“Məktəbli avtobuslar”ının icraçısı Ceyhun Bayramovun oğlu imiş
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Məlum olduğu kimi, oktyabrın 1-dən etibarən Bakıda məktəblilərin daşınması məqsədilə həyata keçirilən “2school” layihəsinin icrasına başlanılıb.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlarda valideynlərin aylıq abunə haqqından narazılıq etdiyi görülür.
Qeyd edək ki, pilot mərhələdə layihə 8 dövlət və 3 özəl məktəb olmaqla ümumilikdə 11 təhsil müəssisəsini əhatə edir. Şagirdlərin daşınması üçün nəzrdə tutulan aylıq abunə haqqı məsafədən və gedişdən asılı olaraq 80-240 manat arasında dəyişir.
Məsələn, bir şagirdi 5-10 km uzaqlıqda yerləşən məktəbə bir ay aparıb-gətirmək üçün valideyndən 180 manat ödəniş alınır. Bu isə o deməkdir ki, 5 günlük iş həftəsi olan məktəblərdə oxuyan şagirdlər üçün gündəlik yol pulu 8,2 manat (180/22 gün) təşkil edəcək.
Müqayisə üçün bildirək ki, bu qiymət paytaxt ərazisində fəaliyyət göstərən taksi xidmətlərinin qiymətinə bərabərdir. Belə ki, əksər taksi xidmətlərində 1 km məsafə üçün gediş haqqı təxminən 70-80 qəpik arasında dəyişir.
Məlumat üçün bildirək ki, “2school” SABAH.HUB İnnovasiya Mərkəzinin “SABAH studio” layihəsinə bağlı startapdır. SABAH.HUB İnnovasiya Mərkəzinin rəhbəri xarici işlər naziri Ceyhun Bayramovun oğlu Rəhim Bayramlıdır.(Yeniavaz.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 03 Oktyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















