Icma.az
close
up
RU
Azərbaycan gəncliyinin İlham simvolu Yeni Gündəm

Azərbaycan gəncliyinin İlham simvolu Yeni Gündəm

Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.

Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. İlham Əliyev həyatın hər aspektini yaşayan nadir şəxsiyyətlərdəndir. O, bu mütəffəkir ömründə 5 il müəllim, 8 il deputat, uzun müddət ARDNŞ-də vitse-prezidenti və 21 ildir ölkə başçısı kimi əsl gənclərə örnək olan bir həyat yaşayır.

Müasir və müstəqil Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” – deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 21 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir.

Ümummilli liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir.

Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətli modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür.

Zənn edirəm ki, onun mənalı həyatının hər günü, hər anı, qəhrəmanlıqlarla və mübarizələrlə dolu ömrü, fenomenal zəkası, hamını mat qoyan yaddaşı, bir sıra dil qabiliyyəti, istedadının müxtəlif formalarda təzahürü, şəxsiyyətinin formalaşması mərhələləri tarixi hadisələrlə zəngin unudulmaz salnamədir.

Xoşbəxtlikdən, mənə də Ulu öndərin layiqli davamçısı İlham Əliyevlə eyni zamanda yaşamaq, onların həyata keçirdiyi nəcib əməllərin, əmin və qətiyyətli addımların ölkəmizi mütərəqqi inkişafa aparan yolun şahidi olmaq nəsib olub.

İlham Əliyev siyasətinin ən pik nöqtəsi atası Ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək 30 il işğal altında qalan doğma torpaqlarımızı düşməndən xilas etməsi oldu. İlham Əliyev Şuşanın işğaldan azad olunduğu gün Ulu öndərin məzarını ziyarət edərək sanki illərdir xəyalını qurduğu anın sevincini xalqı ilə birlikdə yaşadı. O, yerli televizyadan vətəndaşlara müraciət edərkən “ata vəsiyyətini yerinə yetirdim” sözünü elə bir fəxarət hissi ilə dedi ki, məhz onun bu sözü tarixə qızıl hərflərlə həkk olundu.

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 63 yaşı tamam olacaq. Bütün ömrünü, amalını, düşüncəsini, qəlbini – atası Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana həsr etdiyi kimi cənab prezidentimizdə eyni həyəcanla, məhəbbətlə, rəğbətlə çalışaraq ölkəmizi yeni inkişaf xətti ilə sürətlə çiçəkləndirməyə davam edir.

Sənan Hüseynov,

ADNSU III kurs tələbəsi,

Nyu-York Elmlər Akademiyasının üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 23 Dekabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri