Icma.az
close
up
RU
Memar: Ənənələrin qorunması ilk növbədə şəhərin tarixi yaddaşına hörmətdir

Memar: Ənənələrin qorunması ilk növbədə şəhərin tarixi yaddaşına hörmətdir

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı üçün müasir memarlıqda milli kimliyin əks olunması xüsusi əhəmiyyət daşıyır. Şəhər tarixən Şərq və Qərb mədəniyyətlərinin kəsişməsində formalaşıb və onun memarlıq mühiti paytaxtın dünya ilə “danışdığı” beynəlxalq dilin bir hissəsinə çevrilib. Bununla yanaşı, əsas çağırış ənənəyə hörmətlə dekorativ stilizasiya meyli arasında balansın qorunmasından ibarətdir.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində memar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin ictimai işlər üzrə dekan müavini, Azərbaycan Memarlar İttifaqının Gənclərlə iş üzrə komissiyasının sədri Səttar Kərimli danışıb.

Onun sözlərinə görə, ənənə ilə stilizasiya arasındakı sərhəd milli elementlərin binanın funksiyası, şəhər mühiti və müasir texnologiyalarla düşünülmüş dialoq şəklində tətbiq olunduğu nöqtədən keçir.

“Ornamentlər, daşla işləmə, fasadların plastikası kimi ənənəvi motivlər müasir tələblər və mühəndis həlləri nəzərə alınmaqla yenidən dərk edilirsə, bu, ənənənin davamıdır. Əgər onlar kontekst və funksiya ilə əlaqəsi olmadan səthi şəkildə, sadəcə bəzək kimi istifadə edilirsə, bu artıq stilizasiyaya çevrilir və öz orijinallığını itirir”, – deyə S.Kərimli qeyd edib.

Memarlıq ənənələrinin qorunmasından danışan müsahibimiz vurğulayıb ki, söhbət yalnız ayrı-ayrı abidələrin mühafizəsindən getmir, bütövlükdə tarixi mühitə, atmosferə, küçələrin miqyasına və tikinti məntiqinə ehtiyatlı münasibətdən gedir.

“Ənənələrin qorunması ilk növbədə şəhərin tarixi yaddaşına hörmətdir. Əsrlər boyu formalaşmış memarlıq mədəniyyəti şəhər sakinlərinin kimliyini və məkanla bağlılığını müəyyənləşdirir. Binaları uyğunlaşdırmaq, yeni funksiyaları elə ehtiyatla inteqrasiya etmək vacibdir ki, onlar tarixi mühiti dağıtmasın, əksinə, onu tamamlasın”, – deyə o bildirib.

Qorunması və ehtiyatla bərpası baxımından prioritet obyekt və ərazilərlə bağlı suala cavab verən memar İçərişəhəri Bakının inkişafının müxtəlif mərhələlərini əks etdirən unikal tarixi ansambl kimi qeyd-şərtsiz prioritet adlandırıb. O, həmçinin XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid tikililəri, xüsusilə neft “bum”u dövrünün memarlığını şəhərin mərkəzi hissəsinin simasını formalaşdıran mühüm zonalar sırasında göstərib. S.Kərimlinin fikrincə, tarixi tikililərə malik sənaye və liman əraziləri də xüsusi diqqətə layiqdir, belə ki, bu məkanlar öz xarakterini itirmədən mədəni və ictimai funksiyalara uyğunlaşdırıla bilər.

Uğurlu yenilənmə nümunəsi kimi S.Kərimli “YARAT Contemporary Art Space” binasını xatırladaraq vurğulayıb ki, şəhər üçün yeni funksiyanın məkanın dəyərini artırdığı, onun keçmişini silmədiyi bu cür layihələrin sayının artması vacibdir.

Tarixi binaların və fasadların yenilənməsi zamanı buraxılan tipik səhvlərə toxunan memar bildirib ki, ən çox rast gəlinən problemlərdən biri təmir prosesində orijinal materialların və detalların itirilməsidir. Bu zaman tarixi elementlər yalnız zahirən oxşar olan müasir materiallarla əvəzlənir.

“Bu, memarlıq obrazının kasadlaşmasına gətirib çıxarır. Çox vaxt fasadların proporsiyaları pozulur, pəncərə və qapı boşluqları dəyişdirilir, uyğun olmayan rəng çalarlarından istifadə olunur. Digər bir problem isə kompleks yanaşmanın olmamasıdır, yəni yenilənmə ətrafdakı tarixi mühit nəzərə alınmadan aparılır və nəticədə şəhər məkanının bütövlüyü pozulur”, – deyə müsahibimiz qeyd edib.

S.Kərimlinin sözlərinə görə, bu cür səhvlərin səbəbi çox vaxt təhlil və layihələndirmə üçün vaxt çatışmazlığı, həmçinin kifayət qədər təcrübəsi olmayan icraçıların prosesə cəlb edilməsidir. Bununla belə, o vurğulayıb ki, peşəkar ictimaiyyət şəhərin memarlıq irsinin orijinallığını və ləyaqətini qoruyan keyfiyyətli həllərin müdafiəsi istiqamətində səylərini davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Yanvar 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri