Icma.az
close
up
RU
Təyyarə qəzasından sonra Azərbaycanda möhkəm milli və siyasi həmrəylik mühiti bir daha göründü RƏY

Təyyarə qəzasından sonra Azərbaycanda möhkəm milli və siyasi həmrəylik mühiti bir daha göründü RƏY

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Milli Məclisin deputatı Könül Nurullayeva dekabrın 25-də baş vermiş təyyarə qəzasından sonra Azərbaycan cəmiyyətində milli və siyasi həmrəylik mühitinin möhkəmlənməsindən danışıb.

O, “Report”a açıqlaması zamanı Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarə qəzasının hamını sarsıtdığını qeyd edib.

“Hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, bunların heç biri rəsmi şəkildə təsdiqlənməyib. Təbii ki, əsl səbəb araşdırmalar başa çatdıqdan sonra bəlli olacaq”.

Deputat Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevin hadisə haqqında məruzədən sonra dərhal geri dönmək barədə tapşırıq verməsinə də toxunub.

“Bu, Azərbaycan dövlətinin və şəxsən Prezidentin məsələyə çevik reaksiyası idi. Dövlət başçısının təyyarəsi enəndən dərhal sonra hava limanında operativ müşavirə keçirildi, dövlət komissiyası yaradıldı və dövlət qurumları nümayəndələrindən ibarət heyət hadisə yerinə göndərildi”.

K.Nurullayeva vurğulayıb ki, hadisə Azərbaycanın hava məkanında baş verməsə də, müvafiq dövlət qurumları qazaxıstanlı həmkarlarla əlaqəli şəkildə hadisə haqqında mümkün qədər cəmiyyəti məlumatlandırmağa çalışıb.

Könül Nurullayeva

“Qazaxıstanın operativ və çevik reaksiyasını, məlumat mübadiləsini xüsusi qeyd etməliyik. Təbii ki, aviaqəzalar dünyanın müxtəlif yerlərində baş verir. Heç bir ölkə belə təhlükələrdən sığortalanmayıb”.

Milli Məclisin üzvü pilotların qəhrəmanlığını, eyni zamanda təyyarə bələdçisi Hökumə Əliyevanın fədakarlığını da xüsusi qeyd edib.

“Məhz bu faktor qəzadan bəzi sərnişinlərin sağ çıxmasını təmin edib.

Bu hadisə Azərbaycan cəmiyyətində növbəti dəfə milli və siyasi həmrəylik mühitinin möhkəmliyini təsdiqlədi. Belə ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar təyyarə qəzası ilə bağlı birgə bəyanat yayıblar. İyirmi dörd partiya bir daha xalqımızın və dövlətimizin yanında olduğunu bəyan edib, bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayıb, vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırıb”.

Könül Nurullayev son bir neçə ildə siyasi partiyaların birgə bəyanat və müraciətlər imzalamasını ölkədə həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən təcrübə kimi qiymətləndirib.

“Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://report.az
archiveBu xəbər 27 Dekabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri