Icma.az
close
up
RU
Məmur olmaq istəyən 796 namizəd imtahan verdi Cəm 265 i uğur qazandı

Məmur olmaq istəyən 796 namizəd imtahan verdi Cəm 265 i uğur qazandı

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Dövlət İmtahan Mərkəzi 16 fevral 2025-ci il tarixində inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə qəbul imtahanları keçirir.

Mia.az DİM-ə istinadla bildirir ki, dövlət qulluğuna qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda 796 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 18 nəfər, BB2 altqrupu üzrə 48 nəfər, BB3 altqrupu üzrə 83 nəfər, BB4 altqrupu üzrə 116 nəfər olmaqla, ümumilikdə 265 namizəd uğur qazanıb.

Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilir. İmtahan saat 16:00-da başlanır. Bu imtahan da kompüterlər vasitəsilə elektron formada keçirilir.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 17-19 fevral tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 Fevral 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri