Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Məmməd İsmayılın ağ buludu, yaxud şairin vida mərasimində Azər Turan

Məmməd İsmayılın ağ buludu, yaxud şairin vida mərasimində Azər Turan

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Azər Turanın "Məmməd İsmayılın ağ buludu, yaxud şairin vida mərasimində" yazısını təqdim edir.

Əsrik kəndinə çatanda, yaddaşımda, qəribədir ki, Məmməd İsmayılın “Bu mənəm, a kəndim, tanımadınmı?” misraları deyil, “Bəxtsiz arzuların zoğalı rəngi” hekayəsi assosiasiya verdi. Arzuların zoğalı rəngi Məmməd İsmayılın bütün yaradıcılığına hopmuşdu.

Məmməd İsmayıl həyatıma “Ağacdələn, döy qapımı, döy, görüm” şeiri ilə daxil oldu. Ağacdələnin səsini ilk dəfə bu şeirdən sonra tanıdım. Sonralar harda ağacdələn səsi eşitdimsə, “Savalanda yatan igid” şeirinin təlqin etdiyi ideologiya yadıma düşdü. Bir milli şair bundan artıq nə edə bilərdi ki... “Ağacdələn, döy qapımı, döy, görüm” Vətəni ikiyə bölünmüş və öz taleyinə əsir olan insanın miniatür avtoportreti idi.
İndi Məmməd İsmayılın cənazəsi Əsrikdəki həyətində elektrik dirəyinə çevrilmiş və dimdiklənməkdən ovulub, dəlinib deşilmiş həmin ağacın yanında qoyulmuşdu... Həyətdə, qızmar avqust günəşinin altında cənazə namazı qılırdıq. Qəfil başımızın üstündə bir bulud dayandı. Üstümüzə şaxıyan hərarətin önü kəsildi. Mehlər əsişdi. Və cənazə namazı bitənə qədər beləcə davam elədi. Qəm qafiləsi Əsrik məzarlığına sarı gedəndə o bulud artıq yox idi... Çingiz xanın ağ buludunu xatırladım...

***

1988-ci ildə ideoloji-siyasi burulğanının çəmbərində “Gənclik” jurnalı nəşr olunmağa başladı. Azərbaycanda demokratik təfəkkürün pərvəriş tapmasında, tabuların sındırılmasında, ədəbiyyatda azadlıq anlayışının vüsət almasında Məmməd İsmayılın cəsarəti həlledici rollardan birini oynadı. Lenin Kommunist Gənclər İttifaqının mətbu orqanında Leninin karikaturası çap olundu.

Mən o zaman rayonda yaşayan 24 yaşlı bir gənc idim və Məmməd İsmayıl ona göndərdiyim bütün yazıları istisnasız olaraq çap edirdi.
Beləliklə, mən üç yüz min tirajla nəşr olunan “Gənclik” jurnalının ilk və daimi müəlliflərindən biri oldum. Özü də Məmməd İsmayılın təqdimatı ilə. Və haqqımda ilk mətbu fikrin də müəllifi Məmməd İsmayıl oldu. Esselərimdən ikisini belə təqdim etmişdi: “Böyük sirr, yaxud sirlərin yeni oxunuşu” rubrikası ilə esselərini çap etdiyimiz Azərin özünün yazdığına görə, iyirmi dörd yaşı var, Neftçalada yaşayır, yazılarını məktubla göndərdiyindən üzünü görməmişik, nə sənətin sahibi olduğunu da bilmirik. Amma yazıları bizdə maraq oyatdı...” Məmməd İsmayılın haqqımdakı üç abzaslıq təqdimat yazısı və “Gənclik”də davamlı dərc olunan esselərim sonralar ədəbiyyatdakı yolumu və səmtimi müəyyənləşdirdi.

Hətta redaksiyaya ünvanlanan oxucu məktublarını Məmməd İsmayıl xüsusi bağlamada mənə göndərir və bu məktublar növbəti yazılar üçün stimul verirdi. O məktubların arasından seçib indiyə qədər saxladıqlarım da var. Bakıdan kəsimətçi-təqaüdçü Kamil Həsənzadə esselərimin janrını da müəyyənləşdirmişdi – “mənbelədeyirəmlər”: “Mənbelədeyirəmlər”ivi oxudum. Fikirlərin paklıqdan gəlir. Donuz əti yemə ki, murdarlanarlar”.

1980-ci illər nəslinin ədəbiyyat qibləsi bu jurnal oldu. O zaman Məmməd İsmayıl gəncliyə yeni ədəbi üfüqlər və istiqamət göstərən bir ədəbiyyat mürşidinə çevrilmişdi. Yazmışdı və bizi də inandırmışdı: “...qədəmindən nur yağa-yağa... Bir adam yol gedir bizdən qabaqda…” O adam Məmməd İsmayılın özü idi...

1992-ci ilin ortalarında bizim “Gənclik” dövrümüz bitdi. Məmməd İsmayıl Azərbaycan televiziyasının sədri təyin olundu. “Bizdən qabaqda yol gedən” adama “Əlif Lam Ra” adlı esse göndərdim.

Bir neçə gündən sonra rejissor, rəhmətlik Tariyel Vəliyev mənə zəng vurdu: “Məmməd İsmayıl istəyir ki, yazdığınız esse teletamaşa olaraq hazırlansın. Bakıya gəlin, söhbət edək”. Etiraf edirəm ki, o zaman belə unikal bir yaradıcılıq hadisəsinin baş verməsi məni hədsiz sevindirirdi. Kimi sevindirməzdi ki?!. Hələ üstəlik, o illərdə yalnız bir TV kanalımız vardısa.

“Əlif Lam Ra. İki dünyanın atası – İbrahim peyğəmbər”, dediyim kimi, rejissor Tariyel Vəliyevin quruluşunda təqdim olundu. Televiziyada bir neçə dəfə göstərildi. O zaman bu əsərə görə Məmməd İsmayıl lütf edib mənə yüksək qonorar da yazmışdı. Yanvar ayının ortalarında Bakıya gəlib Televiziya Komitəsində onunla görüşdüm. Təşəkkür etdim. Mənə çox qonorar yazıldığını dedim. “Halal haqqındır” cavabını verdi.

Məmməd İsmayılla söhbətimiz əsnasında otağa Bəxtiyar Vahabzadə daxil oldu. O da “Əlif Lam Ra”ya baxıb bəyənmişdi. Filmin sonunda aktyor Ramiz Novruzun ifasında İbrahim peyğəmbərin Kəbənin həyətində olan ayaq izindən – “Məqamül İbrahim”dən söhbət gedirdi: “Kəbədə İbrahim peyğəmbərin məqamı vardır... Uzaqdan-uzağa baş qoyuram. Rəhmət dəryasının sahillərinə gəlib çatdım… Sözlər tükəndi… Müqəddəs aləmlər tükənmədi ki, tükənmədi”. Bəxtiyar müəllim, “Ay oğul, uzaqdan-uzağa niyə baş qoyursan. Bəlkə gedib yaxından baş qoyasan” – dedi. Sonrakı təfsilata və təfərrüata varmadan demək istəyirəm ki, Məmməd İsmayılın açdığı üfüqlər çox gənc yaşlarımda – film göstəriləndən üç ay sonra mənə Kəbənin zəvvarı olmağı nəsib etdi.

Bu əhvalatı şairin 85 illiyinə həsr olunmuş yubiley gecəsindəki çıxışımda da xatırlatdım. Əlini sinəsinə qoyub təbəssüm və məmnuniyyət dolu baxışlarla mənə baxırdı.

Məkkədən yeni qayıtmışdım. Telessenarist Zakir Abbas və rejissor Ələkbər Kazımovski Telekomitənin sədri Məmməd İsmayılın tövsiyəsi ilə Neftçalaya gəldilər. Haqqımda “Sözlü adam” verilişi çəkildi...

Bunu hamı bilir ki, son on ildə “Ədəbiyyat qəzeti” Məmməd İsmayılın şeirlərini ardıcıl çap edib... 10 ildə Məmməd İsmayıl nə yazırdısa, hamısını “Ədəbiyyat qəzeti”nə göndərirdi, nə göndərirdisə, hamısı çap olunurdu. Təkcə şeirləri deyil, bu illərdə Çanaqqala 18 Mart Universitetinin professoru Məmməd İsmayılın yaradıcı həyatında nə hadisə olurdusa, hamısı “Ədəbiyyat qəzeti”ndə işıqlanırdı. Qürur duyuram, indi isə Məmməd İsmayılı itirdiyimiz bu ağır gündə mənəvi təskinlik tapıram ki, ona səhifələrini gen-bol açan tək qəzet “Ədəbiyyat qəzeti” oldu.

Anan dolanardı başına bir vaxt,

İndi ətrafına ölüm dolanır...

Bircə Ana – vətənmiş,

Yerdə qalanı, qürbət...

Türkiyədə yaşayan Məmməd İsmayılın qürbət havalı yaşantılarıdır və mənə elə gəlirdi ki, bu şeirləşmiş yaşantıları “Ədəbiyyat qəzeti”ndə dərc etməklə Məmməd İsmayılın acılarını az qədər də olsa, xəfiflədə bilmişəm...

Muğam Teatrında keçirilən səksən beş illik yubileyində dediyim bir məqamı bu gün Əsrikdəki həyətində keçirilən vida mərasimində bir daha xatırlatdım. İkinci Qarabağ savaşının ilk günlərində, 2020-ci il sentyabrın 29-da Məmməd İsmayıl mənə milli ordumuzu vəsf edən “Azərbaycan əsgəri” adlı bir şeir göndərdi. Və həmin şeir müharibənin ilk günlərində “Ədəbiyyat qəzeti”ndə dərc olundu. Azərbaycan poeziyası İkinci Qarabağ savaşına “Qürur yerim, nə yaxşı başlatdın bu savaşı...” deyən Məmməd İsmayılın həmin şeiri ilə qatıldı:

Boyuna qurban olum, Azərbaycan əsgəri,

Dünyanın ən müqəddəs qələbəsi sənindir.

Məmməd İsmayıl şeirinə belə bir epiqraf yazmışdı: “Mən bu dünyadan məğlub millətin şairi kimi getmək istəmirəm”. Yubiley gecəsində demişdim ki, Yaradan onu ömrünün səksəninci illərində qalib bir millətin şairi kimi yaşatdı... Bayaq həmin fikri vida mərasimində kədərli bir üslubda təkrarladım: Şükür ki, Məmməd İsmayıl bu dünyadan qalib bir millətin şairi olaraq getdi.

Məmməd İsmayıl şeirinin məzmunu da, ifadə imkanları da, poetikasının estetik platforması da hər zaman fərqli olub.

Modern ovqat klassik ənənəli Azərbaycan poeziyasına daha çox onun şeirindən yansıyıb. “Hələ yaşamağa dəyər bir az da”, “Ağacdələn, döy qapımı, döy, görüm”, “Savalanda yatan igid”, “Bir adam yol gedir bizdən qabaqda” və başqa belə onlarla şeir...

85 illik yubiley gecəsində gördüm ki, bizdən qabaqda yol gedən adamın ayaqları taqətdən düşüb... Həmin gün çıxışımın sonunda ona “Mürşidi-kamilim” dedim və əyilib əlindən öpdüm.

Tovuzdan indi qayıtmışam. Gecə saat 1 radələridir. Sosial şəbəkələrdə yazılanlara baxıram. Hamının ürəyi sevgi və etiraflarla doludur. Kaş bu sevgini bu gün onunla vidalaşmaq üçün Əsrik kəndinə getməklə də gerçəkləşdirə biləydik...

Tovuz–Əsrik–Bakı

21 avqust 2025

Rəssamlıqda opalizm məktəbini yaradan, əsərləri Avropa Parlamentində sərgilənən Azərbaycan rəssamı - Günün tablosu İtaliyada ilk monumental teatrın memarı Əfsanəvi Sziget Festivalı keçirilir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Avqust 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see203

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see173

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri