Icma.az
close
up
RU
Məmməd Rahim küçəsində qanunsuzluq hökm sürür

Məmməd Rahim küçəsində qanunsuzluq hökm sürür

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Meriya Dövlət Proqramı əməl etmir


BŞİH razılığı olmadan heç bir süpürgə belə səkiyə qoyula bilməz


Paytaxtda səki problemi bitmir. Hansısa küçədə səkilər abadlaşanda sakinlər, piyadalar sevinir. Ertəsi gün başqa bir küçədə səkinin zəbt edildiyi görünür. Yeni tədris ili başlamamış Yasamal rayonu, Məmməd Rahim küçəsi abadlaşdırıldı. Bu küçədə Texniki Universitet və Memarlıq və İnşaat Universitetləri yerləşir. Tələbələr də, piyadalar da sevindi ki, nə yaxşı, yol da, səki də abadlaşdı.

Demə, məqsəd başqa imiş. Səkini ona görə abadlaşdırırmışlar ki, kafe açsınlar. Həm də səkinin hesabına. Hazırda bu küçə boyunca bir neçə yerdə köşklər qoyulub. Təkərlisi də var, təkərsizi də. Ayaqüstü qəlyanaltı xidməti göstərir köşklər. Dönər, hamburger, qəhvə, çay, “İstanbul pilav”, “noxudlu pilav”...  Köşklərdən birinin işlədicisi isə gələcəyə hesablanmış addım atıb. Böyründəki digər köşkün kölgəsində, hələlik çox da aşkar görünməyən masa və oturacaqlar qoyub, xidmət göstərir. Bəllidir ki, icazəsiz bunu etmək qeyri-mümkündür. Küçə ticarəti ilə bağlı bəlli qaydalar var. Məsələn, bir neçə gün öncə Sumqayıt şəhərində yerli İcra Hakimiyyəti küçə ticarətiylə məşğul olanları möhkəm “danladı”. Səkilərdəki, yol kənarındakı ticarət köşklərini, piştaxtaları silib-süpürüb atdılar. Qayda-qanun yaratdılar. Bəs Bakıda, şəhərin mərkəzində səkidəcə kafe açmağa kim, hansı qurum icazə verir? Kimdir bu səkinin sahibi? 

Yaranmış vəziyyətlə bağlı mütəxəssislər bildirir ki, Bakı şəhərində səkilər Bakı Şəhər İcra Hakimiyətinin balansındadır. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli 456 nömrəli Sərəncamına əsasən (Tədbirlər Planının 8.1.6.7-ci bəndinə uyğun olaraq) Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir”. Belə! Deməli, səkiyə bir süpürgə də qoymaq olmaz, əgər İcra Hakimiyyətinin razılığı yoxdursa.  BŞİH görəsən, Məmməd Rahim küçəsindəki vəziyyəti görmür, xəbəri yoxdur? Xəbəri yoxdursa, deyirik, bildiririk. Amma əgər BŞİH-nin razılığı varsa, o zaman məlum sərəncamı bir daha xatırlasınlar. 


P.S. Paytaxt səkilərinin vəziyyətini əks etdirən fotoları davam etdirəcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 07:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri