Icma.az
close
up
RU
Məktəblərin ətrafında qida təhlükəsizliyi zonası yaradılmalıdır TƏKLİF

Məktəblərin ətrafında qida təhlükəsizliyi zonası yaradılmalıdır TƏKLİF

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Məktəblərdə qidalanma məsələsi təkcə valideynlərin deyil, həm də dövlətin və məktəb rəhbərliyinin nəzarətində olmalıdır. Xüsusilə dərs vaxtı məktəb ətrafında satılan fast food məhsulları yüksək risk daşıyır və bunun qarşısını almaq üçün sistemli mexanizmə ehtiyac var. Belə qidalar sağlamlıq baxımından ciddi təhlükə yarada bilər. Tez xarab olan məhsulların istifadəsi, sanitar normalara uyğun olmayan satış yerləri və ümumi nəzarətsizlik təhlükəni daha da artırır".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. 
"Yol kənarında satılan qidalar da nəzərətsiz olduğu üçün risk xüsusilə məktəbyaşlı uşaqlar üçün daha yüksəkdir. Uşaqların immuniteti zəif olduğundan zəhərlənmə halları onlarda daha tez baş verir. Buna görə də məktəb bu prosesdə əsas nəzarətçi tərəflərdən biri olmalıdır. Dərs vaxtı uşaq valideynin nəzarətindən uzaq olur və bu səbəbdən məktəb ətrafındakı iaşə obyektlərinin monitorinqi, qida təhlükəsizliyi ilə bağlı məlumatlandırma və məktəbdaxili sağlam qidalanma şəraitinin yaradılması məktəbin vəzifələrindən biri olmalıdır. Çünki o anda uşaq artıq məktəbin himayəsindədir".
O bildirib ki, təkcə regionlarda deyil, Bakı daxil olmaqla ölkənin bir çox şəhərlərində qida təhlükəsizliyi mədəniyyəti aşağı səviyyədədir:
"Gəncə, Sumqayıt və digər şəhərlərdə məktəblərin ətrafında ucuz fast food satışının çoxluğu ciddi təhlükə mənbəyidir. Bu məkanlarda nə laboratoriya nəzarəti, nə də sanitar normaların tətbiqi lazımi səviyyədədir.
Məktəb ətrafında qida təhlükəsizliyi zonası yaradılmalıdır. Bir çox ölkələrdə tətbiq olunduğu kimi, məktəbin 200–300 metr ətrafında dönərxana, fast food və ucuz iaşə obyektlərinin fəaliyyətinə məhdudiyyət qoyula bilər. Məktəbdə sağlam qidalanma sistemi qurulmalı, burada yalnız keyfiyyət sertifikatı olan məhsullar satılmalı, kalori baxımından balanslaşdırılmış menyu təqdim edilməlidir. Dövlətin təsdiqlədiyi qida standartlarına əməl olunmalı, təkrar yoxlamalar və laborator analizlər mütəmadi keçirilməlidir. Hazırda bir çox məktəblərdə bu nəzarət ya zəifdir, ya da ümumiyyətlə yoxdur".
Ekspert deyib ki, qida təhlükəsizliyi ilə bağlı xüsusi monitorinq proqramı olmalıdır:
"Məktəb ətrafındakı iaşə obyektləri siyahıya alınmalı, onların icbari yoxlamaları aparılmalı və nəticələr məktəblərlə və ictimaiyyətlə paylaşılmalıdır. Pozuntulara yol verən obyektlərə qarşı sərt tədbirlər görülməlidir. Mövcud nəzarət olsa da, sistemli şəkildə həyata keçirilmədiyi üçün effektivlik yetərli deyil. Bununla yanaşı valideynlər və məktəblilər də bu sahədə maarifləndirilməlidir. Uşaqlara təhlükəli qidaların təsirləri, şəxsi gigiyena qaydaları və sağlam menyu seçimi barədə mütəmadi məlumat verilməlidir.
Məktəblər üçün təhlükəli qidalarla bağlı xəbərdarlıq sistemi yaradılmalıdır. Məsələn, hər hansı iaşə obyektində yoxlama zamanı pozuntu aşkarlanarsa və ya valideynlər və şagirdlər təhlükəli məhsulla bağlı məlumat verirsə, bu məlumat dərhal paylaşılmalı və xəbərdarlıq siqnalı kimi qəbul olunmalıdır. Bu mexanizm hətta sadə WhatsApp qrupları vasitəsilə belə effektiv şəkildə işləyə bilər.
Gəncədə baş verən hadisə bir daha göstərdi ki, məktəbli uşaqların qidalanmasına nəzarət mexanizmi gücləndirilməsə, qida zəhərlənmələri yenə də davam edəcək. Bu nəzarət hüquqi, sanitar və maarifləndirmə istiqamətlərini əhatə etməlidir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Dekabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri