525ci qəzet Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 267 ümumi təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar”, 215 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq edilir.
BŞTİ-dən 525.az-a bildirilib ki, “Rəqəmsal bacarıqlar” layihəsinin həyata keçirildiyi məktəblərdə 8885 sinif üzrə 246 min 565 şagird, STEAM layihəsinin əhatə etdiyi məktəblərdə isə 6043 sinif üzrə 168 min 530 şagird tədrisə cəlb edilib.
Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir. STEAM təhsil metodu şagirdlərə beş sahənin, elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatin (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.
“Rəqəmsal bacarıqlar” layihəsi isə şagirdlərdə alqoritmik düşüncənin, layihə işləmə bacarıqlarının və məntiqi inkişafın, proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.
Qeyd edək ki, 2024-2025-ci tədris ilindən “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin əhatə dairəsi genişləndirilib.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 03 Dekabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















