Icma.az
close
up
RU
Melodiyanın içində qalan uşaq Anamın səsi, qəlbimin taleyi

Melodiyanın içində qalan uşaq Anamın səsi, qəlbimin taleyi

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Kiçik yaşlarımdan musiqiyə duyduğum həvəs sanki ruhumun ən dərin qatlarından süzülüb gələn, məni öz içimə doğru çəkən ilahi bir avaz idi. Birinci sinifdə oxuduğum o illərin yaddaşımda qoyduğu yumşaq işıq hələ də solmayıb. Kəlbəcər rayonu Aşıq Şəmşir adına Mədəniyyət Evindən Şəfəqət Süleymanovun bizim  məktəbə gəlişi həmin xatirənin ən parlaq səhifəsidir. Səsin sehrini duyan kimi sinfə daxil oldu və otağa qəribə bir həyəcan yayıldı. Məktəb üzrə iki uşağı seçdi - məni və Yaqutu. Elə həmin gün bizi musiqi dərnəyinə yazdırdı. O an içimdə gizli bir qığılcım çaxdı: sanki taleyim musiqinin qoynunda, hələ taleyimə yazılmamış bir səhnədə artıq mənə doğru boylanırdı.

Anamın dünyaya baxışı, mərhəməti, mənəvi zənginliyi mənim üçün ən böyük dəyər meyarı idi. O, insan qəlbini duyan qadın idi - sözün hər mənasında ANA. Səsimin fərqinə varan kimi tərəddüd etmədən məni musiqi məktəbinə aparması təsadüf deyildi. Bilirdi ki, mənim dünyam notların arasındadır, nəfəsim melodiyanın içindədir. Ev işlərində ona kömək etmək mənim üçün borc deyil, xoşbəxtlik idi. Hər dəfə masaya astaca qoyduğum bir qab, hər dəfə yaxaladığım bir paltar öz içimdə pıçıldadığım yumşaq bir nəğməyə çevrilirdi. Sanki hər hərəkətim o melodiyanın bir notu idi.

Orta məktəb dərsləri, xor məşqləri, musiqi məktəbinin ritmi, evdəki məsuliyyətlər… Bunlar mənə yük olmadı. Çünki hər dərs həyatımın ritmini, hər məşğələ taleyimin sətirlərini yazırdı. Musiqi mənim üçün sadəcə öyrəndiyim bir sənət deyildi - varlığımın işığı, içimin nəfəsi, Allahın mənə verdiyi bir pay idi.

Amma həyatın amansız küləyi bir gün bütün dünyamı dağıtdı. Ağır yol qəzasında anamı itirdim. O an zaman dayandı. Uşaq ruhumun qanadları sındı, yuxularımın rəngi soldu. Bir günün içində böyüdüm - amma bu böyümək işıqdan yox, qaranlıqdan doğan bir ağrı idi. Onun səsi qulağımda qaldı, amma onun əllərinə toxuna bilmirdim. Gülüşü, baxışı, ətri — hamısı uzaq bir dünyanın kədərli xatirəsinə çevrildi.

O gündən sonra musiqi mənim üçün təkcə sevincin deyil, həm də həsrətin səsi oldu. Hər nota anamın nəfəsi kimi idi, sanki mən ifa etdikcə o, ruhuma əl uzadırdı. Musiqi acımı azaltmırdı, amma o acını daşımağıma güc verirdi. Mən melodiyada onun yoxluğunu hiss edirdim, amma elə həmin yoxluq mənim üçün yaşamaq səbəbinə çevrilirdi.

Musiqi mənim həm zülmətim, həm işığım idi. Ruhumun ən qaranlıq yerində onun səsi yaşayırdı. Bəlkə də buna görə heç vaxt yıxılmadım - çünki içimdə anamın səsi var idi.

Onu itirdiyim gündən sonra evin bütün yükü zərif çiyinlərimə düşdü. Gecələr yatanda bəlkə qayıdar deyə evin qapısını açıq qoyurdum… Öz-özümə deyirdim ki, sabah oyananda bəlkə bu dəhşət yuxu olar… Amma o yuxu heç vaxt bitmədi.

Artıq nə xora gedə bilirdim, nə dərnəyə, nə də orta məktəbə. Hətta məktəbin özü belə mənə kədərli gəlirdi. Həyat məni qaranlıq bir burulğana atmışdı və mən o burulğanın içində yuxulu bir uşaq kimi işıq axtarırdım. Hər şey tükənirdi, amma içimdə bir çıraq vardı - musiqi. Onu söndürmədim.
Sonra Qarabağ düşmən tapdağına düşdü… Bizim uşaqlığımız, torpaqlarımız, xatirələrimiz kimi, anamın məzarı da əsir qaldı. Köçkün yolları bizi Şamaxıya apardı. Orada da fələyin başqa bir zərbəsi ilə gənc yaşında bacım Filyarı itirdik. Onu “Qəriblər qəbiristanlığı”nda torpağa tapşırdıq. Sonra Bakıya gəldik, mən tələbə oldum. Qəlbimdə həm ana itkisinin ağrısı, həm yurd həsrətinin yanğısı vardı. Hər şeyimlə tək qalmışdım, amma bir nəfəs, bir səs məni ayaqda saxlayırdı.

Bu səs məni heç vaxt tərk etmədi. Hər melodiyanın içində onun nəfəsi yaşayır. Hər gecə tək qaldığımda sanki pıçıldayır:
“Qızım, qaranlıqdan qorxma… sən işığa doğulmusan.”

Bütün bu yaşananların içində bir həqiqət var idi.  İnsan bəzən həyatın ən ağır fırtınasında öz səsini itirdiyini düşünür, amma əslində içinə çökmüş sakitlikdə yeni bir səs doğulur - onu qoruyan, yönəldən, ayaqda saxlayan bir səs. Mənim o səsim anamın nəfəsindən yoğrulan, qəlbimdə əbədi yaşayan melodiyadır. Hər enişimdə məni tutan, hər qalxışımda kölgə kimi arxamca gələn bir ilahi ahəng… Mən bu gün varamsa, bu, onun qoyub getdiyi o nurdan, o nəfəsdən, o sonsuz sevgidəndir.

Mən də o işığa doğru - musiqinin qanadlarında, anamın səsinin izi ilə bu günə gəldim.
Anamın səsi — mənim taleyim oldu.

Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist
Prezident təqaüdçüsü
Zekainfo.az saytının baş redaktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Dekabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri