Icma.az
close
up
RU
Məmmədov Neftçi haqda pozitiv düşünür: “Abubakarın gəlişi...

Məmmədov Neftçi haqda pozitiv düşünür: “Abubakarın gəlişi...

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Kəpəz”in sabiq baş məşqçisi, milli komandamızın keçmiş futbolçusu Azər Məmmədov Apasport.az saytına müsahibə verib.

- “Kəpəz" Premyer Liqanın son turunda "İmişli"yə 0:3 hesabı ilə uduzdu. Ümumiyyətlə, Gəncə klubunun elitada qalacağına inanırsan?
- "Kəpəz"in Premyer Liqada qalacağına inanıram. Amma bir şeyi qeyd edim ki, biz artıq neçə illərdir Gəncə təmsilçisinin elitada qala biləcəyi ilə bağlı suallar veririk. Artıq "Kəpəz" Premyer Liqada qalmaq uğrunda mübarizə aparmamalı, iddia və fikir dəyişdirməlidir. Yəni, biz bunu uğur olaraq görməməliyik. Fakt bu komanda artıq 3 ildir ki, yüksək liqada qalmaq uğrunda mübarizə aparır. İndiki turnir cədvəlindəki durum onu göstərir ki, yenə də liqada qalmaq uğrunda mübarizə aparır. İddianı dəyişmək lazımdır. Demirəm ki, avrokuboklara və ya çempioonluğa oynasınlar. Ən azından, heç olmasa Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq iddiası ləğv olunmalıdır. Heç olmasa 6-7-ci yerlərə düşmək üçün oynamaq lazımdır.

- "İmişli" barədə fikrin necədir? Gözləntilər başqa idi, amma demək olar ki, uğurlu çıxış edirlər. "İmişli" avrokuboklar mübarizəsinə qoşula bilər?
- "İmişli" haqda yalnız xoş sözlər deyə bilərəm. Etiraf edək ki, çempionat başlayanda "İmişli" haqda heç bu qədər müsbət fikrimiz yox idi. Amma onlar göstərdi ki, orada həqiqətən iş gedir. Həm rəhbərlik, həm məşqçi tərəfdən işlər gedir. Yaxşı mənada, bizləri təəccübləndirdilər. Avrokubok məsələsi isə hələ ki çətin olar. "İmişli"yə avrokuboklar mübarizəsi aparmaq üçün hələ bir neçə il Azərbaycan Premyer Liqasında oynamalıdır, təcrübə toplamalıdır. 

- “Neftçi” Vensan Abubakara qədər və Abubakar gəldikdən sonra necə görünür? Kamerunlu forvard “Neftçi”ni arxasınca apara biləcək?
- Bu transfer çox uğurludur. Çempionatımıza nə qədər çox səviyyəli legioner gələrsə, liqamız üçün də bir o qədər faydalı olar. Xüsusən də gəldiyi kluba böyük töhfə verir. Abubakar səviyyəli hücumçudur və bunu ilk oyununda da göstərdi. “Neftçi”də özünü bir daha sübut edəcək. Düşünürəm ki, onunla komanda hücumdakı problemlərini həll etmiş olacaq.

- İki turdan sonra “Neftçi” - “Qarabağ” oyunu var. Səncə, Abubakarın gəlişi “Neftçi”yə bu oyunda necə təsir edə bilər?
- Əlbəttə, bu, hamımız üçün maraqlı oyun olacaq. Abubakarın meydanda olması qarşılaşmaya əlavə rəng və maraq qatacaq. Üstəlik, kamerunlu forvardın iştirakı “ağ-qaralar” üçün həm üstünlük, həm də stimuldur. Düşünürəm ki, Abubakarın oyunda iştirakı “Qarabağ”la görüşdə “Neftçi”yə xeyli fayda verəcək.

- Çempionluq mübarizəsində hansı komandaları daha iddialı və favorit görürsən?
- Çempionluğun favoriti kimi “Qarabağ”ı görürəm. Son illərdə Ağdam klubu öz liderliyini qoruyur və getdikcə daha da təkmilləşdirir. Fikrimcə, digər komandalar hələ “Qarabağ”la çempionluq mübarizəsinə tam hazır deyillər. Amma yaxşı çıxış edən komandalar da var: “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” və “Sabah” kimi klublar “köhlən atlar”la görüşlərdə müqavimət göstərə bilirlər. Yəni təbii ki, “Qarabağ” hələ də çempionluğun əsas favoriti olaraq qalır.

“Neftçi” Türkiyəni təbrik edib - FOTO "Neftçi" kubok oyununun hazırlığını başa vurub - FOTO Jorj Kaşkilya: “Sona qədər mübarizə apardıq” “Qarabağ”ın oyununun yeri dəyişdirilib Rusiya klubundan rəsmi təklif: Rədd edib, "Qarabağ"da qaldı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://apasport.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri