Icma.az
close
up
RU
Məleykə Abbaszadədən təhsillə bağlı 3 MÜHÜM TƏKLİF

Məleykə Abbaszadədən təhsillə bağlı 3 MÜHÜM TƏKLİF

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, təhsildə problemlərin görünməsi mənfi hal deyil:

"Əksinə, onları düzgün müəyyənləşdirmək təkmilləşməyə gedən yolun başlanğıcıdır. Ölçmədiyimiz, səbəbini araşdırmadığımız problemi effektiv şəkildə həll edə bilmərik.

Konfrans zamanı bu istiqamətdə bir neçə təklifimi də bölüşdüm.İlk təklifim müəllimlərin peşəkar şəbəkələşməsinə və davamlı inkişafına xidmət edən platformanın yaradılması ilə bağlı oldu. Belə bir platforma müəllimlərin yalnız bir-birindən öyrənməsinə deyil, eyni zamanda müasir texnoloji imkanlardan istifadə etməklə fərdi inkişafına dəstək verə bilər. Xüsusilə süni intellekt əsaslı assistentlərin müəllim üçün metodiki və peşəkar inkişaf alətinə çevrilməsi imkanlarını nəzərdən keçirməliyik. Bunun üçün müəllimlərə müvafiq təlimlərin və metodiki dəstəyin göstərilməsi də vacibdir.

Dövlət İmtahan Mərkəzi olaraq biz də belə bir platformaya qoşulmağa və malik olduğumuz elmi-metodiki resursları müəllimlərlə təmənnasız bölüşməyə hazırıq. DİM-in markerlər üçün təşkil etdiyi kursların, “Gənc psixometrik” proqramı çərçivəsində keçirilən təlimlərin, adaptiv testləşdirmə üzrə hazırladığımız modulların, müxtəlif fənlər üzrə elmi-metodiki seminarların materiallarının, eləcə də imtahanlarla bağlı müəllimlər üçün faydalı ola biləcək məlumatların bu platformada əlçatan olmasına dəstək verməyə hazırıq".

M.Abbaszadə vurğulayıb ki, digər vacib məsələ aşağı nəticə göstərən şagirdlərlə işdir:

"Hesab edirəm ki, uşağa sadəcə “zəif şagird” yanaşması ilə baxmaq doğru deyil. Aşağı nəticənin arxasında müxtəlif səbəblər ola bilər və onları müəyyən etmədən düzgün müdaxilə modelini seçmək mümkün deyil".

Onun fikrincə, hər bir uşağın bacarıqları, öyrənmə xüsusiyyətləri və güclü tərəfləri fərqlidir. DİM sədri bildirib ki, bir istiqamətdə digərlərindən geri qalması onu ümumilikdə zəif etmir – bu, həmin uşağın fərdi yanaşmaya ehtiyacı olduğunu göstərə bilər: "Buna görə də aşağı nəticə göstərən şagirdlərin müvafiq psixometrik alətlərlə qiymətləndirilməsini, bu prosesdə peşəkar psixoloqların iştirakını vacib hesab edirəm".

M.Abbaszadənin üçüncü təklifi məlumatların qarşılıqlı paylaşılması ilə bağlıdır. O deyib ki, hər il buraxılış və qəbul imtahanlarından sonra Dövlət İmtahan Mərkəzi tərəfindən formalaşdırılan müvafiq məlumat bazaları Elm və Təhsil Nazirliyi ilə paylaşılır:

"Təklif etdim ki, məktəblərdə aparılan monitorinqlərin nəticələri üzrə məlumat bazalarının da DİM-lə paylaşılması imkanlarına baxılsın".

DİM sədri bildirib ki, bu məlumatların sistemli şəkildə bir araya gətirilməsi gələcəkdə uzunmüddətli müşahidə tədqiqatlarının aparılmasına, eyni şagirdlərin nəticə və inkişaf dinamikasının müxtəlif təhsil mərhələləri üzrə izlənilməsinə imkan yarada bilər: "Belə tədqiqatlar bizə yalnız müəyyən bir mərhələdə əldə olunan nəticəni deyil, həmin nəticənin illər ərzində necə formalaşdığını, hansı amillərin şagirdin inkişafına təsir etdiyini daha dərindən öyrənmək imkanı verər.

Müxtəlif qiymətləndirmə mərhələlərində əldə olunan məlumatların birgə təhlili bizə yalnız nəticəni deyil, nəticəyə aparan prosesi də görməyə imkan verə bilər. Şagird hansı mərhələdə çətinliklə üzləşir? Problem nə zaman yaranır? Hansı müdaxilə nəticəni dəyişir? Bu suallara cavab tapmaq üçün məlumatlar arasında əlaqəni görmək vacibdir.

İnanıram ki, təhsil ictimaiyyətinin malik olduğu bilik, təcrübə və məlumatları bir araya gətirdikcə daha düzgün qərarlar qəbul etmək və hər bir şagird üçün daha geniş inkişaf imkanları yaratmaq mümkündür.

Təhsildə keyfiyyəti yalnız yekun rəqəmlərlə deyil, həmin rəqəmlərin arxasında dayanan səbəbləri anlayaraq yüksəldə bilərik.

Yeni tədris ilində müəllimlərimizə uğurlar, şagirdlərimizə isə öyrənməkdən, özünü kəşf etməkdən və inkişaf etməkdən zövq aldıqları bir il arzulayıram. Qarşıdakı tədris ilinin hər bir uşağın potensialını daha yaxşı görə bildiyimiz və bu potensialın üzə çıxmasına daha çox imkan yaratdığımız bir il olmasını arzulayıram".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Sentyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri