Icma.az
close
up
RU
MƏMMƏD TAHİRİN ŞEİRLƏRİ

MƏMMƏD TAHİRİN ŞEİRLƏRİ

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 HAQQ OLUR

Bir daş durur bir daş üstə,
Söz də sözə calaq olur.
Əksən barını yeyərsən,
Əkmədiyin  alaq olur.
 Məcnun suya,Leyli oda,
Pərvanənin meyli oda,
Necə irmaq bir arada,
Axır-axır, bulaq olur.
 Dən tutmadı əkdiklərin,
Alıb başa çəkdiklərin,
Nədir sənin çəkdiklərin,
Nə olur,  sənə haqq olur.
                   

SÖZƏ DÜŞDÜ

Gün doğanda çıxdıq yola,
İlk şəfəqlər üzə  düşdü.
Bu yol çox uzun oldu,
Bu uzun yol bizə düşdü.
 Hamı baxdı, biri gördü,
Göy çiynində,  yeri gördü,
Kim ki gördü, diri gördü,
Yeni bir həvəsə düşdü.
 Sevdiyim Allah adında,
Yaşar göyün son qatında,
Könlüm bir yükün altında,
Ən ağır yük sözə düşdü

            ÇIXIR
Yol uzun, yük də ağır,
Sanma,  bir yana çıxır.
 Verdiyini yel aparır,
 Nə ətə, nə qana çıxır.
 Yalançımız, yançımız,
Yançı dərdi sancımız,
Gündəlik qazancımız
Ota, samana çıxır.
 Ya varsan, ya bir heçsən,
Qisməti özün seç sən,
Bu yolu hardan keçsən,
Gedib divana çıxır.

           PİLLƏLƏR

Nə yorulur, usanır,
Bu uc-uca pillələr.
Bir..iki.. üç...qaldırır,
Bizi uca pillələr.

Nə payız, nə qış görür,
Nə də ki qarğış görür,
Boyundan çox iş görür,
Bu balaca pillələr.

Nə əldi, nə də yaxa,
Nə gözdü, yola baxa,
Umuddu neçə toxa,
Neçə aca pillələr.

Dayanıb eyni rəfdə,
Doğru da, naxələf də,
Bir gün bizə tərəf də
Qanad aça pillələr.


        GEDƏR

Ah, bu dünya bir nəşədi,
Kimləri baş qatıb gedər.
Yer meşədi, göy meşədi,
Şələsini çatıb gedər.
Biri şahdı, biri kölə,
Biri oddu, biri şölə,
Suya düşsə meymun belə
Balasını atıb gedər.
Nə altım var, nə üstüm var,
Nə istəyim, nə qəsdim var,
İnandığım bir dostum var,
Bir gün məni satıb gedər.
                   8.07.2025


BU DÜNYAYLA ARAMDA

Yerlə, göylə aramda
Gözəl bir qadın durur..
Bütün günü ağlımda,
Ağlım canımı yorur.
 Əyilirəm aşağı
Yerin içindən çıxır.
Guya sirr saxlayıram
Sirrin içindən çıxır.

Ağlımı alıb gedir,
İncə boyu, buxunu.
Sanki hər gün görürəm,
Hər gün eyni yuxunu
 O göz,  dodaq, o yanaq,
Bədən ağlımdan çıxmır.
Hər yerdən çıxan qadın,
Nədən ağlımdan çıxmır
 Bu dünyayla aramda
Bir qadın adı durur.
O qadınla aramda
Qadın inadı durur.
        

SƏNİ ÜŞÜDƏCƏK PAYIZ YAĞIŞLARI

Bir gün səni üşüdəcək payız yağışları,
Parkda, çöldə, ya bir ağac altında.
Xülasə, bu yerin üstündə, 
Bu göyün altında.
Üstünə örtməyə bir yaşıl yarpaq,
Yazmağa bir qələm, bir ağ varaq.
Ayağın altında bir az torpaq,
Üstündə sən olan dünya.
Daha nə istəyirsən,
Bundan artıq kefmi olar?
Yaşa, nə qədər istəyirsən...

Bir gün səni üşüdəcək payız yağışları.
Uçmağa heyin yox.
Qırılmış qanadların üşüyəcək.
Kimsə soruşmayacaq,
Nahaq bu dünyanı sevdun.
Nəyinə gərəkdi, bu dünya nəyinə?
Nəyin var, nəyin yox?
Üşüyə-üşüyə dönəcəksən
Quru gül ləçəyinə.

Bir gün səni üşüdəcək payız yağışları.
O zaman quru gül ləçəyini
İsidəcək bir qız baxışları.


LAÇINA QAR YAĞIR

Laçına qar yağır, qar,
Sevincə bax, sevincə.
Söz diktorun dilində,
Bir-birinin yanına
Düzülür incə-incə.

Ekrana sığmır sevinc,
Laçına qar yağır, qar.
Qol götürüb oynayır,
Laçında qoca dağlar.

Xəbərin olsun millət,
Xəbərin olsun ölkə.
Silinib getsin daha
Üzünə düşən kölgə.

Xəbərin olsun Dərbənd,
Xəbərin olsun Təbriz.
Laçına qar yağır,qar.
Qoy, gözündən, könlündən
Silinsin o qəmli iz.

Sevincdən Naxçıvanın
Dodağı çat-çat olur.
Dikəlib qalxır Bakı,
Köksü qürurla dolur.

Laçına qar yağır,qar,
Ekrandan sevinc yağır.
Bir Oğiz süfrəsi aç,
Məclisə eli çağır.
       20.09.2025

PAYIZI, YAĞIŞI, BİR DƏ YOLLARI

Bulud arxasından gün isidirdi,
Payızı, yağışı, bir də yollaŕı.
Torpaq pıçıldayır, yer eşidirdi,
Payızı, yağışı, bir də  yolları.
 Ölüm ayağında,
Sənə göndərmişdim mən bu qolları.
Qılınc tutmasa da, qələmdən tutan
Bu əllər sevirdi
Payızı, yağışı, bir də yolları.
 Hər gün bir səhifə, hər gün bir varaq,
İçində isidir soyuq suları.
Varaqlar içində bir sarı yarpaq
Yadıma salır
Payızı, yağışı, bir də yolları.
 Əyilir üfüqə gün aram-aram,
Olur göy üzünün belə halları.
Bir gün  dönüb yenə xatırlayaram
Payızı, yağışı, bir də  yolları
 Hərənin göylərdə bir qisməti var,
Ayrılır, qovuşur yerdə yolları.
Soyuq nəfəsiylə qış salamlayır,
Payız, yağışı,  bir də yolları.
                       21.09.2025


SEVƏCƏK BİRİ VAR 

Payızda yarpağı saralan adam,
Bir gecə üşüdər yağan qar səni.
Bəlkə isinərsən bu təsəlliyə,
Hardasa sevəcək biri var səni.

Durnalar yol tutar yuxularına,
Ayılıb göylərə əl eyləyərsən.
Bir arı pətəyi ev olar sənə,
Hörümçək torunu yol eyləyərsən.

Səhərdən axşama gözün yol çəkər,
Ya biri axtarar, ya arar səni.
Pıçıldar budaqda sonuncu yarpaq,
Hardasa sevəcək biri var səni.

Asılıb qalarsan bircə fikirdən,
Bir qırıq ip saxlar ümidlərini.
Yaxınlar qaldırar yıxılsan yerdən,
Göyərdər uzaqlar ümidlərini.

Bir gün bahar dönər, bir gün yaz gələr,
Çiçəyə döndərər o dağlar səni.
Astaca pıçıldar şehli ləçəklər,
Hardasa sevəcək biri var səni.
Yazda yarpaqları göyərən adam,
Payızda sevəcək biri var səni
                           23.09.2025

SAKİT BİR GECƏ

Nə külək var,
Nə meh əsir.
Arabir boz buludlar
Ayın qabağını kəsir.
Sakit bir gecə.
Bir qadın
Sığınıb pəncərənin qaranlığına
Verdiyi acını yeyir həyatın.
Bir gənc
Başını əllərinin arasına alıb
Qaytara bilmədiyi borcu düşünür.
Ümidi tavandan asılan kənrirə qalıb.
Sakit bir gecə
Bir gəlin
Şüşədən boylanan şəhidin
Gözlərinə baxır.
Körpəsinin solğun yanaqları,
Bir də kişi qolları arasında
Ərimək hissi
Ürəyini yaxır.
Sakit bir gecə.
Nə it hürüşü,
Nə ilbiz səsi.
Küçədə,
Evdə,
İşıq dirəklərində bir işıq həvəsi.
Bir də
Bir ana qucağında 
Mışıl-mışıl uyuyan körpə nəfəsi.
Sakit bir küçə,
Sakit bir şəhər,
Sakit bir gecə.
        30.09.2025

İÇİNDƏ ÇƏKDİYİN YÜKÜ

Taqətdən salıb canını,
Bir az isti, bir az bürkü.
Al, yerə qoy bir az dincəl,
İçində çəkdiyin yükü.

Yerin dərdi, göyün dərdi,
Səni bir yarpaq eləyib.
Heç bilmirsən nəyin dərdi,
Canını dustaq eləyib.

Biri sənə baha satar,
Gözündə gördüyün tükü.
Bu da qismət, dəyərli qıl,
İçində çəkdiyin yükü.

Savaşlar, qavğalar bitsin,
Dərdi, əzabı sənindi.
Mini gəlsin, mini getsin,
Açılan qapı sənindi.

Soyuq könlünü isitməz
Dəvə tükü, ya qu tükü.
Bu dünyaya yük eləmə,
İçində çəkdiyin yükü.
              02.X.2025

QURUNUN ODU

Qurunun oduna
Yaş yanır.
Ayaq yanır, baş yanır.
Dost-yoldaş, qohum-qardaş yanır.
Qurunun inadına bax,
Hamını qandırır.
Yaşın günahı yox,
Quru hamını yandırır.
Bütün günahlardan arınır.
Bütün suçlardan
Təmiz çıxır,
Duru çıxır.
Lilli suya salsan
Qupquru çıxır.
Qurunun oduna yaş yanır.
Quru haqlı çıxır,
Quru qanmır,
Dəlilsiz,sübutsuz qandırlr.
Quru yanmır,
Yandırır.
Bir vaxt quru olub
İndi qurunun oduna yanan yaşlar.
Dünənki quru başlar
Bir vaxt baş olub.
Sudan quru çıxa-çıxa,
Sonda islanıb yaş olub.
Qurunun odu
 Yaşı yandırır.
Daş yaş olsa, daşı yandırır.
          02.X.2025

SƏNSİZLİK

Qaynar lava kimi,
Bəzən də bürkülü hava kimi.
Adamın ürəyini yandırır,
Uzaqdan səslənən nəva kimi.
Sənsizlik
Yerə dağılmış üzüm gilələrini yığmaq kimi,
Bəzi anlar ayaq altında qalıb əzilir.
Baxanda adamın üzgün halı
Kənardan sezilir.
Tut yarpağını yeyən qurd kimi,
Adamın içini yeyir sənsizlik.
Ağıl uçur,
Baş dönür.
Adamın qəddini əyir sənsizlik.
Yaralı quş kimi
Çırpınmaqdır sənsizlik.
Soyuq külək olub,
Çılpaq ağac budaqlarına
Çırpılmaqdır sənsizlik.
Qışda buz üstündə 
Yalını ayaqla yeriməyə bənzəyir.
Ocaq üstə qoyulmuş qazanın içində
Yağ kimi əriməyə bənzəyir.
Kirpiyimun altlnda
İynənin ucu boyda
Donub qalmış buz.
Sənsizlik
Yarama səpilmiş duz.
                  12.X.2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri