Məktəblərdə vahid formalarla bağlı araşdırmalar başladı NƏLƏR AŞKARLANDI?
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərə başlanılıb.
"Monitorinqlər çərçivəsində şagirdlərin müəyyən olunmuş məktəbli forması tələblərinə, müəllimlərin isə pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarına əməl etmələri vəziyyəti araşdırılıb. Eyni zamanda, məktəblərdə müvafiq tələblərin icrasına nəzarətin təşkili və qaydalarla bağlı maarifləndirmə işlərinin aparılması diqqətdə saxlanılıb.
Monitorinqlər zamanı geyim tələblərinə uyğun olmayan hallar müəyyən edildikdə, məktəb rəhbərliyi tərəfindən şagirdlər və müəllimlərlə profilaktik və maarifləndirici söhbətlər aparılıb, zəruri hallarda valideynlər məktəbə dəvət olunub. Bununla yanaşı, müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməyən şagird və müəllimlərin dərslərə buraxılmadığı hallar da qeydə alınıb.
Eyni zamanda bəzi ümumi təhsil müəssisələrində məktəb və tədris mühitinə uyğun olmayan davranışların qeydə alındığını təəssüflə bildiririk. Bu hallar tədris prosesinə maneələr yaratmaqla yanaşı, məktəb əmlakına da ziyan vurulması ilə nəticələnib. Həmçinin geyim qaydalarının icrası ilə bağlı müəllimlərə və məktəb rəhbərliyinə qarşı təzyiq və təhdid hallarına da rast gəlinib.
Qeyd edək ki, geyim qaydalarının icra vəziyyətinin qiymətləndirilməsi və müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlərin davam etdirilməsi nəzərdə tutulur", - məlumatda bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 12 Oktyabr 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















