Icma.az
close
up
RU
Mən fəxr edirəm ki, Azərbaycan gənciyəm Yeni Gündəm

Mən fəxr edirəm ki, Azərbaycan gənciyəm Yeni Gündəm

Yenigundem saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Vətənin, xalqın, millətin bu günü hər kəsi maraqlandırır, onun gələcəyi barədə isə yalnız əsl vətənpərvərlər və dahilər fikirləşir.” Mənim fikrimcə, Azərbaycan xalqı çox xoşbəxt bir xalqdır ki, onun gələcəyinin qayğısını çəkən Ümummilli lideri- Heydər Əliyevi olub. Dahi rəhbərin uzaqgörən, çoxşaxəli siyasətinin mərkəzində güclü və ən əsası, müstəqil Azərbaycan dayanırdı. Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən bütün sahələrdə xalqının mənafeyini müdafiə edərək qüdrətli Azərbaycanın təməlini qoyan Ulu Öndər dövlətimizin inkişafını, çiçəklənməsini və intibah səviyyəsinə çatmasını təmin edərək xalqının taleyini etibarlı əllərə əmanət etdi. Uzaqgörən lider Azərbaycan xalqının inkişaf yolunda sarsılmaz addımlarla irələlicəyinə ümid bəslədiyi namizəd –  Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı uğurlu yola apardı.Ulu öndərin söylədiyi fikirlər bu gün biz gənclərin ən dəyərli kəlamına çevrilmiş bu fikirlər bizi işıqlı və sağlam gələcəyə səsləyir. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm” fikri biz gəncləri uğura, azadlığa, müstəqilliyə, inkişafa və müasirliyə səslədi. Ulu Öndərin uzaqgörənliyini bir daha təsdiq edərək xalqının və onun rəhbərinin ümidlərini doğruldan cənab prezident İlham Əliyev faktiki olaraq Azərbaycanı bütün istiqamətlərdə özünün ən yüksək zirvəsinə çatdırmağa nail oldu.  Başda ərazi bütövülüyümüzün təmin olunması olmaqla, istər daxili idarəetmə və demokratik-siyasi quruculuq, istər beynəlxalq nüfuz və iqtisadi inkişaf kimi sahələrdə ölkəmiz digər dövlətlər üçün siyasi inkişaf modelinə çevrildi. Onun rəhbəri isə yürütdüyü effektiv daxili və xarici siyasəti, uğurlu və strateji diplomatik addımları ilə qlobal arenada nümunəvi müasir siyasi xadim kimi özünü subut etdi.Təməli hələ Ulu Öndər Heydər Əliyev tərəfindən “Uğurlu gələcəyin təminatçısı güclü, sarsılmaz ordudur.” şüarı ilə qoyulmuş Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdə əldə etdiyi ardıcıl uğurlar məhz məqsədyönlü siyasətin və uğurlu diplomatiyanın nəticəsidir. Cənab Prezident İlham Əliyev Dünyanın 30-dan çox ölkəsinin media qurumlarına Vətənimizin haqlı mövqeyini mahir ustalıqla ictimaiyyətə çatdırmaqla kifayətlənməyib öz dəstxətti ilə qlobal arenada digər müasir siyasi xadimlər üçün nümunə oldu.Bizim siyasətimizin mərkəzində “Azərbaycan vətəndaşı dayanır” kəlamı ətrafında həm öz daxili, həm də xarici siyasətini xalqının maraqlarını müdafiə etməyə həsr edən cənab Prezident İlham Əliyev həqiqətən də Ümummili liderin uğurlu siyasi xəttini davam etdirərək, millətinin ona olan ümidlərini doğruldaraq müstəqil Azərbaycanı öz inkişafının ən pik mərhələsinə çatdırmış və  özünəməxsus imzası, siyasi yolu, uzaqgörən və incə düşünülmüş diplomatiyası ilə həm yerli, həm də beynəlxalq miqyasda təkrarolunmaz və nümüunəvi siyasi lider obrazı yaratmışdır. Bu gün mən Azərbaycan təhsili alaraq dünyanın ən nüfuzlu ali məktəbində təhsilimi davam etdirirəm. Burada təhsil alan gənclərlə hər an vətənimdən xalqımdan və zəfəri bizə yaşadan Ali Baş Komandanımızdan, eyni zamanda şəhidlərimizin, qazilərimizin şücaətindən danışıram. Söhbət zamanı mən qürur duyur fəxr edirəm. Onun üçün fəxr edirəm ki, bu gün dünya gəncləri bizi güclü, qüdrətli, ədalətli və qələbəni qazandıran Azərbaycan liderini tanıyır və hörmət bəsləyirlər. Bu hisslər biz gəncləri sevindirir, xalqımızla liderimizlə fəxr etmək hisslərini yaşadır. Bu hiss bizi hər an xoşbəxt etməklə yanaşı daha məsuliyyətli olmağa çağırır. Bu gün biz gənclərin bir arzusu var vətəndən kənarda təhsilimizi bitirib məmləkətə dönmək və Qarabağımızda çalışmaq. Gənclərin arzularını həyata keçirən bu xoşbəxtliyi bizə yaşadan gücümüzü, qürurumuzu biz gənclərə qaytaran cənab Prezident hər zaman Sizin ətrafınızda sıx birləşmiş gənclərik biz. Mən fəxr edirəm ki, mən Azərbaycan gənciyəm.

Gülnur Ağakişiyeva,

Corc Vaşinqton Universitetinin bakalavr tələbəsi,

Nəsimi rayon gənci.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 24 Dekabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri