Icma.az
close
up
RU
Mən bir Stalindən, bir də anamdan qorxuram O niyə özünə qəsd etmişdi?

Mən bir Stalindən, bir də anamdan qorxuram O niyə özünə qəsd etmişdi?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu gün rus yazıçı Aleksandr Fadeyevin anım günüdür.
Kulis.az Mirmehdi Ağaoğlunun onun haqqında yazısını təqdim edir.


Ölümündən sonra yazıçıdan ikisi yarımçıq olan dörd roman qaldı. Ən tanınmış əsəri “Gənc qvardiya”nı isə düzəliş edərək bərbad vəziyyətə salmışdı.
Dostoyevski deyirdi ki, yaşamaq öz həyatından bədii əsər yaratmaqdır. Fadeyevi maraqlı edən də onun yaratdığı həyatı idi, bütün günahları, bütün təzadları ilə.

Dörd yaşında oxumağı öyrəndi

Aleksandr Fadeyev 1901-ci ildə Tver əyalətinin Kirmi kəndində inqilabçı ailəsində doğulmuşdu. Aleksandr uşaqlıqdan ətrafdakıları istedadı ilə heyran etmişdi. Dörd yaşında bacısının əlifba kitabından hərfləri öyrənmişdi. Sevimli yazarları isə Cek London, Fenimor Kuper idi. Gənclik illərindəki macərapərəstliyi də onda bu kitabların təsiri ilə yaranmışdı.

Belə ki, gənc Aleksandr 1918-ci ildə məktəbi yarımçıq buraxaraq inqilabçılara qoşulur, Kommunist partiyasının sıralarına daxil olur. Partiya təbliğatçısı kimi çıxış edir. Partiyada Bulıqa ləqəbi ilə tanınır. Aleksandr partizan dəstələrinə qoşulur və Uzaq Şərqdə döyüşlərin birində yaralanır.

1920-ci illərdə təhsilin davam etdirmək üçün universitetə daxil olsa da, yenə hərbi əməliyyatlarda iştirak edir. Kronştadt üsyanının yatırılması zamanı ikinci dəfə yaralanır. Sağalandan sonra Aleksandr Moskvada qalmağa qərara alır.

Yazıçılıqdan məmurluğa

Fadeyev hələ döyüşçü olduğu zamanlardan yazırdı. Tərxis olunandan sonra isə ciddi surətdə yaradıcılıqla məşğul olmağa başladı və 1926-cı ildə onun “Darmadağın” romanı çap olundu. Romanın çapından sonra Fadeyev gənc və istedadlı bir yazıçı kimi ədəbi çevrədə şöhrət qazandı.

Ani uğurdan sonra Fadeyev yaradıcılığa daha az vaxt ayırmağa məcbur idi. Bütün məziyyətləri, ailəsinin və özünün inqilabi keçmişi partiya siyasətinin parametrlərinə cavab verirdi. Odur ki, gənc yazıçı tezliklə Rusiya Proletar Yazıçıları İttifaqının rəhbəri təyin edildi.

Sosialist realizminin atası

Fadeyev sosialist realizminin nəzəriyyəçilərindən biri idi. Onu “ədəbiyyat naziri”də adlandırırdılar. Fadeyev demək olar ki, 30 il müddətində sovet ədəbiyyatının yol göstərənlərindən biri olmuşdu. Sözsüz ki, əksər hallarda partiyanın sifarişlərini də yerinə yetirirdi. Partiyanın bəyənmədiyi yazıçılar onun əlilə vurulurdu. O, Platonov, Axmatova, Pasternak, Zoşşenko kimi yazıçıları sosialist realizmindən sapmaqda günahlandırır, onları “rus ədəbiyyatının tör-töküntüləri” adlandırırdı.

Dövrün tələblərinə cavab verməyən bir qrup yazarın təqib olunmasında onun rolu az deyildi. Ali kürsüdən onları tənqid edənlərin başında, əlbəttə, Fadeyev dururdu. Onun 1949-cu ildə “Pravda” qəzetində yazdığı “Bir qrup antivətənpərvər teatr tənqidçiləri haqqında”məqalə ilə “Kosmopolitlərlə mübarizə” kampaniyasının əsası qoyuldu. Məqaləni Stalin şəxsən redaktə etmiş, başlığı da özü qoymuşdu.

Xəstə yatağındakı Platonova yardım edirdi

Fadeyev təzadlı həyat sürürdü. Əgər Yazıçılar İttifaqının qurultayında Andrey Platonovu, Bulqakovu, Pasternakı tənqid edirdisə, əvəzində Platonov xəstə olanda tez-tez ona baş çəkir, müalicəsi üçün arvadına maddi yardım edirdi.

Fadeyev Anna Axmatova yaradıcılığını tənqid etməklə onu burjuaziya maraqlarından çıxış etməkdə günahlandırmaqla bərabər Stalin mükafatına da təqdim etmişdi. Oğlu N. Qumilyovun azad edilməsi üçün yuxarılara minnətçi düşmüşdü.

Bulqakov ölüm yatağında olanda Fadeyev onunla son dəfə görüşür. Kim deyə bilər ki, onun Platonovla, Bulqakovla söhbətləri hansı xarakterdə idi, onlardan əfv diləmişdimi? Nə bilmək olar?

Böyük Vətən müharibəsində hərbi müxbir

Fadeyev ilk romanı “Darmadağın”dan sonra daha çox ədəbi-tənqidi məqalələr yazırdı. O, müharibə illərində hərbi müxbir qismində cəbhə bölgəsinə gedir. Almanlara qarşı mətanətlə vuruşaraq həlak olmuş Qırmızı Don yeniyetmələri haqqında əhvalatı eşidir. Fadeyev bundan sonra iri həcmli “Gənc qvardiyaçılar” romanını yazır.

Sovet ədəbiyyatı ideoloji rəhbərinin romanı gözlənildiyi kimi rəğbətlə qarşılanmır. Hətta Stalin belə Don gənclərinin müqavimət hərəkatında partiyanın rolunun göstərilmədiyi üçün Fadeyevi möhkəm danlayır.

Stalin ona nə dedi?

“Xalqlar atası” Fadeyevi qəbuluna çağırtdırır. Qapını döyüb kabinetə daxil olan Fadeyev Stalini qanıqara görür. Stalinin soyuqluğunu o dəqiqəcə duyan yazıçı irəli gəlməyə cəsarət etmir. Stalin başını qaldırıb:

- Siz kimsiz, yoldaş Fadeyevsiz? - Rəng alıb, rəng verən Fadeyev cavab verməkdə çətinlik çəkir, Stalinin bu cür köntöy sual verməsinin bir səbəbi olduğunu anlayır. Amma səssiz dayanmağın da ona bir faydasının olmayacağını dərk edir:

- Mən yazıçıyam, yoldaş Stalin.

Stalin elə bu cavabı gözləyirmiş:

- Siz p.xsuz, yoldaş Fadeyev, yazıçı deyilsiz!

Sonra əlini masanın üstündəki kitaba vuraraq:

- Yazıçı bax budur, Anton Pavloviç Çexov. Siz ideoloji cəhətdən zərərli kitab yazmısınız. Siz gənc qvardiyaçıları cinayətkar dəstə kimi, maxnoçular kimi təqdim etmisiniz. Məgər partiyanın rəhbərliyi olmadan faşizmə qarşı effektiv mübarizə aparmaq mümkündürmü? Sizin kitabınıza görə mümkündür.

Fadeyev dinməzcə dayanır, heç nə deyə bilmir. Stalin onu qapıdanca qaytarır.

- Gedin və düşünün, yoldaş Fadeyev.

Romanı yenidən yazdı

Fadeyev əsəri yenidən yazmağa məcbur olur. O, zarafatla dostlarına deyirdi: “Gənc qvardiyanı qocasına dəyişməklə məşğulam”.

“Gənc qvardiya”nın işlənmiş variantı birinci qədər güclü alınmasa da, onun ölümündən sonra bu əsər sovet dərsliklərinə salındı. Filmi də çəkildi. Bir neçə il öncə aparılan araşdırmalarda isə məlum oldu ki, sən demə, Fadeyev romanda bir çox tarixi faktları təhrif edibmiş.

Fadeyevin “Udegeylərin sonuncusu” və “Qara metallurgiya" adlı iki yarımçıq romanı da var. O, 31 mart 1951-ci ildə Stalinə məktubunda sonuncu romanda “nəhəng kommunizm quruculuğu”ndan yazacağını vəd edirdi.

“O mənim atamdır”

Fadeyev deyirdi: “Mən bir Stalindən, bir də anamdan qorxuram”. Fadeyev Stalinə dərindən bağlı adam idi. Əgər bütün ölkədə bir Stalin xofu var idisə, Fadeyevdə qorxudan ziyadə sevgi vardı.

Stalinin vəfatından sonra “Xruşşov qızdırması” zamanında Fadeyev üçün də ağır günlər başlamışdı. Bir zamanlar Stalinin sadiq tərəfdaşlarından biri olan Fadayev Xruşşovun diqqətindən kənarda idi. 20-ci qurultayında Şoloxov onu kəskin tənqid elədi. O, sovet ədiblərinin repressiyaya məruz qalmasında başlıca günahkarlardan biri hesab olunurdu.

Ömrünü müxtəlif tədbirlərdə, rəsmi mərasimlərdə, ictimaiyyət arasında keçirmiş bir adam artıq əvvəlki nüfuza malik deyildi. O özü də bir zamanlar etdiyi səhvləri dərk edir, vicdan əzabı çəkirdi.

Ömrünün sonuna iki ay qalmış içkini də tərgitmişdi. Daha əvvəlki kimi sərxoş olub küçədə, kanal qırağında yıxılıb qalmırdı. Oğlu Mixailin xatirələrinə görə, ölümündən bir gün əvvəl Peredelkinodakı bağ evindən Moskvaya gedib bir neçə nəfərlə görüşür, bundan sonra bağa qayıdır.

Mayın 13-də isə iş otağında tapança ilə sinəsindən nişan alır.
Fadeyev ölümündən qabaq Mərkəzi Komitəyə məktub yollamışdı. Məktub o zaman ictimaiyyətə açıqlanmadı, gizli saxlanıldı. 44 il gizli arxivdə saxlanılan məktub yalnız 1990-cı ildə dərc olundu: “Mənim həyatım bir yazıçı kimi bütün mənasını itirir və mən alçaqlıq, yalan və böhtan kimi üzərimə düşən bu murdar mövcudluqdan böyük sevinclə xilas olaraq həyatdan gedirəm. Son ümidim bunu heç olmasa, dövləti idarə edən insanlara demək idi, amma 3 il ərzində xahişlərimə baxmayaraq, məni heç kim qəbul edə bilmir.

"Məni anamın yanında dəfn edərsiz”

Fadeyevi Sovetlər İttifaqının böyük yazıçısına layiq bir şəkildə Novodeviçye qəbiristanlığında dəfn elədilər. Ömrünü sədaqətlə partiya yolunda xərcləmiş yazıçının son arzusu yerinə yetirilmədi.

Firuzə Məmmədli: "Atam dedi ki, ərə getməsən, özümü öldürəcəm" - Müsahibə Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 May 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see9599

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see561

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see264

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see234

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see232

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see195

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see167

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see160

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see156

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see138

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see138

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see134

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see130

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see128

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see127

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see127

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see122

Premyerada gözlənilməz an: Şakiranın övladları hər kəsi heyrətləndirdi VİDEO

15 Noyabr 2025 02:07see121

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see120

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri