Icma.az
close
up
RU
“Mən bilmirdim ki, morqda qanını təmizlədiyim şəhid öz oğlumdur” Şəhid anası ÖZƏL+FOTO

“Mən bilmirdim ki, morqda qanını təmizlədiyim şəhid öz oğlumdur” Şəhid anası ÖZƏL+FOTO

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mən Füzulidə tibb mərkəzinin diaqnostika şöbəsində xadiməçi işləyirəm. Hərənin bir işi var idi. 26 sentyabrda bizə tapşırıq gəldi ki, hər yeri təmizləyin. Biz də təmizlədik. Hətta meyitxananı da gedib özüm təmizlədim. 26 sentyabrda Sərhəd gəlib mənimlə xəstəxanada halallaşdı. Yatıb yuxuda görürdüm ki, balam şəhid olub, üstü bayraqdır, hamı da bizdədir. Bu yuxunu 4 dəfə gördüm. 26 sentyabrda mənimlə görüşəndə dedi ki, “ana, sənə nə etmişəmsə haqqını halal et”. Onu yola salanda dedi ki, “ana, mən şəhid olacam”. Ona dedim ki, üstümə şəhid kimi tabutun gəlməsin, özün gəl, eybi yoxdur, bir qolun, bir qıçın olmasın, amma mən durub xəstəxanada hamının gözünün qabağında oynayaram. Mənim balam Naxçıvanda hərbi xidməti başa vurub gələndən sonra müddətdən artıq hərbi xidmətçi kimi orduda işə başlamışdı. Beyləqanda işləyirdi. Müharibə başlamazdan öncə bir neçə hərbi kursa getmişdi”

Bunu Moderator.az-a açıqlamasında şəhid Sərhəd Hüseynovun anası Sevda Həsənova deyib. O daha sonra əlavə edib:


“Sentyabrın 27-də müharibə başladı. Morqda işləyirdim, hər yerdən xəstəxanaya həkimlər gəlmişdi. Yaralıların geyimlərini, ayaqqabılarını çıxarıb, üstündəki əşyalarını siyahıya alırdıq ki, sağalanda özlərinə qaytaraq. 28 sentyabrda yenə də meyitxanada idim. Gördüm ki, kamaz gəldi və içi dolu şəhid... Dedilər ki, 12 şəhidimiz var. Öz-özümə ürəyimdə dedim ki, “ay Allah, bu 12 şəhid anasının ürəyi səhər tezdən partlayacaq”. Sentyabrın 29-u günü idi. Zalda oturmuşduq, gördük ki, 3 yaralı və 3 şəhid gətirdilər. Yaralını təmizlədim, qaçdım morqa. Meyitxanaya girəndə iki şəhiddən qan gəldiyini gördüm, o biri şəhiddən isə qan gəlmirdi. Yenə də öz-özümə dedim ki, “ananın gözü çıxsın, bəbəyi çıxsın, belə də şəhid olar?”. O qədər özümə qarğış etdim ki. Mən nə biləydim ki, bu mənim balamdır? Yavaş-yavaş yaxınlaşırdım ki, onun üzünü açım. Bu anda Ceyran həkim məni çölə çıxartdı.. Dedi ki, yorulmusan, gəl çıxaq çölə.. Birdən təcili tibbi yardımın sürücüsü dedi ki, maşın qan içindədir, bunları kim təmizləyə bilər? Dedim ki, özüm siləcəm. Qanın ləkəsini silib zala getdim.

Zala gedəndə ayaqlarım, qolum tutuldu, diz çöküb yerə oturdum. Öz-özümə dedim ki, ay Allah, mənə nə oldu? Yenə də bilmirdim ki, bu şəhid mənim oğlumdur! Ötəri bir hiss idi, gəldi və getdi. İş yoldaşım dedi ki, sən bu gün Sərhədlə danışmısan? Dedim ki, yox, danışmamışam. O biri iş yoldaşım da gəlib məndən Sərhədi soruşdu. Şübhələndim. Sonra da məni evə göndərmək istədilər. Dedim ki, getmirəm. Məni birtəhər evə göndərdilər. Evə çatanda mənə dedilər ki, Sərhəd şəhid olub. Balam snayper gülləsinə tuş gəlmişdi.. Güllə alnından girib başından çıxmışdı.. Balamın beyni dağılmışdı (ağlayır)” deyə şəhid anası bildirib.


Sevda Həsənova deyir ki, oğlu şəhid olmaqla arzusuna çatıb:


“Sərhəd iki hərbçi yoldaşını döyüş meydanından çıxarıb, 3-cü yoldaşını da çıxarmaq istəyəndə düşmən atəşinə tuş gəlib. Qəbirstanlıqda tabutu açdım, balama baxdım. Əlinin arasına bacısının adı yazılmışdı. Balamın arzusu yerinə yetmişdi.. O şəhid olmaq istəyirdi.. Balam başımı uca edib. Hər kəsə şəhid olmaq nəsib olmur. Balamın ölümü ilə də fəxr edirəm. Arzu edirəm ki, Allah məni ona tez qovuşdursun” deyə şəhid anası bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Sentyabr 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri