Məktəblərin bağlanması kəndlərin boşalmasına səbəb olacaq Deputat
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov elmi dərəcələrə görə verilən vəsaitin artırılmasını təklif edib.
Məlumata görə, deputat Ceyhun Məmmədov parlamentin noyabrın 26-da keçirilən plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsində çıxışı zamanı bildirib ki, sonuncu dəfə bu məsələyə bir neçə il əvvəl baxılıb.
O deyib ki, hazırda bu məbləğ fəlsəfə doktorları üçün 60, elmlər doktorları üçün 100 manatdır: “Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, bu məsələ ilə bağlı yeni mexanizm tətbiq olunacaq. Əgər belə plan varsa, onun sürətləndirilməsini, yoxsa, vəsaitin az da olsa, artırılmasını təklif edirəm”.
C.Məmmədov eyni zamanda, universitetlərdə müəllimlərin maaşlarına baxılması, ali təhsil müəssisələrinin tədqiqat yönlü fəaliyyəti, maddi-texnik bazalarının gücləndirilməsi üçün ayrılan vəsaitin artırılmasını, ümumilikdə universitetlərin maliyyələşmə sisteminə yenidən baxılmasını zəruri hesab edib.
“Əksər ərazilərdə məktəblərdə ciddi şagird sıxlığı müşahidə olunur. Rəsmi açıqlamalara əsasən xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır. Düşünürəm məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”, - deputat əlavə edib(Report).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 26 Noyabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















