Icma.az
close
up
RU
Ceyhun Bayramovun Münxen görüşləri

Ceyhun Bayramovun Münxen görüşləri

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fevralın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində  bir neçə görüş keçirib.  Avropa Şurasının Baş katibi Alen Berse ilə söhbət zamanı Azərbaycan və AŞ arasında gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin AŞ-nin üzvlüyünə qəbul olunmasından bəri Azərbaycanla AŞ arasında qanunun aliliyi, insan hüquqları, demokratiya istiqamətləri üzrə faydalı əməkdaşlığın mövcud olduğunu, lakin son dövrlərdə Şuranın müxtəlif institutları tərəfindən ölkəmizə qarşı nümayiş olunan qərəzin əməkdaşlığımıza xələl gətirdiyini qeyd edib. 

Ötən il AŞ Parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinin ölkəmizə qarşı münasibətin və ayrı-seçkiliyin göstəricisi kimi məyusluq doğurduğu diqqətə çatdırılıb. Bu addımların mövcud dialoq kanallarının bağlanması ilə qarşılıqlı təmas və münasibətlərə zərbə vurduğu bildirilib. 

***

Həmin gün Ceyhun Bayramov İsrail dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb. Söhbət  zamanı tərəflər Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regionda baş verən son hadisələr, habelə Qəzza zolağında vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan Respublikası və İsrail dövləti arasında təhlükəsizlik, yüksək texnologiyalar, aerokosmik sənaye, qarşılıqlı investisiyalar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib. 

***

Ceyhun Bayramovun Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçlə görüşündə iki ölkənin strateji tərəfdaşlıq gündəliyində duran mövzular, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Nazirlər strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, enerji, yüksək texnologiyalar, nəqliyyat, mədəniyyət, humanitar, təhsil, turizm və s. aspektləri üzrə inkişaf perspektivlərini müzakirə edib, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə ediblər. 

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see422

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see320

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see306

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see304

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see297

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see279

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see275

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see275

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see273

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see268

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see263

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see261

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see254

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see251

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see243

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see238

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see233

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see229

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see215

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri