Icma.az
close
up
RU
Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə BAŞ ROLU OYNAYACAQ FOTOLAR

Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə BAŞ ROLU OYNAYACAQ FOTOLAR

Icma.az, Shownews saytına istinadən bildirir.

Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkiləcək “Altın buzağı” bədii filmində baş rola dəvət alıb. 

Bununla bağlı AZƏRTAC-a eksklüziv açıqlama verən Məlahət Abbasova artıq uzun illərdir Azərbaycanı qardaş ölkədə layiqincə təmsil etməsindən böyük qürur hissi keçirdiyini bildirib.

“Bu filmdə baş rola dəvət almaq məni çox sevindirdi. Filmin prodüseri və rejissoru Nazif Tunçdur. Ssenarisi isə Nazif Tunç ilə Yusuf Faruk Tunça aiddir. Mənə təklif olunan Ədalət Dəmir roludur. Ssenarini oxuduğumda gördüm ki, burada tək bir qadın rolu var. Bu rolu inanaraq mənə təklif edən prodüser şirkəti, Nazif Tunç və dəyərli menecerim Tuncay Altınoğluna sonsuz təşəkkürlərimi bildirmək istəyirəm. Mənə verilən bu məsuliyyətin ağırlığının öhdəsindən layiqincə gələrək rolu ən yüksək səviyyədə oynayacağıma inanıram”, - deyə aktrisa bildirib.

Bundan əvvəl də bir neçə filmdə rol aldığını xatırladan Məlahət Abbasova deyib: “Bu filmlərdən biri “Qızım üçün”, digəri isə Azərbaycan və Türkiyə Mədəniyyət nazirliklərinin birgə istehsalı olan “Mahmud ilə Məryəm” filmindəki Qəmərbanu rolu idi. Bu filmin həyata keçməsi üçün iki qardaş ölkə nazirlikləri arasındakı körpünün qurulmasını da öz üzərimə götürmüşdüm. Bu mənim üçün çox sevindirici haldır. Bu gün də yenidən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən bir filmdə rol alacam, həm də baş rol. Türkiyədə istehsal olunan filmlərin əsasən məqsədi festivallarda iştirakdır. İnanıram ki, bu filmimiz də festivallarda nümayiş etdiriləcək və böyük mükafatlar qazanacaq. Çünki filmin ssenarisi təsəvvüfə bağlıdır və mənim rolum çox xeyirxah, saf, təmiz, dininə sadiq, hər kəsə doğru yolu göstərən qadını təmsil edir. Bütün bunlar isə bu gün dünyada baş verən bütün haqsızlıqlara qarşı insanların ən çox ehtiyac duyduğu xüsusiyyətlərdir. Artıq imzalar atılıb və hazırlıqlar başlayıb. Nəticənin gözəl olacağına inanıram. Bu təklif mənim üçün ölkəmi Türkiyə ilə yanaşı, dünyada da layiqincə təmsil etdiyimin göstəricisidir. Çünki, Türkiyədə çəkilən istər seriallar, istərsə də filmlər dünyada ən çox izlənənlər arasındadır. Bu baxımdan bir sənətçi kimi adımın azərbaycanlı olaraq dünyada tanınması mənə sonsuz qürur hissi verir. Bu sevincimi isə ilk dəfə sizinlə, yəni, AZƏRTAC-la paylaşmaq istədim”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://shownews.az
archiveBu xəbər 22 May 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri