Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Elçibəyin ailəsinə “eksprezident müavinəti” VERİLİR?..

Elçibəyin ailəsinə “eksprezident müavinəti” VERİLİR?..

Icma.az, Modern.az saytına istinadən bildirir.

Mərhum eks-prezident Əbülfəz Elçibəyin adı yenidən gündəmə gəlib. Sabiq dövlət başçısına məxsus Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki Əlixanov küçəsi-38 ünvanında yerləşən ev qarət olunub. Hadisə vaxtı evdə heç kəs olmayıb.
Qeyd edək ki, Elçibəyin ailəsi (oğlu Ərturqut Əliyev və xanımı Həlimə Əliyeva) onun həyat yoldaşı vəfat edənə qədər bu evdə yaşayıb. Xatırladaq ki, mərhum Həlimə Əliyeva 2019-cu ildə dünyasını dəyişib. Sonralar Elçibəyin oğlu Ərturqut Əliyev başqa mənzilə daşındığından, Əlixanov küçəsi-38 ünvanında yerləşən ev hazırda boşdur.
Bəs Elçibəyin ailə üzvünə (oğluna) “eks-prezident müavinəti” verilirmi?
Modern.az bununla bağlı qanunvericiliyi araşdırıb.
“Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununda “eks-prezident müavinəti”nin kimlərə nə vaxtadək verildiyi qeyd olunub.
Bu qanunun 2-ci maddəsinə görə, keçmiş prezident hazırda Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olan şəxsin aylıq əmək haqqının əlli (50 %) faizinə bərabər tutulan aylıq pensiya almalıdır.
Qanunun 3-cü maddəsinə görə isə keçmiş prezident vəfat edibsə, onun ailəsinə keçmiş prezidentə ödənilməli olan aylıq pensiyanın əlli (50%) faizinə bərabər tutulan aylıq müavinət ödənilməlidir. 

Əbülfəz Elçibəy 2000-ci ilin avqustunda dünyasını dəyişib.
Sözügedən qanuna görə, sabiq dövlət başçısı dünyasını dəyişdiyi halda, onun həyat yoldaşı müəyyən edilən məbləğdə “eks-prezident müavinəti” ala bilər.
Məsələ burasındadır ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həmidə Əliyeva da vəfat edib.
Bu halda “eks-prezident müavinəti” övladlara verilə bilər. Amma bir şərtlə ki, övladlar 18 yaşını keçməmiş olsunlar.

Elçibəyin hər iki övladının – oğlu Ərturqut Əliyevin və qızı Çilənay Səmədbəylinin isə 18 yaşını çoxdan keçib.
Qanuna görə, eks-prezident övladları yalnız bir halda sözügedən müavinəti 18 yaşdan sonra ala bilər: əgər dünyasını dəyişən eks-prezidentin I qrup əlilliyi olan övladı varsa, ona müavinət verilməsi davam etdirilir.
Keçmiş prezidentin övladları arasında əlilliyi olan şəxslər olmadığından, belə demək olar ki, Elçibəyin övladların “eks-prezident müavinəti” verilmir.
Qeyd edək ki, Elçibəy ailəsi “eks-prezident müavinəti”ni 7 il - 2012-ci ilin iyunundan 2019-cu ilin iyununadək alıb. Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva 2019-cu ilin iyununda vəfat edəndən sonra sözügedən müavinət dayandırılıb.
Yeri gəlmişkən, Azərbaycanın digər eks-prezidentləri - Ayaz Mütəllibov və Heydər Əliyev, eləcə də onların həyat yoldaşları da dünyasını dəyişib. Eyni zamanda, hər iki sabiq prezidentin övladlarının yaşı 18-i çoxdan keçib və onlar arasında I qrup əlilliyi olan yoxdur.
Bu isə o deməkdir ki, hazırda Azərbaycanda “eks-prezident müavinəti” heç kimə verilmir.
Sabiq dövlət başçısı Ayaz Mütəllibov eks-prezidentlərlə bağlı qanunun qüvvəyə mündiyi vaxtdan - 2012-ci ilin iyunundan vəfat etdiyi günədək - 2022-ci ilin martınadək (10 il) ölkə başçısının aylıq əmək haqqının əlli (50%) faizinə bərabər tutulan aylıq pensiya alıb.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Dekabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see319

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see290

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see288

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see283

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see234

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see232

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see231

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see225

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see217

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see213

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see208

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see204

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see193

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see187

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see184

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see181

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see180

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see176

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri