Real da gərginlik: Mbappe ilə texniki heyət arasında mübahisə
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
"Real Madrid" klubunun ulduz futbolçusu Kilian Mbappe məşq sessiyası zamanı Alvaro Arbeloanın texniki heyətinin üzvlərindən biri ilə kəskin mübahisə yaşayıb.
Milli.Az xəbər verir ki, məşq meydançasındakı gərginlik oyun epizodlarının birində verilən qərardan sonra başlayıb.
Mübahisənin yan xətt hakimi funksiyasını yerinə yetirən heyət üzvünün ofsayd qərarı verməsindən sonra yarandığı bildirilir.
Mbappenin verilən bu qərara qarşı həmin şəxsə qəzəbli şəkildə reaksiya verdiyi qeyd olunur.
Baş verən insidentə görə futbolçuya qarşı hər hansı bir cəza tədbirinin görülməsi nəzərdə tutulmur.
Bu hadisə son vaxtlar "Real Madrid" düşərgəsində artan daxili gərginliyin daha bir göstəricisi kimi qiymətləndirilir. (Offsideplus.az)
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 06 May 2026 00:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















