Meloni ilə Makron arasında GƏRGİNLİK Liderlər mübahisə ediblər
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliyanın Baş naziri Ciorcia Meloni ilə Fransanın Prezidenti Emmanuel Makron arasında diplomatik gərginlik yaranıb. Buna səbəb Fransanın Lion şəhərində ifrat sağçı fəalın qətli ilə bağlı verilən açıqlamalar olub.
BAKU.WS "Politico" nəşrinə istinadən xəbər verir ki, Makron əvvəlcə 23 yaşlı Kventin Derankın öldürülməsini "bütün Avropa üçün açıq yara" adlandıran Melonini tənqid edib.
Fransa lideri Hindistana səfəri zamanı bildirib ki, İtaliya Baş naziri Fransanın daxili məsələlərinə həddən artıq müdaxilə edir.
Meloninin yaxın ətrafı isə bu ittihamları qəbul etməyib. Onların sözlərinə görə, Baş nazirin açıqlaması Fransanın daxili işlərinə qarışmaq məqsədi daşımayıb, əksinə, baş verən faciə ilə bağlı Fransa xalqı ilə həmrəylik ifadə etmək niyyəti güdüb.
Qeyd edək ki, Ciorcia Meloni ilə Emmanuel Makron arasında münasibətlər son dövrlərdə tez-tez fikir ayrılıqları ilə müşayiət olunur. Tərəflər miqrasiya siyasəti, sosial məsələlər və digər mövzularda fərqli mövqelər nümayiş etdiriblər.
Buna baxmayaraq, apreldə Tuluza şəhərində keçirilməsi planlaşdırılan Fransa–İtaliya sammitində tərəflər arasında münasibətlərin yumşalacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 20 Fevral 2026 08:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















