Icma.az
close
up
RU
Məmurun sahibkara davranışı narazılıq doğurdu: onu nələr gözləyir? VİDEO

Məmurun sahibkara davranışı narazılıq doğurdu: onu nələr gözləyir? VİDEO

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Sumqayıt şəhəri Məhəmməd Əsədov küçəsində qanunsuz ticarətə qarşı reyd zamanı çəkilən görüntülər ictimaiyyətdə ciddi narazılıq doğurub. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi olduğu deyilən şəxsin sahibkara kobud davranaraq məhsulunu müsadirə etdiyi deyilir.

Sitat: “Bura vətəndaşın yoludur, alma satmaq üçün yer deyil. Bunu səkidə satırsansa, sənin deyil. “Vsyo”, qoyun bunları maşına!”

Nəticədə malların mağazaya aparılmasına icazə verilməyib.

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, icra nümayəndəsi vəzifə səlahiyyətlərini aşıb:

“Əvvəla, maraqlıdır ki, meyvəni niyə götürür, bu şəxs kimdir və s. Mən meyvəni götürməsini anlaya bilmirəm. Əgər meyvə xarabdırsa, onun dövriyyədən çıxarılması Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətindədir. Küçə ticarəti barədə məsələlərdə isə icra nümayəndəsi məhsulu qanunla götürə bilməz. Küçə ticarəti ilə bağlı qadağa tətbiq etmək icra nümayəndəsinin işi deyil, bunun üçün hüquq mühafizə orqanları var. Ona aidiyyəti yoxdursa, deməli, həmin şəxs vəzifə səlahiyyətlərini aşıb”.

Vəkil hadisəni özbaşınalıq kimi qiymətləndirib:

“Baş verənlər icra nümayəndəsinin səlahiyyətində olmayan məsələlərdir. O gəlib küçə ticarətini yığışdırmağa çalışır. Əgər ticarət qanunsuzdursa, bunun qarşısını polis ala bilər. Amma icra nümayəndəsinin hərəkəti özbaşınalıq kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsində bununla bağlı konkret maddə var. Belə ki, Cinayət Məcəlləsinin 322.1 maddəsinə əsasən özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş qaydaları pozaraq öz səlahiyyətlərini həyata keçirmək, özbaşınalıqla hərəkət etmək, bu hərəkətlər özbaşınalıq etmiş şəxsin maraqlarına ziyan vurmasa da, yalnız qanunsuz müdaxilə, zorakılıq və ya ciddi zərərə səbəb olarsa, cinayət məsuliyyətinə səbəb olur. Başqasının əmlakını götürüb deyirsən ki, “bu artıq sənin deyil”. Bu, vəzifə səlahiyyətlərini aşmaqla özbaşına hərəkət etməkdir”.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, reyd zamanı satıcılara məxsus məhsullar müsadirə edilməyib. Reyd yalnız satışın müvafiq qaydalara uyğun şəkildə davam etdirilməsini təmin etmək məqsədi daşıyıb.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri