Məktəblinin telefonunu oğurladı, 1 il 7 ay “iş” aldı
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yasamal rayonunda 60 saylı məktəbin qarşısında yerləşən Mehdi Hüseynzadə adına parkda məktəbliyə məxsus "iPhone 16 Pro Max” markalı mobil telefon oğurlanıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilib.
Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə baxılıb.
Məhkəmə zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini maddi vəziyyətinin ağır olması ilə izah edib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs məktəblinin futbol oynadığından istifadə edərək onun çantasındakı telefonu oğurlayıb.
Məhkəmənin hökmü ilə müttəhim 1 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 16 Mart 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















