Icma.az
close
up
RU
Məktəblərdə TikTok qadağası: Nəyi dəyişəcək?

Məktəblərdə TikTok qadağası: Nəyi dəyişəcək?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda məktəblərdə "TikTok"a çıxış məhdudlaşdırılıb.

Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.

Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub:

"Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu  kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir".

Maraqlıdır, bu cür məhdudiyyətlər problemin kökünü həll edir, yoxsa sadəcə onun görünən tərəfini aradan qaldırır?

Mövzu ilə bağlı “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, məktəblərdə “TikTok”a çıxışın məhdudlaşdırılması şagirdlərin diqqətini dərsə yönəltmək və təhsil mühitində nizam-intizamı qorumaq baxımından müəyyən əhəmiyyət daşıyır:

"Lakin uşaqların şəxsi telefonları və mobil internet vasitəsilə bu platformadan istifadə etmək imkanları qalır. Buna görə də yalnız texniki məhdudiyyətlərlə problemin köklü həllinə nail olmaq mümkün deyil. Fikrimcə, qadağa problemin görünən tərəfinə təsir edir, onun əsas səbəblərini isə aradan qaldırmır. Əsas məsələ uşaqların sosial şəbəkələrə niyə bu qədər maraq göstərməsi, orada hansı məzmunlarla qarşılaşması və rəqəmsal mühitdən necə istifadə etməsidir. Nəzarətsiz sosial şəbəkə istifadəsi uşaqların dərsə diqqətinə, yuxu rejiminə və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər".

Onun sözlərinə görə, digər tərəfdən, sərt qadağalar uşaqları alternativ yollar axtarmağa və istifadələrini gizlətməyə də sövq edə bilər:

"Buna görə valideyn nəzarəti, məktəb maarifləndirməsi və uşaqlarla açıq ünsiyyət paralel şəkildə həyata keçirilməlidir. Məktəblərdə rəqəmsal savadlılıq dərslərinin təşkili, dərs zamanı telefon istifadəsinə aydın qaydaların tətbiqi, valideynlərin maarifləndirilməsi və uşaqların idmana, mütaliəyə, yaradıcılığa yönləndirilməsi daha davamlı nəticələr verə bilər".

Sosioloq qeyd edib ki, unutmamalıyıq ki, uşaqları texnologiyadan tamamilə uzaqlaşdırmaq deyil, ondan düzgün istifadə etməyi öyrətmək vacibdir:

"Bu gün “TikTok”a qadağa qoyula bilər, sabah isə başqa bir platforma eyni problemi yarada bilər. Əsl uğur uşağın yalnız nəzarət altında olduğu zaman deyil, nəzarət olmadığı halda da məsuliyyətli seçim edə bilməsidir. Buna görə qadağalar vasitə olmalı, əsas məqsəd isə uşaqlarda rəqəmsal mədəniyyət və özünənəzarət bacarıqlarının formalaşdırılması olmalıdır".

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: Məktəblərdə "TikTok" Nailə İsmayılova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Oktyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri