Icma.az
close
up
RU
Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq

Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq

Icma.az bildirir, Azertag portalına istinadən.

İstanbul, 22 may, Günel Karatepe, AZƏRTAC

Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkiləcək “Altın buzağı” bədii filmində baş rola dəvət alıb.

Bununla bağlı AZƏRTAC-a eksklüziv açıqlama verən Məlahət Abbasova artıq uzun illərdir Azərbaycanı qardaş ölkədə layiqincə təmsil etməsindən böyük qürur hissi keçirdiyini bildirib.

“Bu filmdə baş rola dəvət almaq məni çox sevindirdi. Filmin prodüseri və rejissoru Nazif Tunçdur. Ssenarisi isə Nazif Tunç ilə Yusuf Faruk Tunça aiddir. Mənə təklif olunan Ədalət Dəmir roludur. Ssenarini oxuduğumda gördüm ki, burada tək bir qadın rolu var. Bu rolu inanaraq mənə təklif edən prodüser şirkəti, Nazif Tunç və dəyərli menecerim Tuncay Altınoğluna sonsuz təşəkkürlərimi bildirmək istəyirəm. Mənə verilən bu məsuliyyətin ağırlığının öhdəsindən layiqincə gələrək rolu ən yüksək səviyyədə oynayacağıma inanıram”- deyə aktrisa bildirib.

Bundan əvvəl də bir neçə filmdə rol aldığını xatırladan Məlahət Abbasova deyib: “Bu filmlərdən biri “Qızım üçün”, digəri isə Azərbaycan və Türkiyə mədəniyyət nazirliklərinin birgə istehsalı olan “Mahmud ilə Məryəm” filmindəki Qəmərbanu rolu idi. Bu filmin həyata keçməsi üçün iki qardaş ölkə nazirlikləri arasındakı körpünün qurulmasını da öz üzərimə götürmüşdüm. Bu mənim üçün çox sevindirici haldır. Bu gün də yenidən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən bir filmdə rol alacam, həm də baş rol. Türkiyədə istehsal olunan filmlərin əsasən məqsədi festivallarda iştirakdır. İnanıram ki, bu filmimiz də festivallarda nümayiş etdiriləcək və böyük mükafatlar qazanacaq. Çünki filmin ssenarisi təsəvvüfə bağlıdır və mənim rolum çox xeyirxah, saf, təmiz, dininə sadiq, hər kəsə doğru yolu göstərən qadını təmsil edir. Bütün bunlar isə bu gün dünyada baş verən bütün haqsızlıqlara qarşı insanların ən çox ehtiyac duyduğu xüsusiyyətlərdir. Artıq imzalar atılıb və hazırlıqlar başlayıb. Nəticənin gözəl olacağına inanıram. Bu təklif mənim üçün ölkəmi Türkiyə ilə yanaşı, dünyada da layiqincə təmsil etdiyimin göstəricisidir. Çünki, Türkiyədə çəkilən istər seriallar, istərsə də filmlər dünyada ən çox izlənənlər arasındadır. Bu baxımdan bir sənətçi kimi adımın azərbaycanlı olaraq dünyada tanınması mənə sonsuz qürur hissi verir. Bu sevincimi isə ilk dəfə sizinlə, yəni AZƏRTAC-la paylaşmaq istədim”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see330

Frenki de Yonqun yeni agenti Deku ilə görüşüb

20 Avqust 2025 17:20see150

Sabiq icra başçısının polkovnik oğlu vəfat etdi

20 Avqust 2025 16:24see147

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see133

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see124

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see123

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see121

Edin Cekodan Türkiyə futbolu və azarkeşləri barədə maraqlı sözlər

20 Avqust 2025 18:20see119

Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin siyahısı açıqlandı YENİLƏNİB

21 Avqust 2025 01:39see118

Rəqsanə İsmayılovanın vəkilindən müğənnini dələduzluqda ittiham edən şəxsin videomüraciətinə MÜNASİBƏT

20 Avqust 2025 19:40see118

CNN: Macarıstan və İsveçrə Ukrayna sammiti üçün nəzərdə tutulub

20 Avqust 2025 08:31see116

Əlcəzairli boksçudan gözlənilməz qərar

21 Avqust 2025 05:18see115

İndi istedadlı gənclər xaricdə oxumağa üstünlük verir

20 Avqust 2025 08:52see115

Ərdoğan Makronla müzakirə apardı

21 Avqust 2025 19:21see114

İsti havada artan tərləmə və ağız qoxusunun səbəbləri nədir? Qoxunu hansı qidalarla önləmək olar?

20 Avqust 2025 23:51see114

Ukraynaya “Şahed” hücumu HHM lər işə salındı

21 Avqust 2025 01:24see114

“Kraliça ənciri” Yalnız Bursada yetişir

20 Avqust 2025 05:00see112

Banka bağlayarkən bunlara diqqət edin Zəhərlənmə riski

20 Avqust 2025 08:56see112

Ramin Nəsirli yeni mövsümə bu komandada başlamağa yaxındır

20 Avqust 2025 04:07see111

Pakistanda musson yağışları: 800 nəfər ölüb

20 Avqust 2025 17:43see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri