Icma.az
close
up
RU
“Məktəblərdə rəqs müəllimləri olmalıdır” Kulturoloqdan təklif

“Məktəblərdə rəqs müəllimləri olmalıdır” Kulturoloqdan təklif

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

“Bu gün milli rəqslərimizi etməyi bacaranların sayının azalmasının səbəbləri müzakirə olunur. Bu, milli-mənəvi dəyərlərimizin tanıdılması baxımından çox vacib məsələlərdən biridir. Rəqs milli mədəniyyətin təbliği və öyrənilməsi ilə yanaşı, sağlamlıq, musiqi duyumu və fiziki fəaliyyət deməkdir. Azərbaycan rəqslərinin quruluşu da sağlamlıq baxımından əhəmiyyətlidir. Uşaqlar onurğalarının inkişaf etdiyi dövrdə həm qadın, həm də kişi rəqsləri ilə məşğul olsalar, bu, gələcəkdə düzgün qamətin formalaşmasına kömək edə bilər. Yəni Azərbaycan rəqsi həm mənəvi, həm də fiziki sağlamlıq baxımından faydalıdır”.

Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru, kulturoloq Minaxanım Əsədova bildirdi.

“İlk növbədə, orta məktəblərdən başlamaq istəyirəm. Məktəblərdə müəllimlər dövlət büdcəsindən əməkhaqqı alırlar və təhsil ödənişsizdir. Əgər məktəblərdə ştat vahidi kimi rəqs müəllimi olsa və onun əməkhaqqı dövlət tərəfindən ödənilsə, həmin məktəbdə rəqs dərsləri təşkil etmək mümkün olar. Rəqs dərsi digər fənlərlə yanaşı tədris proqramına daxil edilsə, şagirdlər bu sənətlə dərs çərçivəsində məşğul olar və onlarda rəqsə sevgi yaranar. Ən azı məktəblərdə rəqs dərnəkləri təşkil edilməli və dövlət tərəfindən maliyyələşdirilməlidir. Bu halda valideynlərin əlavə ödəniş etməsinə ehtiyac qalmaz”.

Onun sözlərinə görə, rəqs bağça və məktəb yaşlarından təbliğ olunmalıdır:

“Çünki gənclərin rəqslə məşğul olması həm onların fiziki və mənəvi sağlamlığına, həm də milli rəqslərimizin və milli xüsusiyyətlərimizin qorunmasına xidmət edir. İkinci mərhələdə orta ixtisas məktəblərini, kollecləri və universitetləri nəzərdə tuta bilərik. Bu təhsil müəssisələrində də rəqs dərnəklərinin yaradılması gənclərin marağını artıra bilər. Hazırda rəqs studiyaları və peşəkar rəqs müəllimləri az deyil. Lakin bu müəssisələr özəl olduğu üçün aylıq ödənişlər yüksəkdir və hər kəsin maddi imkanı buna çatmır. Nəticədə gənclərimiz rəqslə məşğul olmaq imkanından məhrum olurlar. Söhbət təkcə gənclərdən getmir. Orta yaşlı və yaşlı insanlar da fiziki və mənəvi sağlamlıqlarını qorumaq üçün rəqslə məşğul olmalıdırlar.

Digər səbəb isə təbliğatın zəif olmasıdır. Sosial şəbəkələrdə və özəl televiziya kanallarında milli rəqslərin təbliğini istənilən səviyyədə görmürük. Televiziyalarda bəzən qeyri-peşəkar ifaların, milli rəqslərə uyğun olmayan ritmlərlə rəqs nümunələrinin də şahidi oluruq. Bunların hamısı təbliğatın bir hissəsidir. Gənclər və uşaqlar sosial şəbəkələrdə, televiziya kanallarında gördüklərini mənimsəyirlər. Milli rəqslərin məzmunu və forması dəyişdirilmiş şəkildə təqdim olunanda onlar da gördüklərini təkrarlayırlar. Bu məsələnin ölkə səviyyəsində, o cümlədən qanunvericilik müstəvisində həll olunması daha məqsədəuyğun olardı”.

Müsahibimiz milli mətbəxin qorunması və milli yeməkləri bişirənlərin sayının azalması məsələsindən də danışdı:

“Məsələnin digər tərəfi milli mətbəx mədəniyyətinə riayət edilməsi və milli yeməkləri bişirənlərin sayının azalmasıdır. Bu hal ailələrdə də müşahidə olunur. Bunun müxtəlif səbəbləri var və həmin səbəbləri aradan qaldırmaq mümkündür. Əmək fəaliyyəti ilə məşğul olan, həm işdə çalışan, həm də ev işlərini görən xanımların milli yeməkləri bişirməyə vaxtı çatmır. Çünki əsl Azərbaycan mətbəxinin təamlarını hazırlamaq müəyyən vaxt tələb edir. Vaxt azlığı əsas səbəblərdən biridir. Burada belə bir sual yarana bilər: əgər xanımların vaxtı azdırsa, bəs niyə evdə qeyri-milli yeməklər hazırlayırlar? Bunun səbəblərindən biri sosial şəbəkələrdə və özəl televiziya kanallarında aparılan təbliğatdır. Sosial şəbəkələrdə bir Azərbaycan yeməyinin hazırlanma qaydası ilə müqayisədə onlarla qeyri-milli yeməyin reseptinə rast gəlmək mümkündür. Fast-food məhsullarının, onların ev şəraitində hazırlanma qaydalarının və digər xarici mətbəx nümunələrinin təbliği geniş yayılıb. Milli yeməklərin hazırlanmasına dair paylaşımlar isə azlıq təşkil edir. Buna görə də gənc xanımlar YouTube və digər platformalarda maraqlı yeməklər hazırlamaq üçün resept axtaranda milli mətbəx nümunələri ilə az qarşılaşırlar. Nəticədə həmin yeməklərin hazırlanma qaydalarını öyrənmək imkanları da məhdudlaşır. Bu, problemin əsas səbəblərindən biridir. Digər tərəfdən, milli yeməklərin hazırlanması vaxt tələb edir. Bu da həmin yeməklərin gündəlik məişətdə daha az hazırlanmasına təsir göstərir. Evdar xanımlar da mətbəx verilişlərindən və müxtəlif platformalardan yeni yeməklər öyrənməyə çalışırlar. Lakin bu mənbələrdə qeyri-milli yeməklərə daha çox yer verilir. Burada yenə də təbliğat məsələsi ön plana çıxır”.

Kulturoloq əlavə etdi ki, əvvəllər orta məktəblərdə əmək dərsləri keçirilirdi: oğlanlar dülgərlik və digər peşələri öyrənir, qızlar isə evdarlıq, paltar tikmək, toxumaq, ev yığışdırmaq və yemək bişirmək kimi bacarıqlara yiyələnirdilər.

“Əmək dərslərində milli mətbəx nümunələrinin reseptləri və hazırlanma qaydaları da öyrədilirdi. Milli yeməklərin hazırlanması həm məktəbdən, həm də ailədən başlamalıdır. Ailədə yaşlı qadınlar, xüsusilə nənələr nəvələrinə milli yeməklər barədə danışır, onları bişirir və bu ənənəni gələcək nəsillərə ötürürlər. Bu, böyüklərdən gələn bir mirasdır. Lakin gənc ailələr milli mətbəxi əsasən sosial şəbəkələr, televiziya və ətraf mühit vasitəsilə öyrənməyə çalışırlar. Bu mənbələrdə qeyri-ənənəvi mətbəx nümunələri üstünlük təşkil etdiyindən onlar da həmin yeməkləri hazırlayırlar. Nəticədə belə ailələrdə böyüyən bəzi uşaqlar milli yeməklərimizi tanımırlar.

Müasir toy ənənələrinə də nəzər salaq. Toylarda bəzən israfçılıq səviyyəsində çoxlu yemək süfrəyə düzülür. Milli mətbəximizin nümunələri olan kabab və plov isə ən sonda təqdim edilir. Bu vaxta qədər qonaqlar artıq doyduqları üçün həmin yeməklərdən az yeyirlər. Nəticədə milli təamlarımıza lazımi diqqət göstərilmir və yeməklər süfrədə qalaraq israf olunur. Toylar və restoranlar milli mətbəxin təbliğində mühüm rol oynaya bilər. Restoranlarda yemək seçimi, əlbəttə, müştərinin istəyindən asılıdır. Lakin milli adətlərimizin təbliğatçısı olan toy mərasimlərində həm rəqslərimizə, həm də milli mətbəximizə daha çox yer verilməlidir. Toylarda həddindən artıq çox yemək təqdim olunur və onların hamısını istehlak etmək mümkün olmur. Bu isə israfa səbəb olur. Eyni zamanda, qeyri-milli mətbəx nümunələri üstünlük təşkil edir, milli yeməklərimiz isə az təqdim olunur və çox vaxt süfrəyə ən sonda gətirilir.

Bu baxımdan, milli mətbəxin qorunması və təbliği istiqamətində dövlət qaydalarının və müvafiq tənzimləmələrin formalaşdırılması vacibdir. Bu prosesin konkret qurumlar tərəfindən məqsədyönlü şəkildə idarə olunması da zəruridir. Ümid edirəm ki, milli-mənəvi dəyərlərimizlə bağlı məsələlərin vaxtaşırı gündəmə gətirilməsi onların həllinə də töhfə verəcək. Bu problemlərin aradan qaldırılacağına inanıram”.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Oktyabr 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri