Icma.az
close
up
RU
Məktəblərdə telefon qadağası olsun! TƏKLİF

Məktəblərdə telefon qadağası olsun! TƏKLİF

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məktəblərdə nizam-intizam məsələsi Azərbaycan təhsilinin ən çox problemlərlə üzləşdiyi sahələrdən biridir. Şagirdlərin davranış qaydaları faktiki olaraq kağız üzərində mövcud olsa da, praktikada nəzarət mexanizmi bir qədər zəifdir. Dərs prosesində mobil telefonlardan istifadə, sosial şəbəkələrə giriş, oyun asılılığı, müəllimlə ünsiyyətdə hörmətsizlik və ümumi qaydalara əməl olunmaması artıq müəyyən qədər adi hal alıb.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında bildirib ki, Elm və Təhsil Nazirliyi  illərdir sözügedən istiqamətdə ciddi addım atmır, yalnız formal bəyanatlarla kifayətlənir. Onun sözlərinə görə, nə şagird davranış qaydaları yenilənib, nə də real icra mexanizmləri yaradılıb. Halbuki cəmiyyətin tələbi və beynəlxalq təcrübə açıq şəkildə göstərir ki, məktəblərdə qaydalar sərtləşdirilməsə, təhsilin keyfiyyəti artmayacaq:

"Rəsmi statistikalara əsasən, Azərbaycanda məktəb yaşlı uşaqların təxminən 78 faizi gündəlik olaraq mobil telefondan istifadə edir. 2023-cü ildə aparılan sorğulara görə, şagirdlərin 62 faizi dərs zamanı telefonla sosial şəbəkəyə daxil olur, 48 faizi isə oyun oynadığını etiraf edib. Bu göstəricilər pedaqoji mühit üçün çox təhlükəlidir. Müəllimlərin öz müşahidələri də təsdiqləyir ki, mobil telefonlar uşaqların dərs zamanı diqqətini tamamilə yayındırır, öyrənmə tempini zəiflədir və intizamı pozur. Buna baxmayaraq, nazirlik bu sahədə vahid və sərt mexanizm ortaya qoymur, yalnız məktəb rəhbərliklərinin öhdəsinə buraxır. Nəticədə bir məktəbdə telefonlar toplanır, digərində isə şagirdlər dərsdə sərbəst şəkildə istifadə edirlər. Bu uyğunsuzluq isə ümumi təhsil sistemində xaos yaradır".

Ekspert qeyd edib ki, “Təhsil haqqında” Qanunun 30-cu maddəsində ümumi təhsil müəssisələrində daxili intizam qaydalarının müəyyən olunması və onların icrası təminatı yer alır:

"Lakin bu norma faktiki olaraq işlək deyil. Nazirlik qaydaların pozulmasına görə, konkret sanksiya mexanizmi hazırlamayıb. Şagirdlər intizamı pozanda yalnız “sinif rəhbərinin izahatı” ilə kifayətlənilir. Halbuki qanun tələb edir ki, məktəb davranış qaydaları icbari xarakter daşısın və bütün şagirdlərə bərabər tətbiq edilsin.

Dünya təcrübəsinə baxdıqda, Fransa 2018-ci ildən məktəblərdə mobil telefon istifadəsini tam qadağan edib. Türkiyə 2024-cü ildən oxşar qadağa tətbiq etdi və bu qərar dərhal sinifdaxili intizam göstəricilərinə təsir göstərdi. İngiltərənin bəzi məktəblərində telefonlar dərs başlamazdan əvvəl xüsusi şkaflarda saxlanılır. ABŞ-da ştatların bir qismində telefon istifadəsi tam qadağandır, digərlərində isə ciddi məhdudiyyətlər var. Bu ölkələrin təcrübəsi göstərir ki, sərt qaydalar olmadan təhsil keyfiyyətini yüksəltmək mümkün deyil. Azərbaycan isə hələ də bu məsələdə addım atmaqdan çəkinir".

Kamran Əsədovun sözlərinə görə, telefon qadağasının tətbiqinin müsbət tərəfləri çoxdur:

"Birincisi, şagirdlərin dərsə diqqəti artır, müəllimlər dərs prosesinə nəzarəti daha rahat həyata keçirirlər. İkincisi, sosial-emosional mühit yaxşılaşır, uşaqlar bir-biri ilə ünsiyyət qurmağa, müzakirələr aparmağa başlayır. Üçüncüsü, şagirdlər arasında kiberzorakılıq halları azalır. Amma bu addımın atılmaması mənfi nəticələr doğurur: sosial şəbəkə asılılığı artır, dərsə maraq zəifləyir, şagirdlər müəllimdən daha çox telefona yönəlirlər".

O həmçinin vurğulayıb ki, əgər bu tendensiya Azərbaycanda tətbiq olunarsa, dərs intizamı güclənəcək, tədrisin keyfiyyəti isə artacaq. Ekspertin fikrincə, bunun üçün sadəcə qadağa yetərli deyil:

"Davranış qaydaları köklü şəkildə yenilənməli, şagirdlərin məktəbə davamiyyəti, geyim forması, müəllimlə ünsiyyəti və digər intizam məsələləri də ciddi nəzarətə götürülməlidir. Nazirlik isə illərdir bu istiqamətdə nə plan, nə də strategiya hazırlayıb. Marifləndirmə işləri aparılmır, valideynlərə və ictimaiyyətə bu qaydaların faydası izah olunmur.

Ən böyük tənqid isə ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi proqnozlar hazırlamır, gələcək strategiya təqdim etmir, yalnız situativ qərarlarla idarəetməni davam etdirir. Halbuki normal təhsil siyasəti qabaqlayıcı tədbirlərə əsaslanmalıdır. Telefonların qadağanı və davranış qaydalarının sərtləşdirilməsi məsələsində də nazirlik yalnız problemləri seyr edir, amma həll mexanizmi ortaya qoymur. Bu, təhsil siyasətinə qeyri-peşəkar yanaşmanın açıq göstəricisidir".

Təhsil eksperti onu da əlavə edib ki, əgər biz keyfiyyətli təhsil istəyiriksə, məktəbdə intizamı bərpa etməli, telefonlardan istifadəyə qadağa qoymalı, şagird davranış qaydalarını sərtləşdirməliyik:

"Bu addımlar olmadan nə müəllimlərin əməyinə dəyər veriləcək, nə də şagirdlərin gələcəyi sağlam əsaslar üzərində formalaşacaq. Azərbaycan təhsilində əsas dəyişiklik də məhz buradan başlamalıdır",- deyə K.Əsədov fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see297

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see273

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see268

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see262

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see255

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see246

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see239

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see230

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see230

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see226

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see220

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see220

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see206

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see205

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see198

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see191

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see185

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see181

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri