Meliorasiya və baytarlıq tədbirlərinə 709 milyon manat ayrılacaq
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı ilin büdcəsində aqrar sektora ayrılacaq vəsaitin 40 %-i — 490 milyon manatı torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, vəsaitin 18 %-i və ya 219 milyon manatı baytarlıq və digər kənd təsərrüfatı tədbirlərinə sərf olunacaq.
Nazir qeyd edib ki, gələn il aqrar sektora ayrılmalar proqnozlaşdırılan aqrar ÜDM-in 15 %-nə çatacaq və subsidiyalar, kənd təsərrüfatı texnikası, avadanlıqlar, eləcə də suvarma sistemləri üzrə güzəştlər diqqət mərkəzində olacaq.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 19 Noyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















