Icma.az
close
up
RU
Məmmədovlar ailəsinə məxsus tarixi ev sökülür: “Üç dəfə az məbləğ verilir”

Məmmədovlar ailəsinə məxsus tarixi ev sökülür: “Üç dəfə az məbləğ verilir”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bakının Yasamal rayonunda yerləşən, XIX əsrdə inşa edilmiş, Məmmədovlar ailəsinə məxsus tarixi evin sökülməsi planlaşdırılır. 

Bu qədim tikili qorunması və bərpası nəzərdə tutulan evlərin siyahısına daxil edilməyib və üzərində müvafiq memorial lövhələr vurulmayıb. Evin tarixən böyük əhəmiyyəti var. Bu binanın tarixi 1835-ci ilə gedib çıxır, o zaman ev Rusiyanın İkinci Sığorta Cəmiyyəti tərəfindən sığortalanıb. 

Burada əsassız olaraq repressiya edilmiş, sonradan Sovet hakimiyyəti tərəfindən bəraət almış görkəmli azərbaycanlı ziyalılar yaşayıb. Onlar arasında memar Qəhrəman Məmmədov (Darmştadt və Berlin universitetlərinin məzunu, Almaniyada ADR hökumətinin xətti ilə təhsil almış, Azərbaycan Memarlar İttifaqının təsisçisi və ilk sədri, Respublikanın Dövlət Layihə İdarəsinin direktoru), Azərbaycanın və Şərqin ilk peşəkar rəssamı Qeysər xanım Kaşiyeva, daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, diviziya komandiri, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü və Qırmızı Əmək Bayrağı ordeninin ilk sahiblərindən biri Hüseyn Məmmədov, Azərbaycan Sovet Xalq Təsərrüfatı Komitəsinin plan-maliyyə orqanlarının şöbə müdiri İskəndər Məmmədov və ailənin digər üzvləri olub. 

“Cebheinfo.az” xəbər verir ki, hazırda bu nəslin ardıcılları –  məşhur alimlər Fuad Məmmədov və Rəna Məmmədova-Sarabskaya həmin evdə yaşayırlar. 

Professor Fuad Məmmədov mətbuata müaciətində qeyd edib ki, ev 1835-ci ildə Rusiyanın İkinci Sığorta Cəmiyyəti tərəfindən sığortalanıb və burada Azərbaycan ziyalı tarixinin tanınmış nümayəndələri yaşayıb: “Bu evdə repressiyaya məruz qalmış, sonradan bəraət almış ziyalılar — memar Qəhrəman Məmmədov, rəssam Qeysər xanım Kaşiyeva, dövlət xadimi Hüseyn Məmmədov və iqtisadçı İskəndər Məmmədov yaşayıblar. Bu bina həm ailəmizin, həm də Azərbaycanın mədəni yaddaşının bir parçasıdır. Amma indi bu tariximizi silmək istəyirlər”.

 Ailənin bildirdiyinə görə, evin sökülməsi ilə bağlı qərar artıq verilib və yaxın vaxtlarda icra ediləcəyi gözlənilir. Onlara təklif olunan kompensasiya məbləği isə bu ərazidəki mənzillərin bazar dəyərindən üç dəfə aşağıdır. Professor Rəna Məmmədova qeyd edib ki, onlar ömürlərini elmə və təhsilə həsr edib: 

“Bu ev bizim üçün sadəcə yaşayış yeri deyil, minlərlə kitab və elmi arxivin qorunduğu bir mədəniyyət ocağıdır. İndi isə bizi milli mədəniyyət abidəsi sayılan evimizdən çıxarırlar. Bizə təklif edilən məbləğ şəhərin mərkəzində yerləşən evlərin bazar dəyərindən üç dəfə azdır. Bu ədalətsizlikdir. 

Təklif edilən məbləğlə eyni səviyyədə ev almaq mümkün deyil”. Ailə üzvləri bildirirlər ki, hazırda onların minlərlə kitab, elmi arxiv və mədəni sənədləri olan ata-baba evi sökülmə ərəfəsindədir. Məmmədovlar ailəsi Prezident Administrasiyasına, Mədəniyyət Nazirliyinə və aidiyyəti dövlət qurumlarına müraciət edərək, tarixi-mədəni əhəmiyyət daşıyan bu evin söküntüsünün dayandırılmasını, mədəni irs siyahısına daxil edilməsini və qorunmasını istəyib. 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri