Icma.az
close
up
RU
Stalindən qorxmayan ilahi aşiqi

Stalindən qorxmayan ilahi aşiqi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

O, kim idi: yazıçı, həkim, cadugər, peyğəmbər, yoxsa...  narkoman?

Mixail Bulqakov  Stalinə ünvanladığı məktubda belə yazırdı: “Mən ilahi qüvvəyə inanan yazıçıyam. Dünyanın insanlar tərəfindən  deyil, görünməz qüvvələr tərəfindən idarə olunduğuna əminəm. Yəqin ki, mənimlə razılaşarsınız ki, dünya yalnız insanın ümidinə qalsaydı, bizə qədər gəlib sağ çıxmazdı,  lap çoxdan  məhv edilmiş olardı.

Stalin bu cümlələrin altından qırmızı qələmlə xətt çəkərək dərkənarda yazır: “Keşiş ruhunu abırlı yazıçı geyimi altında gizlədən yoldaş M. Bulqakovla dərindən və ciddi şəkildə maraqlanmalı.”

Bu dərkənardan sonra Bulqakovun sağ qalma şansı sıfıra bərabər idi. Görəsən, bolşeviklərin qırğınlarından onu saxlayan elə inandığı ilahi qüvvəydimi? Bu yazıçının əsərlərində sehrlə örtülmüş, deyəsən, sonadək gizli qalası sirlər, tapmacavari məqamlar yetərincədir.

Bu sirli-sehrli olaylar onun şəxsi həyatında da vaxt-bivaxt özünü büruzə verirdi. Onu əhatə edən insanların isə bu olayları qorxu ilə izləməkdən başqa əllərindən bir iş gəlmirdi. Onları qınamaq da düz deyil. Axı bu izaholunmaz təzahürləri nəyə əsaslanaraq hara yoza bilərdilər ki?!

1916-cı ildə M. Bulqakov Kiyev Universitetinin tibb fakültəsini bitirir və Smolensk quberniyasına həkim kimi təyinat alır. Vyazmada dövlət xəstəxanasında, eləcə də müstəqil həkim kimi Moskvada, sonra isə Kiyevdə öz peşəsini davam etdirir. 1925–1926-cı illərdə  “Gənc həkimin qeydləri” adı ilə çap etdirdiyi kitabda Bulqakov  məhz 1916-cı ildən üzü bəri həkimlik praktikasında rastlaşdığı hadisələrdən söz açır. Təzəcə qələmə əl atan gənc  “mistik yazıçı”nın bu hekayələr toplusundakı əsərlərdə artıq Bulqakov mistikasının nişanələri, əlamətləri özünü göstərməyə başlayır.

Bütün peşə sahiblərindən daha çox həkimlər bu dünya ilə o dünya arasındakı səddin nə qədər  dözümsüz olduğunu daha yaxşı bilir, baş verən bu qaçılmaz gerçəkliyin səbəblərini axtarıb-tapmağa cəhd edirlər. Onlar yaxşı bilirlər ki, iynələr, dərmanlar insanı qorumaq məsələsində çox vaxt bir işə yaramır, insanı qoruyan başqa bir  qüvvə var, deyəsən...

Bulqakov əyalət həkimi işləyəndə o, morfi aludəçisinə çevrilir. Ara-sıra bu bəladan uzaqlaşsa da, az keçməmiş əli yenə morfi  ampulasına uzanır. Onun  “Morfi” hekayəsini xatırlayırsınızmı? Hekayənin qəhrəmanı elə Bulqakovun özüdür. O, nəhayət, morfidən canını qurtara bilir, damarlarını dəlmə-deşik etmir, ancaq uzun müddət kokain iyləməklə kifayətlənir.

Müasirləri kimi Bulqakov da elə sanırdı ki, narkotikanın qəbulundan sonra qarabasmalar şüurun sərhədlərinin genişlənməsi nəticəsində baş verir. Amma ömrünün ikinci yarısında zərərli vərdişlərdən əl çəkmişdi və bütün varlığıyla Tanrıya iman gətirmişdi. Bu inamı onun qəlbindən heç kəs silmək iqtidarında deyildi.

Sözarası deyim ki, Bulqakov cəmi 49 il yaşayıb və onun ömrünün birinci yarısı? sən demə, 25 yaşında artıq tamamlanıbmış. O, gündəliyində həmin ərəfədə yazırdı:

“Bəlkə də, güclü və özünə hədsiz inamı olan adamlara Allah lazım deyil. Ancaq şəxsən mən böyük yaradana inamsız qətiyyən keçinə bilmərəm”. 

Bulqakovun adamları heyrətə gətirən yaradıcılıq istedadını onun qeyri-adi şəkildə təzahür edən duyma, hissetmə, görmə qabiliyyətindən ayırmaq mümkünsüzdür. Xeyir, o cadugər-zad deyildi, amma başqaları kimi əlini əlinin üstünə qoyub oturmurdu, inadla göy üzünün sirli-sehrli qapılarını döyməyə davam edirdi.

Ona peyğəmbərlik iddiasına düşmüş dəli kimi baxanlar da olmuşdu. Amma olacaqları qabaqcadan duyub xəbər verməsini də sükutla qarşılamaq olmur. Bəzən elə olurdu ki, gələcəkdə başlarına nə gələcəklərini bilmək üçün ona üz tutanlara əsəbi şəkildə “mən nə cadugər, nə də peyğəmbər deyiləm” deməklə qapını göstərirdi.

Bulqakov görünməyən dünyayla təmaslarında daha çox özüylə, öz gələcəyilə maraqlanırdı, nəsə eşələyib çıxarmağa çalışırdı. O, dəfələrlə  “Usta və Marqarita” əsərinin əlyazmasını yandırmaq istəsə də, roman hər dəfə dirilən ölü kimi həyata qayıdır. Volandın Ustaya dediyi  “əlyazmalar yanmır” məşhur ifadəsini xatırlayırsınızmı? Bulqakov  “Teatrvari roman”ını da yandırmışdı, amma bu roman da möcüzəli şəkildə sanki sonralar yoxdan var olur, tapılır.

Yelena Sergeyevna gündəliklərində yazır: “O, çarpayıya uzanaraq  “Usta və Marqarita” romanındakı Berlozun evində baş verən yanğın hadisəsini diktə edirdi. Mixail diktəsini bitirəndə gecə saat 2 idi. Nəsə yemək istəyirdik. Bax elə bundan sonra baş verənlər Mixailin diktə etdiyi hadisələrin canlı şəkildə təkrarına çevrildi. Əhvalı nədənsə pozulmuş qulluqçu qadın kerosinlə yanan peçin üstündəki tası hirslə tulladı. Tas qapağı örtülməmiş qalan kerosin bidonunu aşıran kimi alov bir anda hər yeri bürüdü”.

Bulqakov ayaqyalın, bir köynəkdə içəri qaçır, birtəhər yanğın söndürülür. Bu hadisədən sonra xeyli müddət Bulqakov özünə gələ bilmirdi. “Bu, böyük bir xəbərdarlıqdır” deyirdi.

Ölümündən bir neçə ay əvvəl yazıçı Valentin Katayev onu yoluxmağa gəlir. Bulqakovun ona dediklərini Katayev sonralar belə xatırlayır: “O mənə  “tezliklə öləcəyəm” dedi. Sonra dedi ki, ölümümdən sonra nələrin baş verəcəyini də deyə bilərəm. Mən tabutda uzanacağam. Evdən mənim tabutumu çıxaranda  tabut əllərdən sürüşüb az qala yerə düşəcək, amma buna imkan verməyəcəksiniz. Altda yaşayan qonşum Romaşovun qapısına tabutumun sağ küncü dəyəcək və orada onun izi uzun müddət qalacaq. O, bunları söyləyəndə mən cavabında  “sən Allah, qoy oturmuşuq görək, ölüm hardan sənin beyninə girib?” dedim.

O, tezliklə öldü və hər şey onun dediyi kimi düz çıxdı – tabutu sürüşdü, Romaşovun qapısında isə onun tabutunun izi hələ də qalır.”

Kənan Hacı, 
yazıçı-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see231

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see194

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see193

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see193

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see190

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see186

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see185

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see184

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see180

PAŞİNYAN KREMLDƏN İCAZƏ ALINA BİLMƏYİB Bunu təkcə biz yox, ABŞ da görür...

08 Avqust 2026 16:48see178

Heç kim torpağını atıb çıxıb gedən deyil Zelenski

09 Avqust 2026 00:17see176

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see174

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see171

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see170

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq FOTO

08 Avqust 2026 23:09see166

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see165

Maqnit qasırğaları haqda BİLMƏDİKLƏRİMİZ: İnsanlar və texnika üçün nə dərəcədə təhlükəlidir

09 Avqust 2026 00:59see163

Kredit kartı şifrəsində 0 rəqəmi olanlara xəbərdarlıq edildi

09 Avqust 2026 00:32see162

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see161

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri