Icma.az
close
up
RU
Məktəblərdə yanğına cavabdeh şəxs rəhbərdir Təhlükəsizlik eksperti

Məktəblərdə yanğına cavabdeh şəxs rəhbərdir Təhlükəsizlik eksperti

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tovuz şəhəri Puşkin adına tam orta məktəbdə baş verən yanğın hadisəsi təhsil müəssisələrində yanğın təhlükəsizliyi məsələsini gündəmə gətirib. Hadisə ilə bağlı bildirilib ki, yanğına səbəb qısaqanma olub. Qazax-Tovuz Regional Təhsil İdarəsindən verilən məlumatda o da qeyd olunub ki, məktəbdə yanğın təhlükəsizliyi ilə bağlı əvvəlcədən görülmüş tədbirlər sayəsində yanğının daha geniş əraziə yayılmasının qarşısı alınıb, şagird və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər. Lakin təhsil müəssisəsinin elektrik sisteminə ciddi ziyan dəyib. Hazırda bərpa işləri aparılır. 
Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayevin sözlərinə görə, təhsil müəssisələrinin bina və qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları mövcuddur. O, Demokrat.az-a açıqlamasında deyib ki, həmin qaydaların tələblərinə görə, təhsil müəssisələri istismara verilməmişdən öncə orada yanğın təhlükəsizliyi naminə münbit şərait təşkil olunmalı, yanğın təhlükəsizliyi avadanlıqları, yanğın siqnalizasiya sistemləri, od söndürən balonlar, yanğın qum şiti təşkil olunmalıdır:
“Təhsil müəssisəsində yanğın təhlükəsizliyinə daxili əmrlə cavabdeh şəxs təyin olunmalıdır. Həmin şəxs tərəfindən təhsil müəssisələrində yanğın avadanlıqları və cihazlarının saz vəziyyətdə saxlanılması təmin olunmalıdır. Yanğın təhlükəsizliyi ilə bağlı əməkdaşların mütəmadi olaraq biliklərinin artırılması ilə bağlı işlər həyata keçirilməlidir. Yanğın təhlükəsizliyi ilə bağlı hər hansı bir uyğunsuzluq aşkarlandıqda dərhal müəssisə rəhbərinə bu barədə məlumat verilməli, rəhbər tərəfindən bu halların aradan qaldırılması üçün addım atılmalıdır”. 
Ekspert onu da əlavə edib ki, təhsil müəssisələrində baş verə biləcək yanğın hadisələrinə qarşı diqqətli olmaq, yanğın hadisələrini nəzarətdə saxlamaq lazımdır:
“Baş verəcək hadisəyə görə məsuliyyətli şəxs müəssisəsi rəhbərləridir. Onlar tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı bütün tədbirlər görülməlidir. Cavabdeh şəxs tərəfindən hər ay müvafiq yoxlamalar həyata keçirilməlidir. Məktəbdə yanğın təhlükəsi ilə bağlı nəzəri təlimlər deyil, həmçinin praktiki məşğələlər keçirilməlidir. Praktiki məşğələlərdə işçi heyətin od söndürən balonlarla davranış qaydaları, hadisə zamanı təxliyə olunma bacarıqları yoxlanılmalıdır”. 
Törə Zeynallı
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Dekabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri