Icma.az
close
up
RU
Məlum təyyarə qəzasından sonra Rusiyaya səfərlər azalıb RƏY

Məlum təyyarə qəzasından sonra Rusiyaya səfərlər azalıb RƏY

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsanlar əsas yoxdursa, xüsusən vacib deyilsə, hava nəqliyyatından istifadə etməkdən çəkinirlər


“İran və Gürcüstana səfərlərin artmasının səbəbi ilk növbədə həmsərhəd ölkələr olmasıyla bağlıdır. Etnik əlaqələr də özünü göstərir”



Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 296,3 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 25,4 faiz, Gürcüstana gedənlərin sayı 17,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 2,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə  27,7 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 36,9 faizi Türkiyəyə, 15,8 faizi Rusiya Federasiyasına, 11,4 faizi Gürcüstana, 10,7 faizi İrana, 25,2 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,5 faizini kişilər, 32,5 faizini qadınlar təşkil edib. 2025-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,1 faizi hava, 29,7 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.  


Qəribə görünən Rusiya və Türkiyəyə gedən vətəndaşlarımızın sayında azalma müşahidə olunmasıdır. “Sherg.az"a açıqlamasında iqtisadçı Fuad İbrahimov bunun səbəblərinə aydınlıq gətirib: 


- Bu, o qədər də mühüm əhəmiyyət kəsb etməyən statistikadır. Yanvar-fevral ayları üzrə statistik göstəricilər qəti bir fikir formalaşmasına əsas yaratmır. İran və Gürcüstana səfərlərin artması ilk növbədə həmsərhəd ölkələr olmasıyla bağlıdır. Etnik əlaqələr də özünü göstərir. Rusiyaya səfərlərin azalması isə əlbəttə ki, müharibə şəraitinin davam etməsi və əsasən də məlum təyyarə qəzası və bu faciəli hadisədən sonra bir çox aviareyslərin təxirə salınması, Rusiya tərəfindən hava məkanını bağlı olması, hava nəqliyyatının təhlükəli hesab edilməsiylə bağlıdır. Yəni insanlar əsas yoxdursa, xüsusən vacib deyilsə, hava nəqliyyatından istifadə etməkdən çəkinirlər. Görürük ki, karantin rejimi uzadıldığına, quru sərhədlər açılmadığına görə başqa ölkələrə səfər edənlər daha çox hava nəqliyyatı ilə, təyyarə ilə hərəkət edib. Təyyarə biletlərinin ucuz olmadığını da nəzərə alsaq, vətəndaşlar yalnız zəruri hallarda ölkədən çıxırlar. İstirahətə gedənlərin sayında da azalma var, çünki əhali arasında istirahətə xərcləməyə artıq pulu olanlar azdır. Yəni “təyyarəyə bilet alım, gedim istirahət edim”, kateqoriyasına aid insanlarımız çox deyil. Bütün bu səbəblər də göründüyü kimi statistikada əksini tapır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Mart 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri