri aparmalı, eləcə də ailə ənənələrinin, vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün silsilə işlər görülməlidir.

Məktəblərimizdə bu cür biliklərin daha çox verilməsinə, gənclərə çatdırılmasına çalışmalı, səy göstərməliyik. Bunun üçün dərsliklərdə bu mövzulara daha çox yer verilməsinə, bu məsələlərdən bəhs edilməsinə ciddi ehtiyac var. Yalnız o zaman bizim nəticəmiz olacaq.

Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) Lent.az-a açıqlamasında qeyd edib ki, məktəblərdə mədəniyyətşünaslıq fənninin tədrisinə ehtiyac var:

“Bizim tədris prosesində şagirdlərə milli-mənəvi dəyərlərin təbliği ayrıca bir dərslik və yaxud geniş mövzu kimi təqdim olunmur. Könül istər ki, ayrıca ya mədəniyyətşünaslıq fənni tədris olunsun, ya da hansısa fənnin daxilində bu məsələlərə geniş toxunulsun.

Mədəniyyətşünaslıq fənninin içərisində milli-mənəvi dəyərləri, o cümlədən etik davranış qaydalarını, həmçinin dinlərə və dillərə yanaşmanı, bununla yanaşı, zərərli informasiya, zərərli vərdişlər, onlardan necə qorunmaq olar? Kimi mövzuları öyrənmək olar.

Düzdür, ibtidai təhsil pilləsində  həyat bilgisi dərsliyində dinlər və zərərli vərdişlər barədə ilkin informasiyalar verilir. Amma yuxarı təhsil pilləsində yalnız üstüörtülü formada bu mövzulara toxunulur. Xüsusilə yeddi və ondan yuxarı siniflərdəki şagirdlərə bu məsələlər tədris olunmalıdır. Çünki yeddi, səkkiz, doqquz, on və on birinci siniflərdəki şagirdlər həmin dövrdə artıq müəyyən məsələlər barədə qərar verə bilirlər. Bu məsələlərin fənn, yaxud fənnin daxilində mövzu kimi tədris olunması şagirdlərin dünyagörüşünə təsir edə bilər.

Şagirdləri həm zərərli vərdişləri, həm də sosial şəbəkələrdəki manipulyativ dini və ideoloji məzmunları ayırd edə bilmək imkanları olmalıdır ki, onlar kimlərin təbliğat apardığını, kimlərin xurafatla məşğul olduğunu, kimlərin cahilliyə üstünlük verdiyini bilsinlər.

Əgər biz bunu da edə bilmiriksə, o zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə müvafiq agentlik arasında saziş bağlanaraq heç olmasa, iki həftədə bir müvafiq təhsil müəssisələrində şagirdlərlə görüş keçirilə bilər ki, bu yöndə informasiya ala bilsinlər.

Bu da alınmasa, qeyri-hökumət təşkilatları bu məsələdə maraqlı ola bilərlər ki, onlar hansısa qrant layihəsi irəli sürərək məhz dini radikalizm, dini cərəyanlar, zərərli vərdişlər və sair kimi məlumatları şagirdlərə çatdıra bilsinlər”.

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda dərc olunub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Oktyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri