Icma.az
close
up
RU
Məktəbli avtobusu 250 manat! Valideynlər şokda qiymət necə formalaşıb?

Məktəbli avtobusu 250 manat! Valideynlər şokda qiymət necə formalaşıb?

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məktəbli avtobuslarının istifadə qaydaları və ödəniş mexanizmi valideynlərin narazılığına səbəb olub. 

Qaydalara əsasən, əgər şagird həftədə 5 gün məktəbli avtobusundan istifadə edirsə və məsafə 10-15 km aralığında yerləşirsə, aylıq ödəniş 240 manat təşkil edir. Məsafə 15 km-dən çox olduqda isə ödəniş 250 manatdan yuxarı olur. Valideynlər bu məbləğin baha olduğunu bildirərək narazılıqlarını ifadə ediblər.

Maraqlıdır, bu qiymət nəyə əsasən müəyyənləşdirilib və dəyişməsi mümkündürmü?

Məsələ ilə bağlı danışan təhsil eksperti Əlçin Əfəndi News24.az-a açıqlamasında bildirib ki, məktəbli avtobusları layihəsi uzun müddətdir gündəmdə idi və nəhayət, icrasına başlanılıb:

“Bu barədə layihə ötən tədris ilindən bəri müzakirə olunurdu. Yeni qərara əsasən, 1200-dən çox şagirdin daşınması planlaşdırılıb. Əlbəttə, qiymət məsələsi ictimaiyyət arasında geniş müzakirə olunur və bu, haqlı müzakirədir. Məncə, müəyyən edilən ödəniş valideynlərin büdcəsinə tam uyğun deyil. Düzdür, elə valideynlər var ki, bu məbləği qarşılamaq onlar üçün problem yaratmır, lakin əksəriyyət üçün kifayət qədər ağır yükdür”.

Ekspert əlavə edib ki, eyni ailədən 2-3 uşağın məktəbə getməsi halında xərclər daha da artır və bu, ailə büdcəsinə ciddi təsir göstərir:

“Doğrudur, aylıq ödənişin tərkibinə yalnız nəqliyyat deyil, həm də uşaqların təhlükəsizliyi, dayə xidməti və digər profilaktik tədbirlər daxildir. Yəni bu məbləğ müəyyən mənada əlavə xidmətlərin də qarşılığında formalaşıb. Amma əgər layihə pilot mərhələdən çıxıb geniş miqyasda tətbiq ediləcəksə, qiymət məsələsinə yenidən baxılmalı, daha mülayim yanaşma göstərilməlidir. Çünki əsas məqsəd valideynləri əlavə yükə salmaq deyil, uşaqların təhlükəsiz və rahat şəkildə məktəbə daşınmasını təmin etmək olmalıdır”. 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən avtobuslarla bağlı məsuliyyət daşıyıcı şirkətin üzərinə düşür.

Bu barədə daşıyıcı şirkətə sorğu ünvanlamışıq.

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri