Icma.az
close
up
RU
Şeyx Zayed İrsi və Prezident İlham Əliyevin Liderlik Missiyası

Şeyx Zayed İrsi və Prezident İlham Əliyevin Liderlik Missiyası

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Şeyx Zayed bin Sultan Al Nəhyanın adı ilə təsis olunmuş beynəlxalq mükafat humanizm, sülh, tərəqqi və xalqlar arasında qarşılıqlı anlaşma ideyalarının ali təcəssümüdür. Şeyx Zayed bin Sultan Al Nəhyan tərəfindən formalaşdırılmış dövlətçilik konsepsiyası milli dəyərlərə sadiqliklə yanaşı, açıq dünyagörüşü, sosial ədalət və davamlı inkişaf prinsiplərinə əsaslanmışdır. Onun müəyyən etdiyi strateji xətt bu gün də aktuallığını qoruyur və beynəlxalq münasibətlər sistemində nümunəvi model kimi qəbul edilir.

Məhz belə nüfuzlu və yüksək mənəvi dəyərə malik mükafatın Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə təqdim olunması böyük siyasi və mənəvi əhəmiyyət daşıyır. Bu təltif yalnız bir dövlət başçısının fəaliyyətinə verilən qiymət deyil, eyni zamanda müasir Azərbaycanın inkişaf modelinə, ölkəmizin beynəlxalq sülh və əməkdaşlığa verdiyi töhfəyə göstərilən yüksək etimadın ifadəsidir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası son illər ərzində sürətli və davamlı inkişaf yolu keçmişdir. Onun siyasi fəaliyyəti ardıcıllıq, prinsipiallıq və milli maraqlara sadiqlik kimi keyfiyyətlərlə xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş strateji inkişaf kursu ölkənin iqtisadi gücünün artmasına, beynəlxalq mövqeyinin möhkəmlənməsinə və sosial rifahın yüksəlməsinə xidmət etmişdir.

Cənab Prezident İlham Əliyev güclü dövlət quruculuğunu prioritet istiqamət kimi müəyyən etmiş, siyasi sabitliyin qorunmasını və idarəetmədə səmərəliliyin artırılmasını təmin etmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, regionların sosial-iqtisadi inkişaf proqramları, enerji və nəqliyyat strategiyaları Azərbaycanı regionun aparıcı dövlətlərindən birinə çevirmişdir. Bu inkişaf modeli həm milli resursların səmərəli idarə olunmasına, həm də beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsinə əsaslanır. Onun təşəbbüsü ilə keçirilən beynəlxalq forumlar, humanitar tədbirlər və mədəniyyətlərarası dialoq platformaları Azərbaycanı sivilizasiyalararası körpüyə çevirmişdir. Multikulturalizm və tolerantlıq prinsiplərinin dövlət siyasəti səviyyəsində təşviqi Prezident İlham Əliyevin humanist və uzaqgörən baxışının nəticəsidir. Müxtəlif din və millətlərin nümayəndələrinin harmonik birgəyaşayışı Azərbaycanın sabitlik və qarşılıqlı hörmət məkanı kimi tanınmasını təmin etmişdir.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. Bu əlaqələrin strateji səviyyəyə yüksəlməsində Cənab Prezident İlham Əliyevin rolu xüsusi əhəmiyyət kəsb edir. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə qurulan yüksək səviyyəli dialoq siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə mühüm təkan vermişdir.

Energetika, investisiya, bərpa olunan enerji və digər sahələrdə həyata keçirilən birgə layihələr iki ölkə arasında möhkəm tərəfdaşlığın göstəricisidir. Bu əməkdaşlıq regional sabitliyin möhkəmləndirilməsinə və iqtisadi tərəqqinin təmin olunmasına xidmət edir. Cənab Prezident İlham Əliyevin diplomatik uzaqgörənliyi nəticəsində Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirmişdir.

Şeyx Zayedin adını daşıyan nüfuzlu mükafata Cənab Prezident İlham Əliyevin layiq görülməsi onun çoxşaxəli və məqsədyönlü fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir. Bu mükafat Prezident İlham Əliyevin qlobal liderlik keyfiyyətlərinin, humanist dəyərlərə sadiqliyinin və milli maraqlara əsaslanan siyasətinin təntənəsidir.

Müəllim qələmindən yazılan bu məqalədə qeyd etmək istəyirəm ki, Cənab Prezident İlham Əliyev müasir Azərbaycanın inkişaf memarı, güclü dövlətçilik ənənələrinin davamçısı və beynəlxalq miqyasda sülhə və əməkdaşlığa töhfə verən nüfuzlu liderdir. Onun fəaliyyəti Azərbaycanın gələcək inkişafı və beynəlxalq nüfuzunun daha da artması üçün möhkəm təməl yaradır.

Çinarə Məmmədova

YAP Naxçıvan şəhər təşkilatının fəalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Fevral 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri