Məmurların əsas missiyası və Prezident İlham Əliyevin onlardan tələbi VİDEO
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Əvvəllər bölgələrdə əsas problemlər infrastrukturla bağlı idi. İndi dövlətin xətti ilə o məsələlərin hamısı həllini tapıb. Magistral və şəhərlərarası yollar çəkilib, təmir olunub. Kənd yollarının 70-80 faizi standartlara cavab verir. Elektrik, su, qaz kimi kommunal problemlər həllini tapıb. Hazırda əsas problemlərdən biri insanları paytaxta köçməyə məcbur edən işsizlikdir".
Bu barədə Baku TV-nin "Yekunlaşdıraq" verilişində bildirilib.
Proqramda Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən səsləndirdiyi fikirlər xatırladılıb:
"Yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir".
Vurğulanıb ki, yeni məmurların əsas missiyalarından biri məhz bu olmalıdır. Problemin həlli üçün məsələyə kompleks və köklü şəkildə yanaşmaq lazımdır:
"Aydınlaşdırmaq gərəkdir ki, rayonun işgüzar potensialının reallaşmasına nə mane olur? Bəzi hallarda hətta yerli biznesə dəstək vermək də yox, sadəcə, mane olmamaq bəs edər".
Ətraflı - Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 17 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















