Icma.az
close
up
RU
Məleykə Abbaszadə ali məktəblərə qəbulun yekun nəticələrini AÇIQLADI

Məleykə Abbaszadə ali məktəblərə qəbulun yekun nəticələrini AÇIQLADI

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb.

Modern.az xəbər verir ki, bununla 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb.

Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97,71 faizi dolub. Cəmi 1393 plan yeri, yəni təxminən 2 faiz yer boş qalıb.

M.Abbaszadə ayrı-ayrı ixtisas qrupları üzrə nəticələri də açıqlayıb.

I ixtisas qrupu üzrə plan yerlərinin 97,34 faizi dolub, 528 yer boş qalıb.

II ixtisas qrupu üzrə plan yerlərinin 98,87 faizi dolub, 180 yer boş qalıb.

III ixtisas qrupu üzrə ən yüksək dolma göstəricisi qeydə alınıb. Bu qrupda plan yerlərinin 99,87 faizi dolub və cəmi 20 yer boş qalıb. Boş qalan yerlərin əksəriyyətində qəbul balının 600-dən yüksək olması tələb olunur. Bunun əsas səbəbi həmin bal aralığında nəticə göstərən abituriyentlərin böyük hissəsinin ilk yerləşdirmə mərhələsində ali təhsil müəssisələrinə qəbul olunmasıdır.

IV ixtisas qrupu üzrə plan yerlərinin 92,38 faizi dolub, 383 yer boş qalıb.

V ixtisas qrupu üzrə isə plan yerlərinin 93,84 faizi dolub və 282 yer boş qalıb. Bu qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız müvafiq qabiliyyət imtahanının şərtlərini ödəyən abituriyentlər iştirak edə bilirlər.

Ümumilikdə tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri tam dolub. Dörd ali təhsil müəssisəsində dolma göstəricisi 99 faiz, daha dördündə isə 98 faiz təşkil edib. Ümumilikdə 34 ali təhsil müəssisəsində plan yerlərinin dolma göstəricisi 95 faizdən yüksək olub.

Məleykə Abbaszadə bildirib ki, bu göstəricilər abituriyentlərin ixtisas seçimində davranışını, ayrı-ayrı ixtisas qruplarında rəqabət səviyyəsini, eləcə də plan yerləri ilə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı arasındakı fərqi göstərir.

Onun sözlərinə görə, əlavə yerləşdirmə zamanı boş plan yerinin olması həmin yerin mütləq dolacağı anlamına gəlmir. Abituriyentin müsabiqə şərtlərini ödəməsi və həmin ixtisası seçmək hüququnun olması da əsas şərtlərdəndir.

DİM rəhbəri qəbul olunan abituriyentlərə elektron qeydiyyatla bağlı da xəbərdarlıq edib.

Belə ki, ali təhsil müəssisələrinə qəbul olunanların elektron qeydiyyatı üçün son tarix 8 sentyabr saat 18:00-dır. Qəbul olunan şəxslər bu müddətədək my.gov.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək yerləşdirildikləri ixtisasdan imtina kimi qiymətləndirilir.

Boş qalan plan yerlərinə qəbul olunanlar isə 8-15 sentyabr tarixlərində qeydiyyatdan keçməlidirlər.

Məleykə Abbaszadə yeni tədris ilində tələbə adını qazanan gəncləri təbrik edib və onlara uğurlar arzulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Sentyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri