Icma.az
close
up
RU
Məleykə Abbaszadə: Subbakalavrların ali məktəblərə qəbul qaydaları dəyişməyib

Məleykə Abbaszadə: Subbakalavrların ali məktəblərə qəbul qaydaları dəyişməyib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 iyul, AZƏRTAC

Subbakalavrların ali təhsil müəssisələrinə qəbul qaydalarında hər hansı dəyişiklik yoxdur. Sadəcə faktlar ictimaiyyətlə paylaşılır ki, bu sahədə qərar verənlər düşünərək daha məqsədyönlü qərarlar qəbul etsinlər.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə müsahibəsində deyib. Məleykə Abbaszadə bildirib ki, məsələyə iki mümkün yanaşma mövcuddur: “Birinci yanaşma subbakalavrların təhsil aldıqları orta ixtisas məktəblərində tədris prosesi köklü şəkildə dəyişdirilməlidir. Tədris proqramları yenilənməli, müəllim heyətinin bilik və bacarıqları artırılmalı, müasir və effektiv tədris metodları tətbiq edilməlidir. Bu zaman subbakalavrlar daha yaxşı bilik və vərdişlərə yiyələnə, ali təhsildə uğurla davam edə bilərlər. Həmçinin bu yanaşma onların imtahansız ali məktəbə qəbul imkanlarına da müsbət təsir göstərə bilər. Düşünürəm ki, bu yol daha vacib və perspektivlidir. Artıq bəzi ali məktəblərin nəzdində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələri var. Onlarda islahatların aparılması mümkündür. Bəli, bu yol asan deyil, lakin daha səmərəli və məqsədəuyğundur. İkinci yanaşma isə odur ki, əgər mövcud sistem işləmirsə və ali məktəblər subbakalavr məzunlarını tədris prosesinə inteqrasiya etməkdə çətinlik çəkirsə, bu zaman qəbul qaydalarına yenidən baxılmalı və bəzi məhdudiyyətlər tətbiq edilə bilər. Hazırda bu istiqamətdə heç bir dəyişikliyin edilməsi nəzərdə tutulmur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see511

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see159

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see120

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see120

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see117

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see117

Çin “Tuencou 9” yük gəmisini orbitə göndərib

15 İyul 2025 07:50see114

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

FİFA PSJ nin baş məşqçisi və futbolçusunu cəzalandıra bilər

15 İyul 2025 07:32see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see112

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see112

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

Ukraynanın 55 PUA sı vurulub

15 İyul 2025 08:24see111

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see111

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see110

Meningitin müalicəsi də icbari tibbi sığorta hesabına həyata keçirilir

15 İyul 2025 10:54see109

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri