Məmur ərini qarajda öldürən qadının cəzası azaldıldı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda məmur həyat yoldaşının qətlində təqsirləndirilərək 18 il azadlıqdan məhrum edilən Xalidə İsgəndərova əfv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamda bildirilib.
Sərəncama görə, X.İsgəndərovanın cəzasının çəkilməmiş hissəsi yarıya endirilib.
Xatırladaq ki, Xalidə İsgəndərova Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il tarixli hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, həyat yoldaşı, uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olan Füzuli İsgəndərovun qətlində təqsirli bilinib. Füzuli İsgəndərov 2014-cü il sentyabrın 1-də - qızı Bülbülün toyundan üç gün sonra yaşadığı evə bitişik qarajda qətlə yetirilib.
Aqil Vəlili


