Icma.az
close
up
RU
Məleykə Abbaszadədən keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

Məleykə Abbaszadədən keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ixtisas seçimi zamanı abituriyentlərin diqqət etməli olduğu əsas məqamları açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, DİM sədri canlı yayımda çıxışı zamanı bildirib ki, abituriyentlər ilk növbədə topladıqları balı və müsabiqədəki real mövqelərini düzgün qiymətləndirməlidirlər.

Onun sözlərinə görə, abituriyentin topladığı bal müsabiqədə hansı mövqedə olduğunu müəyyənləşdirən əsas faktorlardan biridir. Abituriyentlər statistik məlumatlar və “Abituriyent” jurnalında dərc olunan informasiyalar vasitəsilə öz nəticələrini digər iştirakçıların nəticələri ilə müqayisə edə bilərlər. Dördpendirli pizza

M.Abbaszadə qeyd edib ki, abituriyentin istədiyi ixtisasa ondan daha yüksək nəticə göstərən şəxslər qəbul oluna bilər və bu halda həmin ixtisasa yer çatmaya bilər. Lakin abituriyentin istədiyi ixtisası ərizəsində qeyd etdiyi halda ondan daha aşağı nəticə göstərən şəxs həmin ixtisasa qəbul edilə bilməz.

DİM sədri vurğulayıb ki, ixtisasın ərizədə birinci və ya beşinci yerdə yazılmasının bu baxımdan fərqi yoxdur. Abituriyent müsabiqədə topladığı bal əsasında iştirak edir.

O bildirib ki, keçid balı da məhz müsabiqənin nəticəsinə əsasən formalaşır. Belə ki, ixtisasa qəbul olunanlar arasında sonuncu şəxsin balı həmin ixtisas üzrə builki keçid balı kimi müəyyənləşir.

Məleykə Abbaszadə əvvəlki illərin keçid ballarına da münasibət bildirib. Onun sözlərinə görə, ötən ilin keçid balları ixtisas seçimi zamanı müəyyən məlumat verə bilər, lakin bu ilki müsabiqənin nəticəsini yalnız həmin göstəricilərə əsasən proqnozlaşdırmaq düzgün deyil. Bəzi ixtisaslarda keçid ballarının artması, bəzilərində isə azalması mümkündür.

DİM sədri ixtisasların ardıcıllığının düzgün müəyyənləşdirilməsinin də vacib olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, abituriyent ilk növbədə ən çox istədiyi ixtisası, daha sonra digər seçimlərini yazmalıdır.

M.Abbaszadə dövlət sifarişi və ödənişli yerlərlə bağlı da nümunə çəkib. O bildirib ki, abituriyent ödənişli təhsil formasını dövlət sifarişli yerdən daha üstün tutaraq ərizəsində birinci qeyd edərsə, müsabiqənin nəticəsinə uyğun olaraq həmin ödənişli ixtisasa qəbul oluna bilər. Burada əsas amil abituriyentin seçim ardıcıllığıdır.

DİM sədri abituriyent və valideynlərə ixtisas seçimi zamanı yalnız rəsmi mənbələrdən istifadə etməyi tövsiyə edib. O, xüsusilə “Abituriyent” jurnalının 4-cü nömrəsində təqdim olunan məlumatlarla tanış olmağın vacibliyini vurğulayıb.

“Qeyri-rəsmi saytlardan əldə olunan məlumatlara güvənməməlisiniz. Ən əsas məlumatlar rəsmi “Abituriyent” jurnalında təqdim olunur”, - deyə M.Abbaszadə bildirib.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Avqust 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri