Icma.az
close
up
RU
Məmməd İsmayılın “Gənclik”dəki izi...

Məmməd İsmayılın “Gənclik”dəki izi...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan poeziyası və jurnalistikası daha bir ağır itkinin hüznünü yaşayır. Sözün sehri ilə minlərlə qəlbi titrədən, gənc istedadlara qələm güvəni verən böyük şair, publisist, jurnalist və ziyalı - “Hələ yaşamağa dəyər bir az da!..” misrası ilə insanları ruhlandıran Məmməd İsmayıl ötən gün fani dünyadan köç etdi.
Onun şeirləri çılğın bir gəncin ruhuna, yorğun bir düşüncənin ümidinə, vətən torpağının nəfəsinə çevrilmişdi.

Məmməd İsmayılın ədəbi fəaliyyəti ilə yanaşı, jurnalistikamızın inkişafında oynadığı ictimai rol da misilsizdir. O, bir zamanlar Azərbaycanın nüfuzlu nəşrlərindən olan "Gənclik" - "Молодость" jurnalının baş redaktoru işləmişdi. 1988–1992-ci illərdə çıxan bu jurnal təkcə gənc yazarların ilk ünvanı deyildi, eyni zamanda bir ədəbi tribunaya çevrilmişdi. Məmməd müəllim “Gənclik”in səhifələrində gənc qələmləri üzə çıxarmaqla yanaşı, zamanın ruhunu da poeziya, publisistika və təhlillərlə oxuculara çatdırırdı. Onun redaktorluğu dövründə jurnal sözün əsl mənasında, düşünən beyinlərin aynasına, narahat qəlblərin söz meydanına çevrilmişdi.
Modern.az saytının təqdim etdiyi bu fotoşəkil 34 il əvvəli xatırladır.

Şəkildə soldan sağa: Yevgeni Juravlyov (baş redaktor müavini, rusdilli redaksiyanın redaktoru), Çingiz Sultansoy (jurnalist), Sabir Sarvan (ədəbi işçi), Hüseyn Əfəndi (şöbə müdiri), Məmməd İsmayıl (baş redaktor), Gündüz Əlizadə (rəssam).
Məmməd İsmayılın ölümü ilə bu şəkildəkilərin biri də azaldı. İndi onlardan yalnız Çingiz Sultansoy həyatdadır – Almaniyada yaşayır.
Yevgeni Juravlyov 90-cı illərin sonlarında Bakını tərk edərək İsraildə köçmüşdü, bir müddət bu ölkədə yaşayandan sonra Rusiyaya getmiş və orada dünyasını dəyişmişdi.  

Sabir Sarvan 61 yaşında bu dünyadan köçüb. Hüseyn Əfəndi 50 yaşına çatmadan, Bakıda min bir əziyyətlə tikrdiyi evdə yaşaya bilmək qismətinə nail olmadan həyatla vidalaşıb. Gündüz Əlizadə 2017-ci ildə Almaniyada haqqın dərgahına qovuşub, Bakıdakı Əhmədli qəbiristanlığında dəfn olunub.
Bu şəkildə olmayan, vaxtilə "Gənclik"- "Молодость" jurnalında gəncliyin sözünü deyənlərdən sağ qalan digər əməkdaşlar da var: Məti Osmanoğlu, Salam Sarvan, Akif Əhmədgil, Səfər Alışarlı...

1988-ci ildə Azərbaycan mətbuatına yeni ruh gətirən “Gənclik” jurnalı Məmməd İsmayılın rəhbərliyilə bir müddət rekord tirajla - 300 minlə - çap olunmuşdu. Təəssüf ki, ədəbi-mədəni və ictimai jurnal olan “Gənclik” tarixə qovuşdu.

Jurnalın ilk baş redaktoru və əsas siması olmuş Məmməd İsmayıl ötənlərdə Modern.az saytına müsahibəsində “Gənclik” haqqında bunları demişdi:
“Hələ Jurnalistika fakültəsinə yox, Kitabxanaçılıq (həm də qiyabi) fakültəsinə daxil olmağım, Jurnalistika və Filologiya fakültələrində oxuyan  tələbələrin biz “Kitabxanaçılıq”dakılara üstdən aşağı baxmaları içimdəki o “mən olsam”, “məndən olsaydı” duyğusunu birə-beş körükləmişdi. Beləcə, çeşidli vəzifələrdən keçə-keçə gəlib “Gənclik” jurnalına qovuşdum. Mənə “Gənclik”ə redaktor olmağı təklif edəndə “İşıq” nəşriyyatının direktoru idim, amma tərəddüd etmədən nəşriyyat direktorluğunu “Gənclik”ə dəyişdim. Çünki ilk dəfə idi ki, imkanlarımla arzularım üst-üstə düşürdü.
“Gənclik” Azərbaycan demokratik mətbuatının ilk qaranquşu oldu, tabu qoyulmuş bir çox mövzuları ilk dəfə mətbuata gətirdi, hər aspektdən orijinal, yeni jurnal oldu. Komsomol orqanı xalqın orqanına döndü. “Gənclik” 5-6 nəfərlik redaksiya əməkdaşının yox, 300 minlik abunəçi ordusunun müştərək zövqünün jurnalı oldu.
Həm dizayn, forma, həm də məzmin baxımından “Gənclik” elə adı kimi yenilik, oyanış və sıçyarış oldu. Ölkənin hər yerindən ünvanımıza göndərilən məktubları bir-bir özüm oxuyur və onların jurnalın səhifələrində işıqlanmasına imkan yaradardım. Qısacası, toplum ilk dəfə idi ki, onun ovqatını, ruhunu səhifələrinə daşıyan jurnal görürdü. Bir sözlə, “Gənclik” şanslı, zamanın nəbzini tuta bilən və yolunu, izini itirməkdə olan gəncliyə ən doğru yolu göstərən orqan oldu...
Jurnalın yayımının dayandırmasının bir neçə səbəbi var: birincisi, 1992-ci ildə məni heç gözləmədiyim vaxtda AzTV-yə sədr göndərdilər. Bu zaman jurnal bir növ başsız qaldı. Doğrudur, jurnal əvvəlki görünməmiş tirajla çap olunmurdu, bəzən kağız qıtlığından iki nömrəni birləşdirib çap edirdik. “Başsız qaldı” ifadəsi bəlkə də sərt alındı. Çünki jurnalda Hüseyn Əfəndi, Salam Sarvan kimi istedadlı və bacarıqlı işçilər çalışırdılar. Amma formal da olsa, jurnal hələ də Azərbaycan Mərkəzi Komitəsinin orqanı idi.
“Gənclik” 300 min tirajla çıxan zamanda haqları olmaya–olmaya jurnalın qazandığı gəlirləri mənimsəyən komsomol fəalları müstəqillik dövründə jurnala deyil, heç özləri-özlərinə də sahib çıxa bilmədilər. Ona görə də jurnalı qapadıb yerinə “PS Gənclik” adlı qəzet açdılar. O qəzet də Hüseyn Əfəndi dünyasını dəyişəndən sonra qapandı. Beləcə, “Gənclik” çox təəssüf ki, tarixə çevrildi. 
Bu taleyinə, keçdiyi yola görə mən “Gənclik”i kosmosun dərinliyindən Yer kürəsinə yaxınlaşan və ona yeni enerji yükləyən quyruqlu ulduza bənzədirəm. “Gənclik” də o quyruqlu komet kimi gəlişi ilə Azərbaycan mətbuatında fərqli aura yaradıb, şərəfli tarixinə qovuşdu”.
Məmməd İsmayıl artıq aramızda deyil. Amma onun “Gənclik” jurnalındakı izi silinməzdir.
Ə.Qafarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:343
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Avqust 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri