Icma.az
close
up
RU
Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır AZƏRTAC

Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 dekabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 267 ümumi təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar”, 215 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq edilir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, “Rəqəmsal bacarıqlar” layihəsinin həyata keçirildiyi məktəblərdə 8885 sinif üzrə 246 min 565 şagird, STEAM layihəsinin əhatə etdiyi məktəblərdə isə 6043 sinif üzrə 168 min 530 şagird tədrisə cəlb edilib.

Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir. STEAM təhsil metodu şagirdlərə beş sahənin, elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatin (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.

“Rəqəmsal bacarıqlar” layihəsi isə şagirdlərdə alqoritmik düşüncənin, layihə işləmə bacarıqlarının və məntiqi inkişafın, proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.

Qeyd edək ki, 2024-2025-ci tədris ilindən “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin əhatə dairəsi genişləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see271

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see121

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see120

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri