Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

Melanşon yenidən siyasi səhnədə

Melanşon yenidən siyasi səhnədə

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Parisdə ideoloji qarşıdurma daha da dərinləşir

Fransada keçirilən son bələdiyyə seçkiləri ölkənin siyasi mənzərəsində uzun müddətdir yığılıb qalan ziddiyyətlərin daha açıq şəkildə üzə çıxmasına səbəb oldu. Seçkilərin nəticələri göstərdi ki, Fransa cəmiyyətində ideoloji qütbləşmə dərinləşməkdə davam edir və ənənəvi siyasi mərkəz getdikcə zəifləyir. Sözügedən prosesin fonunda “Əyilməz Fransa” partiyasının lideri Jan-Lük Melanşon yenidən siyasi gündəmin mərkəzinə çevrilib və onun əldə etdiyi nəticələr qarşıdan gələn prezident seçkiləri baxımından ciddi əhəmiyyət kəsb edir.

ARAYIŞ: Martın 15-də Fransada təxminən 35 min kommunanı əhatə edən bələdiyyə seçkiləri keçirildi. Seçkilərdə iştirak səviyyəsi aşağı oldu. Sənaye və sosial baxımdan həssas bölgələrdə radikal solçuların mövqeləri gücləndi və “Əyilməz Fransa” ciddi dəstək qazandı. Buna qarşılıq olaraq, ölkənin cənub və Aralıq dənizi sahillərinə yaxın ərazilərində ifrat sağçıların yüksək nəticələri müşahidə edildi və “Milli Birlik” bir sıra şəhərlərdə mövqelərini möhkəmləndirə bildi. Paris şəhərində isə mərkəz-solçu düşərgə formal olaraq üstün mövqeyini qorusa da, səs bölgüsü daxildə parçalanmanın davam etdiyini ortaya qoydu. Mərkəz-solun namizədi Emmanuel Qreqor təxminən 38 faiz səslə birinci olub, sağ düşərgənin namizədi Rachida Dati isə 25 faiz nəticə göstərib. Oxşar mənzərə ölkənin digər böyük şəhərlərində də müşahidə olunub.

Bələdiyyə seçkiləri formal olaraq lokal xarakter daşısa da, Fransada onlar həmişə ümummilli siyasi tendensiyaların göstəricisi kimi qəbul olunub. Bu baxımdan son səsvermə ölkədə sol düşərgə daxilində dərin fikir ayrılıqlarının qalmaqda davam etdiyini nümayiş etdirdi. Melanşonun partiyasının uğur qazanması onun siyasi strategiyasının müəyyən auditoriya üçün hələ də cəlbedici olduğunu göstərdi. Radikal solun uğur qazandığı ərazilərin əsasən fəhlə sinfi, miqrantlar və sosial təminatı zəif olan qrupların yaşadığı bölgələr olması təsadüfi deyil. Son illər iqtisadi bərabərsizlik, inflyasiya, sosial təminat problemləri və miqrasiya ilə bağlı narahatlıqlar bu seçici qruplarını daha sərt ritorikaya malik siyasi qüvvələrə yaxınlaşdırıb. Görünür, Melanşon da bu narazılıqları siyasi mobilizasiya alətinə çevirməyi bacarıb. Amma onun ritorikası cəmiyyətin bir hissəsi tərəfindən kəskin tənqid olunsa da, digər hissəsi tərəfindən mövcud sistemə qarşı etirazın ifadəsi kimi qəbul edilir.

Bununla yanaşı, Melanşonun siyasi taktikasının mübahisəli tərəfləri də az deyil. Onun seçki kampaniyası zamanı verdiyi bəyanatlar, xüsusilə də ifrat sağ fəalın ölümü ilə bağlı sərt mövqeyi və daha sonra antisemitizm ittihamlarına səbəb olan açıqlamaları Fransada geniş müzakirələr doğurmuşdu. Məsələn, fevralda keçirilən mitinqlərdən birində o Epşteyn soyadının tələffüzü ilə bağlı istehza etmiş, “Epstein yox, Epstin deyək, daha rusca səslənir” kimi ifadələr işlətmişdi. Həmin ifadələrdən sonra o, antisemitizmə eyham vurmaqda ittiham olundu və siyasi müstəvidə ona qarşı ciddi tənqidlər başladı. Opponentləri hesab edirdilər ki, o, Epşteynin yəhudi mənşəyinə dolayısı ilə işarə edir. Melanşon isə ittihamları rədd edərək bildirib ki, o, heç bir dini və ya etnik məna nəzərdə tutmayıb və Epşteynin dini kimliyinin siyasətlə əlaqəsi yoxdur. Hadisələr bir daha göstərdi ki, onun siyasi üslubu kompromisdən daha çox qarşıdurmaya əsaslanır. Bu isə qısa müddətdə seçici səfərbərliyi yaratsa da, uzunmüddətli perspektivdə geniş elektoratın etimadını qazanmağı çətinləşdirir. Məhz bu səbəbdən onun yüksəlişi Fransanın mərkəzçi və mötədil sol qüvvələri üçün ciddi narahatlıq mənbəyinə çevrilib. Amma mövcud situasiyada “Əyilməz Fransa”nın üstünlüyünü gözardı etmək doğru olmaz. Radikal solun yüksəlişi uzun müddətdir hakimiyyətdən kənarda qalan Sosialist Partiyasının yenidən siyasi səhnəyə qayıtmasını da çətinləşdirir.

Ümumən Fransanın siyasi həyatında baş verən son dəyişikliklər yalnız sol düşərgə ilə məhdudlaşmır. Ölkədə ənənəvi partiya sisteminin zəifləməsi Emmanuel Makron dövründə daha da sürətlənib. Makronun hakimiyyətə gəlişi klassik sağ-sol balansını pozub. Nəticədə, siyasi spektrin hər iki ucunda – həm ifrat sağda, həm də radikal solda yeni güclənmə müşahidə olunur. Paraleldə Makronun şəxsi nüfuzu da beynəlxalq arenada getdikcə azalır. Məsələn, ABŞ Prezidenti Donald Tramp ötən ilin fevralında Vaşinqtona səfəri zamanı Makronu Ağ Evin girişində qarşılamamış, az sonra demişdi ki, Emmanuel Makron tezliklə vəzifəsini tərk edəcək. Bu kimi faktlar və aparılan rəy sorğuları nəzərə alındıqda prezident seçkiləri keçirildiyi təqdirdə əsas üstünlüyün ifrat sağın lideri Marin Le Pen və onun siyasi düşərgəsinin yeni simalarından hesab olunan Cordan Bardellada olacağı ehtimalı yüksəkdir. Əlqərəz, Fransa siyasətində son onilliklərdə görünməmiş dərəcədə ciddi ideoloji qarşıdurma formalaşıb. Mövcud vəziyyətdə radikal solun güclənməsinin bəzi hallarda ifrat sağın mövqelərini daha da möhkəmləndirməsi də mümkündür. Çünki cəmiyyətin mötədil hissəsi iki radikal seçim arasında qalmaq istəmir və nəticədə, daha stabil görünən variantı seçə bilir.

Bəzi analitiklər hesab edirlər ki, Fransada seçki sistemi ikinci tur mexanizmi üzərində qurulduğundan, namizədlərin öz elektoratları ilə yanaşı, daha geniş seçici kütləsini cəlb etməsi vacibdir. Yəni Melanşonun sabit və sadiq tərəfdarları olsa da, onun elektoratı genişlənməkdə çətinlik çəkir. Bu isə onu prezident seçkilərinin həlledici mərhələsində zəif vəziyyətə sala bilər. Lakin sözügedən ehtimal onun prezident seçkilərində iştirak edə bilməyəcəyi anlamına da gəlmir. Makronun üçüncü dəfə namizəd ola bilməməsi müxtəlif siyasi qruplar arasında liderlik uğrunda rəqabəti daha da gücləndirib. Sağ və mərkəz-sağ düşərgədə də vahid namizədin olmaması seçki yarışını daha qeyri-müəyyən edir. Bu vəziyyət radikal qüvvələr üçün əlavə imkan yaradır, çünki parçalanmış siyasi mühitdə sabit elektorata malik namizədlər daha asan şəkildə ikinci tura çıxa bilir. Melanşonun strategiyası da məhz bu reallığa əsaslanır. O, geniş kompromis axtarmaqdan daha çox, öz seçici bazasını maksimum səfərbər etməyə çalışır. Fransız seçicisi ənənəvi olaraq ikinci turda daha ehtiyatlı seçim etməyə meyllidir və kəskin ideoloji mövqelər çox vaxt məğlubiyyətə səbəb olur.

Sonda bu nəticəyə gəlmək olar ki, Fransada qarşıdakı illər siyasi baxımdan son dərəcə gərgin keçəcək. Sol düşərgə daxilində birlik əldə olunmasa, ifrat sağın hakimiyyətə gəlməsi ehtimalı daha da artacaq. Ona görə də son bələdiyyə seçkiləri Fransada yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu mərhələdə ideoloji qarşıdurma daha açıq formaya keçir, kompromis imkanları azalır və seçicilər getdikcə daha sərt seçim qarşısında qalır. 2027-ci il prezident seçkiləri yalnız hakimiyyət uğrunda mübarizə deyil, həm də Fransanın hansı siyasi istiqamətdə inkişaf edəcəyini müəyyən edən çətin sınaq olacaq.

Nəzrin ELDARQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see345

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see344

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see333

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see263

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see232

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see231

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see220

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see215

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see206

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see190

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see186

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see168

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see164

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see161

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see157

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see154

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri