Icma.az
close
up
RU
Məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilməlidir İlqar Orucov

Məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilməlidir İlqar Orucov

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, sentyabrın 16-da Cəlilabad rayonunun Xəlilabad kənd məktəbində şagird sinif yoldaşını bıçaqlayaraq öldürüb.

Bu dəhşətli cinayət hadisəsi məktəblilərin təlim-tərbiyəsi, eyni zamanda məktəbdə təhlükəsizliklə bağlı məsələni yenidən gündəmə gətirib. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti İlqar Orucov bildirdi ki, bunlar çox təəssüf doğuran hadisələrdir:

"Amma mən düşünmürəm ki, bıçaqlanma hadisəsinin məktəbə aidiyyəti olsun. Öz şagird yoldaşını bıçaqlama niyyətində olan şəxs potensial cinayətə meyilli adamdır. Bu addımı həm məktəbdə, həm də məktəbdən kənarda ata bilər. Məktəblərdə uşaqlara belə davranışlar öyrədilmir. Deməli, həmin uşaq bu davranışı evindən, ətrafından və ya cəmiyyətdən məktəbə daşıyıb. Məsələ də buradadır. Məktəblərdə təhlükəsizlik məsələsi hər zaman diqqətdə saxlanmalıdır. Məktəb mühiti təhlükəsiz mühit olmalıdır. Amma kim zəmanət verə bilər ki, uşaqlar məktəbdə yoxlanıldı, bıçaq tapılmadısa, həmin uşaq kənarda bu hadisəni törətməyəcək? Əgər niyyət varsa, istənilən halda cinayət törədilə bilər. Yenə də vurğulamaq istəyirəm: heç bir məktəbdə zorakılıq və ya cinayətə meyillilik aşılanmır. Təəssüf ki, son illərdə cəmiyyətimizdə kifayət qədər aqressiv mühit formalaşıb. Bu, insanların gündəlik davranışlarında da görünür".

Ekspert əlavə etdi ki, kriminala meyilliliyin artması gənclər üçün təhlükəlidir:

"Mən bunu düzgün olmayan tərbiyənin nəticəsi hesab edirəm. Burada əsas məsuliyyəti ailələrdə görürəm. Kütləvi informasiya vasitələrinin, xüsusən televiziyaların da üzərinə böyük vəzifə düşür. Onlar daim maarifləndirmə aparmalıdırlar. Sosial şəbəkələrdə də gənclərin aqressiv davranışlarının artması müşahidə olunur. Bunun əsas səbəbi ailələrdə uşaqların tərbiyəsi ilə məşğul olunmamasıdır. Valideynlər kitab oxumurlar, övladlarının yaş xüsusiyyətlərinə uyğun davranış qaydalarını bilmirlər. Mütaliəsiz cəmiyyətlərdə kriminala meyillilik daha çox olur. Son illərdə ailələrin dağılması da ciddi problemdir. Travma yaşayan uşaqlar bu günün şagirdləri, sabahın vətəndaşlarıdır. Ailənin dağılması ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Ailə müqəddəsdir, qorunmalıdır. Təəssüf ki, ailə dəyərləri, böyüklərə hörmət və ağsaqqallıq institutu zəifləyib. Bu isə aqressiya və kriminal meyillərin artmasına gətirib çıxarır".

Müsahibimiz hesab edir ki, məktəbin funksiyası düzgün tərbiyə mühitini qurmaqdır, amma məktəbi günahlandırmaq doğru deyil.

"Mən məktəbin günahını sıfır hesab edirəm. Çünki burada uşaqlara belə davranışlar öyrədilmir. Təhsil sistemini müdafiə etmək, qorumaq və onun yanında dayanmaq hamımızın borcudur. Müəllimlər gündəlik şagirdlərlə işləyərək düzgün tərbiyə verməlidirlər. Amma ailə daxilində problem varsa, məktəb onu təkbaşına həll edə bilməz. Müəllimlərin davranışlarında problem olan uşaqlarla daha ciddi işləməsi vacibdir. Əsas günah ailədə düzgün tərbiyənin olmamasıdır. Valideynlər övladlarının tərbiyəsi ilə maraqlanmalı, məsuliyyətli olmalıdırlar. Çətin tərbiyə olunan ailələrlə ciddi iş aparılmalıdır. Əgər valideyn uşağı böyüdə və tərbiyə edə bilmirsə, dövlət belə uşaqları himayəsinə götürməlidir. Narkoman və ya problemli valideynlərin övladları cəmiyyət üçün risk daşıyır. Çünki bu gün başqa birinin uşağına xəsarət yetirən, sabah bizim övladımıza da zərər verə bilər. Məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir, amma məktəbi bu hadisələrdə günahlandırmaq doğru deyil. Aidiyyəti qurumlar məsələ üzərində ciddi düşünməlidirlər. Bu iş kampaniya xatirinə yox, mütəmadi şəkildə aparılmalıdır. Çünki bu gün problemli ailələrin övladları sabah potensial cinayətkar kimi cəmiyyət üçün təhlükə yarada bilərlər", - deyə İlqar Orucov vurğuladı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Sentyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri